Mir Əkbər uzun illərin ayrılığından sonra, nəhayət, ürəyi istəyən kimi, azad yaşamağa müvəffəq olduğuna görə hədsiz dərəcədə bəxtiyardı. Jandarm libasını əynindən çıxarmışdı, qəlbi daş, vicdanı kor, qulağı kar adamlardan — jandarm və polis amirlərindən, nəfərlərindən uzaqlaşmışdı, öz məslək və mübarizə dostlarına qovuşmuşdu, hər gün onların yanında idi, dərdləri-sərləri bir idi, istədiyi, sevdiyi, həsrətini çəkdiyi işi görürdü — bu onun üçün nəyə desən dəyərdi. Əslində, sən demə, heç bir xidmət, fədakarlıq itmirmiş, unudulmurmuş. Onun kiçik, gərəksiz hesab elədiyi xidmətləri də sən demə, hezbin, burdakı yoldaşların nəzərindən qaçmırmış; yaşadığı günlər, gördüyü işlər, sən demə, elə onun həyatı imiş, tərcümeyi-halı imiş. Bunu Mir Əkbər o vaxt iclasda Bəbirin təqdim etdiyi, az sonra, özünün redaktorluğu ilə nəşr olunan «Pərçəm»in birinci və dördüncü səhifələrində çıxmış məqaləni oxuyanda bir daha başa düşmüş və sevincdən gözü yaşarmışdı. Həmin nömrədə, baş məqalə kimi, Bəbirin yoldaşlara oxuduğu kəsərli məqalə dərc edilmişdi, onun altında isə Mir Əkbərin şəkli və tərcümeyi-halı çıxmışdı. Burada onun bütün həyatı, ailəsinin başına gələn müsibət, həbsxana illəri, polis və jandarm idarəsindəki məcburi xidməti, inqilabi fəaliyyəti, sürgün olunması və s. qeyd edildikdən sonra deyilirdi:

«Mir Əkbər Xeybərin əfqan xalqının demokratik hərəkatının meydana gəlməsi və təkamülündə çox böyük və təsirli xidmətləri vardır. Buna görə də, o, istefaya çıxandan indiyə qədər əziz, igid, sadiq, təvəzökar, alim və vətənpərvər bir yoldaş kimi əfqan xalqı ilə, əfqan xalqının demokratik hərəkatı ilə sıxı əlaqədə fəaliyyət göstərir və bu hərəkatın rəhbərlərindən biri kimi kargər sinfinin idoelogiyasını, onun elmi dünyagörüşünü müdafiə edir və Bəbir Karməndin döyüş dostu kimi qorxmadan çalışır.

Mir Əkbər Xeybərin qırx dörd yaşı var, evlidir, dörd uşaq atasıdır. Kiçik bir otaqdan başqa heç bir şəxsi mülkiyyəti yoxdur. Özünün, ailəsinin minimum təminatı zəmanənin gərdişinin əlindədir...»

O, işindən ləzzət ala-ala, həyatından razı halda yaşayırdı. Doğrudur, yoxsulluq, ailənin dolanışıq ehtiyacı onu çox sıxırdı, məyus eləyirdi — arvadın, uşaqların hərəsinin bir dərd-səri vardı, onları yedirtmək, geydirmək lazım idi. Ancaq o, dildə də olsa ailəsinə təskinlik verir:

– Darıxmayın, balalarım, yaman günün ömrü az olar, — deyirdi. Xanımı da, uşaqları da, hər bu sözü eşidəndən sonra, xeyli gözləyirdilər, susurdular, ancaq sonra başa düşürdülər ki, bu yaman günlərin heç sonu yoxdur deyəsən!

Bu sıxıntılara baxmayaraq Mir Əkbər qətiyyən ruhdan düşmür, gecəni-gündüzə qataraq işləyir, yoruldum demirdi. Mir Əkbər gələndən sonra «Pərçəm» bir az kəskinləşmişdi — onun səhifələrində indi daha kəsərli məqalələr, şerlər, hekayələr çıxırdı. Şəfinin yazıb-yaratmağa vaxtı çoxalmışdı. Tez-tez siyasi məzmunlu şerlər gətirirdi. Elməddinin də bir neçə hekayəsi dərc olunmuşdu, müəlliflərin sayı artmışdı. Nur Məhəmmədin ayrılıqdan sonra nəşr etdiyi «Xalq» ruznaməsi altı nömrə çıxandan sonra hökumət tərəfindən bağlanmışdı. Çünki Nur Məhəmməd hezbin proqramını bütünlüklə iki dildə — puştu və dəri dilində nəşr etmişdi, bu isə hökuməti qorxuya salmış və «Xəlq»i qadağan eləmişdi.

Mir Əkbər işə başlayandan doqquz ay keçmiş «Pərçəm»in də, necə deyərlər, başına bir qəziyyə gəldi. Bu, o vaxt idi ki, bütün dünya zəhmətkeşləri Leninin anadan olmağının yüz illiyini qeyd etməyə hazırlaşırdı. Rəsmi dövlət ruznamələrində — «Ənis»də, «İslah»da, jurnallarda arasıra, əsasən, xarici mətbuat səhifələrindən götürülmüş, tərcümə edilmiş kiçik məlumatlar verilirdi bu barədə. «Pərçəm» o böyük bayrama biganə qala bilməzdi. Bəbir gecəni gündüzə qatmış, Leninin həyat yolunu, mübarizəsini işıqlandıran iri bir məqalə yazmışdı: «Leninin şərhi-halı» adlanan bu yazını Bəbir elə böyük bir məhəbbət və ehtiram hissi ilə qələmə almışdı ki, kim oxusaydı, ya kimin yanında oxusaydın, onda dünya zəhmətkeşlərinin dahi rəhbərinə sönməz bir sevgi, hörmət yaranardı. Bəbir məqaləni bu sözlərlə bitirmişdi: «Lenin peyğəmbəre əsre mast. Dorud be ruhe

Məqaləni Mir Əkbər oxuyub bəyənmiş, redaktə etmiş, makinada Anahita çap edəndən sonra mətbəəyə göndərmişdi. Növbəti nömrədə məqalə dərc olunmuşdu. Əsl məsələ də burdan başlamışdı. Ruznamə satılıb yayılandan bir gün sonra şəhərdə bir hay-küy qopmuşdu ki, gəl görəsən. Sən demə, ruznamə ruhanilərin əlinə düşübmüş. İyirmi il nəcəfuləşrəfdə təhsil almış, otuz ilə yaxın Kabildə əyləşib məmləkətin bütün ruhanilərinə rəhbərlik edən Şeyxül İslam cənabları Bəbirin məqaləsini oxuyub hədsiz dərəcədə qəzəblənmiş, xüsusilə Leninin peyğəmbər adlandırılması onu lap hövsələdən çıxarmış və o, ağzı köpüklənə-köpüklənə, minbərə çıxıb Məhəmməd peyğəmbər səllallahu əleyhüssəlamın ruhunu təhqir edən bu bidinləri, başda Bəbir olmaqla, təkfir etmiş, «o fitnə-fəsad yuvasını, şeytan ocağını» — yəni «Pərçəm»in redaksiyasını dağıtmağın, o sözləri yazan dinsizi tutub cəzasına çatdırmağın savablığını bildirmişdi.

Başı əmmaməli, əli təsbehli, qara camaatın gətirdiyi nəzirniyazı həzmi-rabedən keçirən mollalar, himə bənd imiş kimi, şəhərin küçələrinə çıxmış, əvvəlcə ancaq özlərnndən ibarət olan dəstələri, «Dini-islamın şərəfini qorumaq hər müsəlmanın vicdani işidir», «Dini-islam əldən gedir», «Dinsizlərə ölüm» şüarlarının təsiri altında getdikcə böyüyüb gurlaşmış, bikarlar, küçədən keçənlər, ibadət etməkdən dizləri, dilləri qabar olanlar onlara qoşulmuş və böyük bir izdiham ələlə gəlmişdi. Dəstə... yavaş-yavaş, şişib küçələrə sığmaya-sığmaya «Pərçəm»in redaksiyasına yaxınlaşmışdı.

Xoşbəxtlikdən, mətbəədən çıxıb bazara çörək almağa gedən Munis o qızğın, yerlə-göylə əlləşən dəstəni görmüş, şüarları eşitmiş və burada nə isə... xoşagəlməz bir iş olacağını hiss edib tələsik, başılovlu, nəfəsinn çiyinlərindən ala-ala özünü redaksiyaya yetirmiş, Mir Əkbərə, Bəbirə, Anahitaya, Elməddinə məsələni başa salmışdı. Onlar əvvəl inanmaq istəməmiş, ancaq oğlan ətraflı danışandan sonra, qaçıb dağılışmışdılar. Hərə bir tərəfə. Yarım saat keçməmiş dəstə «Pərçəm»in qapısını, pəncərələrini sındırıb dağıtmış, heç kəsi tapa bilməyib iki saata qədər nifrinlə dolu şüarlar deyərək, nəhayət, ilkindi çağı dağılışıb getmişdi.

«Pərçəm» altı ay susmuş, təhrriyyə heyəti altı ay evdən-eşikdən qaçaq düşmüşdü.

Sonra isə... «Pərçəm» hökumət tərəfindən tamam qadağan edilmişdi. Oxucularının gözu ruznamə satan uşaqların əlində idi, ancaq «Pərçəm» yox idi, daha olmayacaqdı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, səkkizinci fəsil

Elməddin ömründə belə cah-cəlallı imarət görməmişdi. Ucsuzbucaqsız, yamyaşıl bağ içərisində yerləşən ikimərtəbəli ev kənardan adamın gözünü qamaşdırırdı. Alt mərtəbədə altı, üst qatda da altı otaq elə bəzənmişdi ki, deyərdin indicə gəlin gətirəcəklər. Par-par parıldayan mebel Fransadan, pardaxlanmış qəhvəyi rəngli piano Almaniyadan, naxışlı, alışıb-yanan, çəməni xatırladan xalılar İrandan — Kaşandan gətirilmişdi... Orta otağın küncünə qoyulmuş qızıl suyuna çəkilmiş iri vaza adamın diqqətini özünə cəlb edirdi. Bir sözlə, ağayi Nəcməddinin evi, qapısı hər kəsin üzünə açıq olmayan zəngin muzeyi xatırladırdı.Ağayi Nəcməddin tək idi—ondan başqa nə həyətdə, nə otaqlarda bir kəs yox idi. Adama elə gəlirdi ki, bir vaxtlar səsli-küylü, qonaqlı-qaralı olan bu imarətin sakinləri bir-bir harasa çıxıb getmiş və bir daha qayıtmayacaq, ağayi Nəcməddin özü isə buranın axırıncı sakinidir və bu cah-cəlalı qoyub heç yerə getmək istəmir.

6 dəq
Üçüncü hissə, doqquzuncu fəsil

Saat birə on dəqiqə qalana qədər ağayi Nəcməddin Elməddinlə söhbət etdi: ona gələcək vəzifəsinin incəlikləri, xüsusi məharət və dəqiqlik tələb eləyən cəhətləri barədə danışdı. Elməddin məsul və ağır bir işə iqdam etdiyini başa düşürdü və bəzən canına gizli vahimə lərzə salırdı. Anlayırdı ki, çətin olacaq. Amma nə etməli? Başqa çarə yox idi — o, bu müşkül vəzifəni boynuna götürməli idi. Ağayi Nəcməddinin fikirlərindən anlaşılırdı ki, onun müəssisələrinin, fabriklərinin cəmləşdiyi ümumi şirkət özü-özlüyündə dövlət içində balaca bir dövlət idi. Ağayi Nəcməddin bu dövlətin başçısı, o isə bu gündən etibarən, ağanın zarafatla dediyi kimi, vəzire-maliyyəsi idi. Ticarət əlaqələrinə, alqı-satqı işinə rəhbərlik etmək ona tapşırılırdı.Ağ xalat geydiyinə görə doktora oxşayan restoran xidmətçisi xüsusi maşında yemək-içmək gətirdi. Ağayi Nəcməddinə baş əyib ehtiramla təzim edəndən sonra işgüzar bir görkəmlə:

7 dəq
Üçüncü hissə, onuncu fəsil

Ağayi Nəcməddin ayaq üstə zorla dayanırdı. Özünü yaşıl rəngli qapıya birtəhər yetirib şişman-kobud barmağını zəngin düyməsinə basdı. Uzun və cingiltili səs otağı başına götürdü. İçəridən tələmtələsik tərpəniş, çarpayı cırıltısı eşidildi. Ağayi Nəcməddinin fikrincə, qapı gərək tez açılaydı. Dünya xanımın bu qədər ləngidiyi olmamışdı. Ağayi Nəcməddinin ürəyinin lap dərinliyində gizlənmiş şübhə hissi əcaib bir ağrı ilə yenə baş qaldırdı: «Bəlkə içəridə ayrı adam var?!» Gözləri axan kişi sağ əlini dal cibində gəzdirdiyi balaca tapançaya toxundurdu və ayıq, soyuq bir mühakimə ilə pıçıldadı: «İkisini də öldürrəm». Ağayi Nəcməddinin yaşı altmışı haqlamışdı. Özündə cavanlıq gümrahlığı hiss etdiyi, gündə iki-üç məşuqəsinin yanında olduğu və hamısının da, könlünü oxumayıb aldığı vaxtlar arxada qalmışdı. Bədəninin əzaları uzun middət işlənib sürtülmüş maşın hissələri kimi yavaş-yavaş laxlayıb əldən düşürdü; bədən illərin yağışı-qarı altında qalmış əzəmətli divar təkin quzulayıb uçulur və əvvəlki görkəmini, davamlılığını asta-asta itirirdi. Daha onu heç bir mahir usta heç nəyin gücünə öz əvvəlki halına gətirə bilməzdi, təmir edə bilməzdi. Bu acı və soyuq duyğu özünü büruzə verdikcə ağayi Nəcməddinin əli-ayağı buza dönür, cavanlığı, milyonların da kücünə geri qaytarmaq mümkün olmadığını dərk edir və acı təəssüflə qüruba doğrü əyilən taleyinə dərin bir sükut içində baxırdı.Dünya xanım məhz bu zaman — ağayi Nəcməddin öz ürəyində doldurulması mümkün olmayan boşluq hiss etdiyi günlərində ona rast gəlmişdi. Üç il bundan qabağın söhbəti idi. Mötəbər bir qonaqlıqda çoxdan tanıdığı ağayi Siracuddövlə yeyib-içib hallanandan sonra ağayi Nəcməddini kənara çəkib söhbətə tutmuşdu:

10 dəq
Üçüncü hissə, on birinci fəsil

Elməddin tamam yeni bir aləmə düşmüşdü; cəmi bir neçə həftə bundan irəli az qala əl açıb dilənmək ərəfəsində olan Elməddin indi külli-ixtiyar sahibi idi; demək olar ki, ağayi Nəcməddinin bütün varyoxu, gəliri-çıxarı onun əlində idi. Bəzən özünün gözlənilmədən belə bir məqama gəlib çatdığına özü də inanmaq istəmirdi. Hər şey ona yuxu kimi görünürdü. Böyük binada yerləşən «Nəcməddin dəftər»də xüsusi kabinetdə otururdu. Əlinin altında iki telefon qoyulmuşdu. Kabinetin qapısında dayanmış qulluqçu kişi o, içəri girəndə də, çölə çıxanda da baş əyib təzim eləyirdi: Yanına qonaq—müştəri tacir gələndə həmin kişi ədəblə qapını döyüb icazə alandan sonra limonlu çay gətirib ortalığa qoyurdu.«Dəftər»in bütün işçiləri ona hörmət edirdilər. Çünki ağayi Nəcməddin onu buraya gətirib işçilərə təqdim eləyəndə açıqca demişdi:

5 dəq

Başqa şairlərin şeirləri