“Keyfiyyət nişanı” vurulur indiMaşına, kibritə, lap kəlbətinə.Fəqət belə nişan tapmaq çətindiVurula insanın keyfiyyətinə.

Ürəkdə infarktı, qan dövranınıRentgen şüaları göstərir fövrən.Qəlbin saflığını, həyəcanınıGöstərən bir cihaz istəyirəm mən.

Cərrah kəsib atır çirki, irini,Kəsilir bəd yara, böyrəkdəki daş.İnsanın yaramaz əməlləriniKəsən bir bıçaq da tapılaydı kaş.

Arzular gözəldir!Hər sözümüzdəSaflığı, düzlüyü salırıq yada.Bunu deyə-deyə biz özümüz dəNələr eləmirik qoca dünyada!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri