Səhifə 1 / 2

Cəfərlə söhbət eləyib ayrılandan sonra, Gülmirənin içi, bütün vücudu işıqla dolmuşdu elə bil. Ürəyindən dağ götürülmüşdü. Cəfərin alicənablığı, həssaslığı, dediyi müdrik sözlər ona qol-qanad vermişdi, düşüncəsinin düyün düşmüş kələfini açmışdı. Cəfər Gülmirə üçün sanki bir məktəb olmuşdu. O ağsaçlı kişidən zəhmətkeşlik, dözüm-dəyanət, təmizlik öyrənmək olardı. Tək bircə cəhətindən xoşlanmırdı Cəfərin. Onda pislikdən, pis adamdan küsmək xasiyyəti vardı — küsürdü, vəssalam. Halbuki pisliyə, pis adamlara qarşı mübarizə aparmaq lazım idi, barışmaz olmaq lazım idi. Görünür, qocanın həyat fəlsəfəsi belə idi, daha onu dəyişmək olmazdı: görünür, onun bu üsulu da, pisliklə, pis adamlarla mübarizə aparmağın bir yolu idi. Cəfər, məsələn, professor Salman Qurbanzadədən küsmüşdü. Salman daha ona pislik eləyə bilməzdi

– ancaq başqalarına ki, pislik, yamanlıq eləməyə qadir idi. Cəfər bu üsulla ancaq özünü müdafiə mövqeyi tutmuş olurdu. Yox, bu yol düzgün deyildi. Gülmirənin fikrincə — Salmanlara, Dombagözlərə, lap Nurəddin kimilərə qarşı sərt olmaq lazımdı, onların mövqeyindən, qələmindən qorxmaq, geri çəkilmək, onların «yaxşılıq», «yaxşı olmaq» pərdəsi altında kimin və ya kimlərinsə haqqını tapdalamasına yol vermək qətiyyən olmaz, olmaz! «Ancaq mənim kimi də yox. Belə də mübarizə aparmaq olar? Başla, get, de, sonra da sözünü sübut eləyə bilmə, axırda da üzr istə!.. Bu da yaramaz Gülmirə!» — deyə o, atdığı o qətiyyətli addımlarda yenə haradasa səhv etdiyini etiraf etmək istəyirdisə də, qəribə idi ki, bundan da ehtiyatlanırdı. Bu döyüşdə — Salmanla olan döyüşdə o, sınıq çıxmışdı və ona görə əzab çəkirdi. Orxana inanmışdı. İnanmaya bilməzdi. Orxan onun üçün büt idi, yerdə allah idi. Heç ola bilməzdi ki, Orxan bu boyda səhv eləsin və çox sevdiyi Gülmirəni belə pis vəziyyətdə qoysun. Yox, burada başqa nə isə var idi; hələ Gülmirənin aça bilmədiyi, başa düşmədiyi nə isə var idi. Nə idi bu «nə isə»? Necə açmaq olardı bu müəmmanı, düyünü? Görünür, heç cür. Çünki Orxan yox idi, ondan heç nə soruşmaq, dəqiqləşdirmək mümkün deyildi. Salman gözübağlıca idi, nə idi ki, Orxanın Mirzə Yanarın əsəri kimi ona verdiyi qovluğu dəyişə biləydi?...

Gülmirə televizorda verilən konserti dinləyə-dinləyə bu dolaşıq suallar ətrafında fikirləşirdi. Servantın aynası qabağından ona baxan və təzə evə köçəndən bircə dəfə də «qapısını» açıb içəri girməyən, halını-əhvalını soruşmayan Orxandan gözlərini çəkmədən öz-özünə danışırdı, Gülmirə. Televizorda müğənnilər bir-birini əvəz edir, səs, musiqi dəyişirdi, ancaq Gülmirənin düşüncəsi Orxanı sorğu-sual etməklə məşğul idi. Cəfərdən yeni ayrıldığı dəqiqələrdə könlünü çulğamış sevinc, Salman məsələsi yadına düşəndən, mənzilinə gəlib yeyib-içərək rahatlanmaq istəyəndə Orxanın ona «baxdığını» görəndən sonra dumana bürünməyə başlamışdı. Neçə ay idi ki, tamam-kamal Orxansız qalmışdı, yuxuda da olsa, nəfəsini duymaq, təmasını hiss etmək, səsini eşitmək həsrəti ilə çırpınırdı. Gündüzlər idarədə, şöbədə divardan asılmış şəkli gözünün qabağında olurdu, axşamlar evində servantın aynası önündəki şəkli ona tamaşa edirdi. Səssiz-səmirsiz, ürəyindəçə onunla danışırdı Gülmirə, dərdi-dil eləyirdi. Ancaq Orxan elə hey susurdu. Hərdən lap qəhərlənir, təklik əlindən cəzana gəlir, yana-yana əlini dizinə vurub: «Sən niyə yoxsan, Orxan? Sən niyə məni tək qoyub getdin, Orxan?» — deyirdi. İşdən çıxanda ürəyində, canlı adama deyirmiş kimi, «Bəsdi daha, dur gedək evimizə!» söyləyirdi, axşam, yatmaq məqamı gələndə: «Bəsdi, gecə yarı oldu, dur yataq!» — söyləyirdi. Orxan isə susurdu, susurdu.

Televizorda «Günün ekranı» xəbərlər proqramı yenicə başlayanda qapının zəngi çalındı, Gülmirə divandan qalxıb xalatının yaxasını qaydaya salaraq nigaran-nigaran: «Bu vaxt kim ola? Yəqin anamdı, ya da Sahibə ilə Mir Sahibdi. Başqa kim olasıdı ki?» — deyə düşünərək dəhlizə çıxdı, qapını açdıqda qarşısında tanımadığı, uzun, arıq sifətli, başına şlyapa qoymuş, boz rəngli yağmurluq geymiş bir adamın dayandığını görüb təəccüblə qaşlarını çatdı. Yad adam da, onu görən kimi, özünü itirdi və utancaq bir adamsayağı:

– Bağışlayın, bacı, Orxan müəllim evdədi? — deyə kəkələdi.

Elə bil Gülmirənin başına qaynar su tökdülər — bədəni, sifəti alışıb yandı. Bir anlığa nə cavab verəcəyini kəsdirə bilmədi və çaşqın halda:

– Yox... — dedi və bu cavabından özü də qorxmuş təki gözlərini döydü.

Uzun adam bu çaşqınlığa əhəmiyyət verməyərək:

– Əgər səhv etmirəmsə, bura Orxan Əlizadənin evidi. Elə deyilmi? — deyə soruşduqda o tələsik:

– Bəli, — dedi.

– Yəqin siz onun xanımısınız, elə deyilmi?

– Yox, hə...—Yenə namüəyyən, dolaşıq cavab verdi.

Qulaqları guruldayırdı Gülmirənin. Yad adamın nə dediyinin o qədər də fərqinə vara bilmirdi. Bu gərkin anlarda, gələn qonağı içəri dəvət etməyi belə unudaraq, onu düşünürdü ki, kimdisə, Orxanın tanışlarındandı, özü də bu evə gəlib-gedən adamdı, ancaq Orxanın ölümündən xəbəri yoxdur. Hə, hə, belədi. Yoxsa soruşmazdı ki, Orxan müəllim evdədi? Yəqin ki, uzaqdan, rayondan və ya başqa şəhərdən gəlib! Şəhər adamı olsaydı, indiyə bilmiş olardı, Orxanın dünyadan köçdüyünü eşitmiş olardı. Qonaq qapı ağzında dayanmışdı, evin xanımı onu nə üçün otağa dəvət etmirdi, niyə həyəcanlı idi ilk dəfə gördüyü bu gəlin? Niyə? Anlamırdı. Bir də gəlinin «yox, hə» — deyə anlaşılmaz cavab verməsi də ona şübhəli görünmüşdü. Sual dolu nəzərlərini ondan çəkmirdi. Nəhayət:

– Bağışlayın, haçan gələr Orxan müəllim? — deyə soruşması Gülmirəni lap sarsıtdı. Ancaq kişi buna yenə məhəl qoymayaraq əlavə olaraq xəbər aldı: — Şəhərdədi ya səfərdədi?..

Gülmirənin gözləri nəmləndi və qapının çərçivəsinə taqətsiz halda söykənib yavaşcadan:

– Səfərdədi! — deyə bildi. Dili gəlmədi «ölüb» desin, «yoxdu» desin. Bu adam kim idisə Orxanı tanıyan idi və şübhəsiz, birdən-birə ona Orxanın ölüm xəbərini vermək, ürəyini üzmək ən azı insafsızlıq olardı. Və qəribə idi ki, Orxan kimi bir oğulun həyatdan köçməsindən bu vaxta qədər xəbərsiz olan bu uzun kişiyə acığı, qəzəbi tutmaq əvəzinə, yazığı gəldi Gülmirənin. Ağlamamağa, dolmuş gözlərinin bahar leysanını axıtmamağa çalışaraq:

– Siz kimsiniz, qardaş? — dedi. — Orxanın nəyisiniz?

– Mən... onun... tanışıyam, bacı. İki il bundan qabaq yanına gəlmişdim, bir əsər gətirmişdim... Demişdi gələrsən yanıma.. Gülmirə «əsər» sözünü eşidəndə ayılan kimi oldu. Demək yaxın adam deyil, təsadüfi tanışdı... Amma bu nə əsər ola bilərdi? Olmaya?... O, özünü ələ aldı və geri çəkilib:

– Bağışlayın, buyurun içəri! — dedi və çevrilərkən gözlərinin yaşını əlinin içi ilə sildi... Kişi otağa keçdi, qapını örtdü.

– Siz oturun, mən bu dəqiqə... — deyərək mətbəxə yollandı, kranı açıb tez sifətinə su çırpdı; mıxçadakı dəsmalla üzünü qurulayıb çaydanı qazın üstünə qoyaraq otağa qayıdanda qonaq yağmurluğunu, papağını çıxarmışdı, miz arxasında əyləşmişdi. Ev-eşiyə göz gəzdirirdi.

Gülmirə qarşısında stul çəkib oturduqda qonaq Orxanın şəklinə baxırdı. Demək olar ki, səssiz gəlişini hiss eləməmişdi. Bu ara Gülmirə ilk dəfə gördüyü bu adam haqqında öz hökmünü verdi: «Həssas adam deyil. Mənim bu iki-üç dəqiqənin içində necə haldan-hala düşdüyümü görə bilmədi, başa düşə bilmədi. Halbuki, mənim çaşqınlığım da, «hə yox» deməyim də, nəmli gözlərim də sözsüz-sovsuz ona söylədi ki, Orxan ölüb, Orxan yoxdu — o, bunu oxuya bilmədi. Belə adamların içi boş olar!... Bu cür insanlar yəni əsər də yaza bilər? İnanmaram, inanmaram». Sonra fikri dəqiqləşdi — «Yox, bu elə həmin adam olacaq — Orxanın dediyi adam. Mirzə Yanarın qohumu... Bacısı oğludu demişdi, ya qardaşı oğludu. Qərəz, nə isə qohumudu Mirzə Yanarın...»

Birdən-birə Gülmirənin ürəyi pis sıxıldı. Üz-gözündən laqeydlik yağan bu adamı — kim olursa-olsun — evə buraxdığına son dərəcə peşiman oldu, onunla tez söhbət eləyib başından sovmaq fikri bütün varlığına hakim kəsildi. Bircə bu «əsər» məsələsini müəyyənləşdirsin, vəssalam — onunla xüdahafizləşəcəkdi. Odur ki, birbaşa, ürəyinə bayaq dammış şübhədən başladı:

– Hə, deyirsiniz… Orxana əsər vermişdiniz.. Yəqin siz... Mirzə Yanarın qohumusunuz, eləmi!..

Yad adam Orxanın şəklindən gözlərini çəkdi və:

– Bəli, bəli, bacı.. — dedi sevincək. — Sizə deyib Orxan müəllim?

– Hə, demişdi... Siz ona verəndə söyləmişdiniz ki, guya o əsər mərhum Mirzə Yanarın əlyazmasıdı...

– Bəli, bəli... Daha guya niyə?..

– Ona görə guya deyirəm ki.. — Gülmirə həmin əsərlə əlaqədar bütün əzablarını, sarsıntılarını, üzüqaralığını ani olaraq yadına salıb köks ötürdü. — Bilirsiniz, biz də — elə Orxan da, mən də... siz deyənə inanmışdıq, ancaq sonra məlum oldu ki, həmin əsər, daha doğrusu əlyazması Mirzə Yanarın yox Salman Qurbanzadənin imiş... dərhal soruşdu:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, səkkizinci fəsil

Doğma kənd üçün, Ədnan üçün bu qədər bərk darıxdığını indiyəcən Elməddin belə dərindən hiss eləməmişdi. Əslində orda onun heç nəyi qalmamışdı. Boş, kimsəsiz evlərindən başqa heç nəyi... Bir də uşaqlığı, dərdsiz-qayğısız günləri qalmışdı orada, ilk eşqə düşdüyü o əzablı-şirinli günlər qalmışdı orada. Hərdən o kənd üçün, onun güllü-çiçəkli torpağı üçün burnunun ucu göynəyir, varlığını bir həsrət yandırırdı, ancaq işinin çoxluğu, vaxtının azlığı tezcə bu göynərtini, bu həsrəti yuyub aparır, unutdururdu.Ancaq bu gün, şəhərə, qardaşı Mümtazgilə gəzməyə gəlmiş, Ətiqullanın səyi nəticəsində tapışıb qabaq-qənşər oturmuş qəryədar Qulamla söhbət eləyəndə Elməddin bir daha dərk elədi ki, doğulub böyüdüyü, ömrünün iyirmi üç ilindən çoxunu qoynunda keçirtdiyi o Ədnandan ötrü nə qədər də möhkəm darıxıbmış! Qəryədar Qulamla görüşü az qala onun üçün toy-bayrama çevrilmişdi, üzü də, gözləri də gülürdü. Elə bil, ən doğma adamını tapmışdı bu yad şəhərdə, sevincək olmuşdu; bu iki ildə qəryədar Qulam elə bil heç dəyişməmişdi, ağ qaşları altında parıldayan xırda, qonur gözləri elə əvvəlki kimi sakit-sakit, nüfuzedici baxışlarla Elməddinə, evinin əşyalarına tamaşa eləyirdi. Təkcə o vaxt dəngil-düngül qara tükləri olan saqqalı dümağ ağarmışdı. Yerişi, hərəkətləri gümrah idi. Yenə məntiqlə, sərrast danışır, ağ sədəf təsbehini aramla çevirirdi. Elməddin neçə il əlinin altında işlədiyi, xasiyyətinə, rəftarına yaxşıca bələd olduğu qəryədar Qulama baxıb elə hey gülümsünür, kənddə ondan sonra baş vermiş hər şeyi mümkün qədər öyrənmək ümidilə gözünü onun ağzına dikib dururdu. Qəryədar Qulam isə, təbiətən azdanışan, daha çox ürəyində həsb-hal etməyi xoşlayan adam olduğundan, öz aləmində ən mühüm hesab elədiyi məsələləri Elməddinə çatdırırdı:

6 dəq
Birinci hissə, doqquzuncu fəsil

«Baği-bala» restoranında, irilaylı pəncərənin qabağında qoyulmuş stol arxasında iki nəfər oturmuşdu — Ətiqulla ilə Elməddin. Qəryədar Qulama — əmisinə nə qədər demişdisə də, kişi boyun qaçırmış, «namazımın vaxtı keçir!» — deyə bəhanə edərək Ətiqulladan, Elməddindən aralanmışdı.Ətiqulla hündürlükdə, dağın ətəyində yerləşən, ətrafı yaşıllıqlar içində itib-batan, göz-könül oxşayan «Baği-bala» restoranına tez-tez gəlməyi xoşlayırdı. Bura səliqəli idi. Xidmətçilər abırlı-başlı idi. Yeməkləri də dadlı, ləzzətli olurdu. Üstünlüklərindən biri də bu idi ki, yaxşı xarici içkiləri, pivələri vardı. Xaricilər də gəlib-gedirdi bura, ona görə növbənöv şərab tapmaq olardı burda. Kababın xoş iyi adamın burnunu qıcıqlandırırdı. Tikə, döymə kababı xüsusən gözəl bişirirdilər.

8 dəq
Birinci hissə, onuncu fəsil

Dünya xanım az bir müddət içində təzə həyata, ev-eşiyə isinişmişdi, uyğunlaşmışdı. Elə sərbəst gəzib-dolanırdı ki, deyirdin bəs on ildi bu evdə, bu adamların arasında yaşayır. Deyib-gülən, dərd-qəm çəkməkdən uzaq, «bu gün varsan, gününü xoş keçir, sabah nə olacaq, olacaq» — deyə düşünən bir qadın təsiri bağışlayan Dünya xanım Nəcməddinin cah-calalını görüb az qala ağlını itirmişdi. Yatıb yuxuda da görə bilməyəcəyi, təsəvvürünə belə gətirə bilməyəcəyi bir səadət, bəxtiyarlıq onun cavan könlünü sehrli-sirli duyğularla doldurmuş, əvvəllər dörd divar arasında təklikdən, qüssədən solğunlaşmış sifəti indi çıraq kimi yanmağa başlamış, qara gözlərinə sanki nur seli axıb tökülmüşdü. Bəxtəvərlik onsuz da gözəl olan Dünyanı daha da gözəlləşdirmiş, sonalaşdırmışdı. O, nağıllardan, əfsanələrdən uça-uça gəlib bu həyət-bacaya, Nəcməddinin çiyninə qonmuş bir mələk kimi öz qoca ərinin ömrünü də nağıllaşdırmış, əfsanələşdirmişdi. Nəcməddin təzə eşqə düşən bir cavan oğlan təki xəyalpərvər olmuş, nikbinləşmiş, geyim-keciminə, yeməyinə xüsusi fikir verməyə başlamış, hərəkətlərində, yerişində-duruşunda çeviklik əmələ kəlmişdi. Taleyindən, yaradanından isə elə razı idi ki... «Yaradan var, vallah, var!—deyirdi öz-özünə. — Məni unutmadı o, səadət verdi mənə, ömrümü-könlümü işıqla-sevinclə doldurdu mənim. Səni tanımayana lənət, ya rəbbi!» Nəcməddin Dünyanın böyür-başında yenicə ailə qurmuş cavan ər kimi hərlənir, xəlvətə düşən kimi gəlini sonsuz bir həvəs və eşqlə bağrına basıb öpür, qucağına götürüb körpə uşaq sayağı fırladır, çarpayının üstünə atıb başını sinəsinin üstünə qoyub sevincindənmi, həyəcanındanmı titrəyə-titrəyə onu əzizləyir, nəvazişlər içində itirib-batırır, sonra ipək təki yumşaq saçlarından tutmuş ayaqlarına qədər duz kimi yalayırdı; yorulub qalxanda isə Dünya xanım kişinin gözlərindən axan yaşı görüb təəccüblənirdi. Bütün bu müddət ərzində sonsuz nəvaziş içində, əzizlənmələr içində əriyib yumşalmış, uşaqlaşmış, gülməkdən, qıdıqlanmaqdan uğunmaq dərəcəsinə gəlmiş Dünya xanım dünyada heç qadının heç bir kəs tərəfindən belə dəlicəsinə sevilə bilməyəcəyi hissindən sonsuz dərəcə biixtiyar olaraq Nəcməddnnin yaşarmış gözlərindən öpə-öpə, onun mirvari göz yaşlarını, demək olar ki, dili ilə qurudaquruda deyirdi:– Daha niyə ağlayırsan, ay dəli?

9 dəq
Birinci hissə, on birinci fəsil

Gecə saat onu keçmişdi. Divar saatının yeknəsəq çıqqıltısından başqa otaqda heç bir səs-səmir eşidilmirdi. Bəbir barmaqlarının yazmaqdan keyidiyini hiss eləyirdi, ancaq fikirlərini kağıza köçürmək, «Nə etmək lazımdır?» adlı nəzəri-siyasi məqaləsini qurtarmaq istəyirdi. Dörd sutka idi ki, yazırdı, həvəslə, şövqlə yazırdı, Söz üçün axtarmırdı, çünki hər şeyi ölçüb-biçmiş, demək olar ki, əvvəl beynində yazmışdı. Məmləkətin iqtisadi-ictimai vəziyyəti ona beş barmağı kimi bəlli olduğundan heç bir çətinlik çəkmir, faktları kəskin dillə qələmə alır və yazdığı çap olunandan sonra qopacaq hay-küyü, tufanı göz önünə gətirir, ürəyi həm fərəh, həm də kədər hissilə dolurdu. Ona görə sevinirdi ki, onu oxuyan nə qədər adamın gözü açılacaq, tərəfdarları, dostları çoxalacaqdı. Kədərlənirdi, ona görə ki, düşmənləri də çoxalacaqdı; özü də bunlar adi düşmənlər olmayacaqdı; pullu, vəzifəli adamlar olacaqdı, hökumət olacaqdı; şübhəsiz, şahənşahın da qəzəbinə səbəb olacaqdı bu məqalə. Amma çəkinmək lazım deyil, hücumu bir an da zəiflətmək olmaz, geri çəkilmək olmaz — Bəbir belə düşünürdü və yazırdı. Nəhayət, son cümləni yazıb nöqtəni qoydu. Sonsuz sevinc içində şirin-şirin gərnəşib keyimiş barmaqlarını açıb yumdu, qaraya baxmaqdan, yuxusuzluqdan şişib qızarmış gözlərini ovuclarının içi ilə ovxaladı...Yazılmış vərəqləri dəcləyib bir-birinin üstünə yığaraq fərəhlə baxıb gülümsündü... Xəyala getdi... Qəzet səhifələri... Sonra əl-əl gəzən qəzetləri... gördü...

10 dəq

Başqa şairlərin şeirləri