Məndə sığar iki cahan,mən bu cahana sığmazam.Nəsimi

Həyatın hər üzü mənə tanışdır,Sanki varlıq mənəm, bu həyat mənəm.Heç bir şey ruhuma yad olmamışdır.Qəmdə sevinc gəzən, nəşələrdə qəmDuyğular yurdudur mənim bu sinəm.

Mən elə ağlaram – göz yaşlarımdanQuruyan otlar da göyərər, bitər.Göylərin leysanlı yağışlarından,Yerlərin selindən, suyundan betərAxar göz yaşlarım, axar sərasər.

Mən elə gülərəm – təbəssümümdənƏriyib tökülər quzey qarı da.Dağılar dağları tutan duman. çən,Əriyər dağların dağ vüqarı da,Əriyər günəşin şüaları da.

Mən elə sevərəm – məhəbbətimiBölsən bəs eləyər bütün bəşərə.Elə kin bəslərəm – ədavətimiTöksən daşqın düşər bəhri-Xəzərə,Mənim nifrətimdən yanar dağ-dərə.

Desələr qış günü ollam gül-çiçək,Yayda görərlər ki, yağan qar mənəm.Dörd fəsli özündə yaşadan ürəkBilir bu aləmdə hər nə var – mənəm,Duyğular, istəklər, arzular mənəm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar