Dördüncü fəsil
Səhifə 6 / 7 · 71%
⎯ Bu nədi, ay oğul? ⎯ Təəccüblə soruşmuşdu Əminə arvad.
⎯ Puldu, Əminə xala. Qasım dayının yoldaşları verdilər bayaq. Həmkarlar Komitəsinin yardımıdı ⎯ dedilər. Beş yüz manatdı.
Əminə arvadın gözləri təzədən bahar buludu kimi sıxılıb qan-yaş tökməyə başladı:
⎯ Ay Qasım, ay evimin dirəyi, gör səni əlimdən alıb əvəzində nə verirlər? Yandım, ay allah, yandım. ⎯ Əlindəki pula baxmış və təzədən Turxana qaytarmışdı:
⎯ Qoy qalsın səndə, oğul. Səndən başqa burda mənim bir başıpapaqlım yoxdu. Sabah onsuz da pül gərək olacaq. ⎯ Turxan almaq istəməmişdi, Əminə zorla cibinə dürtmüşdü. Bunu Nigar da görmüşdü və o da doluxsunmuş halda üzünü yana çevirmişdi. Bu dəfə Turxana baxmamışdı da. Qabaqca qız çıxmışdı, dalınca Əminə. Turxan otaqda tək qalmışdı. Ancaq heç bir dəqiqə də keçməmiş, həyətdə bir vay-şivən qopmuşdu ki, Turxanın tükləri biz-biz olmuşdu və hövlnak özünü çölə atmışdı. Gördüyü və eşitdikləri dəhşətli idi: Əminə arvad oğlunun buz heykəlini qucaqlayıb ağı deyirdi:
⎯ Ay oğul, ay arxam-köməyim, niyə burda heykəl kimi donub qalıbsan? Görmürsən başımıza nə müsibət gəlib, evimiz yıxılıb? Ta atan yoxdu, bala. Yetimsən ta. Sən də, bacın da. Elə mən də.
Səlimin buz heykəli təbii ki, susub dinməmişdi, Nigar anasının qolundan tutub içəri çəkmişdi, Turxan isə kövrəlib Səlimə buzdan heykəl düzəltdiyinə yamanca peşiman olmuşdu: hətta o heykəli uçurub sındırmaq da istəmişdi. Ancaq bunun mümkün olmadığını tez başa düşmüşdü ⎯ çünki qar şaxtadan donub dəmirdən möhkəm olmuşdu.O gecə Turxan meyidin baş tərəfində oturub çimir də eləməmişdi. Və o gecə ömründə ilk dəfə bu ölüm deyilən yolun hələ açılmamış sirrləri barədə dərindən-dərinə düşünmüşdü, qəlbində doğan min bir suala cavab tapa bilməyib insanın həyatın bu son körpüsünü keçmək istəməməsi, lakin istəməyə-istəməyə də keçməli olduğunu dərk edib ümidsizliyə qapılmışdı.
Qasım kişini az oturub-dursa da, yaxşı tanımışdı Turxan və sevmişdi. Başı min bir fəlakət çəkmiş o sadə adamın ömür-gün yolu bir roman idi ⎯ o romanın çox az bir qismini Turxan oxumuşdu. Lakin elə bu da kifayət idi ki, Qasım kişini öz doğma bir adamı kimi sevsin. Qasım adi, əli, paltarı mazutlu bir fəhlə deyildi, onun tanıdığı bir çox boynu qalstuklu, başı şlyapalı alimdən, ziyalıdan daha çox bu torpağa bağlı, o dənizi sevən, bu xalqın sabahını da düşünən bir insan idi. Turxanın nəzərində Qasım kişi bir parça vətən torpağı idi ki, ayaq üstə gəzirdi, düşünürdü, dərd çəkirdi: bir sözlə, elə bir torpaq parçası idi ki, onu ürəyinə, düşüncəsinə, qeyrətinə, çəkdiyi (özününkülərin çəkdirdiyi) müsibətlərə görə sevməmək mümkün deyildi.
İndi budur, həmin sevimli insan üstü qara örtüklü tabutun içindədi. Heç nə görmür, heç nə eşitmir və kimsəyə də cavab verəsi halda deyil, sabah isə torpağa tapşırılacaq və bununla da hər şey bitəcək. Daha heç kəs Qasım kişini nə çox sevdiyi o mavi dənizin qoynunda, nə bu balaca həyətdə görəcək. Birdən-birə yaranmış bu yoxluqdan dəniz də dəli ola bilər, bu həyətin adamları da. Amma Turxan sonralar başa düşəcəkdi ki, bu yoxluq dənizin heç vecinə də olmayacaq: əgər dənizin ürəyi və vicdanı olsaydı, onu o cür dərin bir məhəbbətlə sevən adama qıymazdı, əsib-coşmazdı, elə tufan qoparmazdı, onun atlas köynəyinin üstünə bir kibrit çöpü belə atmağa qıymayan, qırçın dalğalarının arasında bir damcı neft görəndə dəli olan Qasım kişini öz rəhmsiz qolları ilə boğub öldürməzdi. Məgər səni özündən də çox sevəni incitmək, ona zülm eləmək insafdandı? O gecə Turxanın fikri çox haçalanmışdı, çox uzaqlara uçmuşdu və hətta ürəyinə belə bir şübhə də axıb dolmuşdu ki, Qasımı kimsə öz yoldaşlarından biri itələyib salmasınmı o quduz suların qoynuna? Olmazdı? Axı Qasım kişinin ürəyi o «internasional» deyilən briqadanın üzvlərinin bir neçəsinə məlum idi. Nə bilmək olar: ölüm insanı elə susdurur ki, heç nə deyə bilmir.
Nə isə, o gecə, o gecə, Turxanın Qasım kişinin meyidi yanında keçirdiyi o şaxtalı, ayazlı gecə dünyanın ən uzun gecəsi olmuşdu və Turxan beynini, ürəyini deşib dağıdan çox suallarına cavab tapa bilməmişdi. Səhərisi isə başqa bir sual da doğmuşdu ki, Turxan bunu heç cür anlaya bilməmişdi və üstündən uzun-uzun illər keçəndən sonra da ona düz-əməlli bir cavab tapa bilməyib heyrətlə gözlərini döyə-döyə qalmışdı.
Sən demə, adicə ölməklə iş bitmirmiş bu şəhər deyilən dünyada. Ölü idarəsi varmış, sən demə. O idarənin müdirinin imzalayıb möhürlədiyi ölüm arayışı (hələ ondan qabaq bir həkim-ekspert arayışı da lazım olmuşdu) olmadan şəhər qəbiristanlığında yer almaq mümkün deyilmiş, sən demə, Turxan buna da dözmüşdü. Lakin mərhumu dəfn eləmək üçün ayrılan yerin də ayrıca haqqı varmış və bunu hər hansı bir işbaza, heç nədən pul qazanmaq istəyən dələduza yox, dövlətin kassasına vermək lazım imiş. Və bu pul da az-azacıq deyilmiş, düz yüz qırx üç manat imiş. Bəli, qəribə-qəribə işlər varmış bu dünyada və Turxanın bunlardan xəbəri yoxmuş. Bəli, anadan ol bu torpağın qoynunda, o, səni böyütsün, yedirtsin, ağlın söz kəsəndən, əlin iş tutandan xidmət elə bu torpağa, ürəyini, gücünüqüvvətini əsirgəmə ondan, sev, əzizlə, fəxr elə, başının üstünü qara bulud alanda get canını ver qızıl güllənin qabağına, yolunda ölümə belə hazır ol, ancaq bir gün əcəlin çatıb bu dünyadan köçəndə çox sevdiyin bu torpağın bircə qarışını da sənə qıymasınlar: pulunu almasalar səni dəfn eləməyə arvad-uşağının ixtiyarı olmasın. Bax, bu dəhşət idi və Turxan bunu heç bir ağla ⎯ məntiqə sığışdıra bilməmişdi. Evdən ölü idarəsinə, oradan təzədən evə, təzədən o idarəyə, sonra kassaya, kassadan təzədən ölü idarəsinə və nəhayət, oradan da qəbiristanlığa qaça-qaça gedən və soyuqdan əli-ayağı donmuş Turxan qəbiristanlıqda ⎯ qəbir qazanları tapıb necə deyərlər, qanı qiymətinə (Qəbirqazanlar deyirdilər ki, hava çox soyuqdu, üstəlik yer də dondu, onu gərək külünglə qazaq və buna görə qiyməti baha olmalıdı və bu da elə məqamdı ki, çənə-boğaz eləmək olmaz, nə istədilər gərək verəsən, çünki qış gününün ömrü uzun deyil, qaranlığa düşmək olmaz, həm də meyidi saxlamaq da günahdı) qəbir qazdıranacan bir dünyalıq şey görüb-götürüb öyrənmişdi və qəbiristanlıqdan evə gələnəcən fikirləşmişdi və sanki Qasım dayı da onunla yanaşı addımlamışdı: Turxan ona ürəyindəcə demişdi: «Belə-belə işlər, Qasım dayı. Ömrünü qurban verdiyin bu torpağın bir qarışını da axırda sənə satdılar. Yaşamağın çətin olduğunu bilirdim, amma ölməyin daha çətin olacağını heç təsəvvürə də gətirməmişdim, Qasım dayı. Sən öldün, canını-başını götürüb getdin. Bəs qalanlar? Mən indi səndən çox, qalanların halına ağlayıram, Qasım dayı». Turxan öz-özünə danışa-danışa evə gəlmişdi və görmüşdü ki, Səlim hələ də gəlib çıxmayıb. Meyidi isə məsciddə yuyub gətiriblər.
Xeyli gözləmişdilər, Səlim gəlməmişdi və ağsaqqalların məsləhəti ilə, Əminə arvadın etirazına baxmayaraq, Qasım dayını aparıb dəfn eləmişdilər. Üç gündən sonra məlum olmuşdu ki, Turxan teleqramı vuranda çaşıb hərbi hissənin nömrəsində bir rəqəmi səhv yazıb. Bunu o özü «kəşf» eləmişdi və xəcalətindən az qala ölüb yerə girmişdi. Bu, çox böyük günah idi, bağışlanmaz səhv idi və Turxan bunu ömrü boyu özünə bağışlaya bilməyəcəkdi. Utana-utana, qorxa-qorxa əhvalatı Əminə xalaya deyəndə Turxan gözləmişdi ki, arvad yarasına toxunulmuş qaplan kimi onun üstünə atılacaq və üç gün əvvəl, ərinin meyidi gətiriləndə elədiyi kimi, iti caynaqları ilə Turxanın üz-gözünü cırıb al qanına qəltan eləyəcək. Ancaq belə olmamışdı: Əminə arvad günahkar baxışlarını yerə zilləyərək çəkinə-çəkinə, asta səslə, sonsuz bir kədər içində o sözləri deyən Turxanı dinləyəndən və işin nə yerdə olduğunu keyləşib kütəlmiş ağlı ilə dərk eləyəndən sonra, ala gözləri dolmuşdu və mehriban ana nəvazişi ilə:
⎯ Bəlkə elə belə yaxşıdı, ay oğul. ⎯ demişdi. ⎯ Qoy balam hələ elə bilsin ki, atası sağdı. Səlim onu çox istəyirdi, indi istəməsin, bəlkə də dözməzdi, uşağımın ürəyi partlardı.
⎯ Yox, mən bu səhvimi bağışlaya bilmərəm heç vaxt özümə, Əminə xala. Axı o ⎯ Səlim bir də heç vaxt atasının üzünü görməyəcək, görə bilməyəcək, Əminə xala. ⎯ demişdi və uşaq kimi ağlamışdı. Pəncərənin qabağında dayanıb anası ilə Turxanın bu söhbətini eşidən Nigar əvvəlcə əsil mətləbi başa düşməmişdi: ancaq Turxanın ağladığını görəndə elə bil yuxudan ayılmışdı və onun da gözləri dolmuşdu. Nigar bu ötən sarsıntılı üç günün içində ikinci dəfə Turxana qarşı ürəyində qəribə bir doğmalıq duymuşdu və bilməmişdi ki, buna sevinsin ya kədərlənsin: anlamamışdı ki, Turxana nifrət eləsin ⎯ çünki onun səhvi ucundan əziz qardaşı ⎯ qərib yerdə olan Səlim atasının üzünü heç olmasa son dəfə görmək səadətindən məhrum olmuşdu, ya da minnətdar olsun ⎯ çünki Səlim gəlib atasının öldüyünü görəndə bəlkə də anası demiş, dözməyib tələf olacaqdı. Nigar bu dolaşıq duyğular içində gözləri yaşarmış və sifətinə dərin bir peşimançılıq həkk olunmuş Turxana baxa-baxa onun halına acımışdı.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-yandirilmis-adam-dorduncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Elməddin imtina sənədini, idarənin, seyfin açarlarını Zərrintac xanımın gözünün qabağında stolun üstünə qoyandan, ertəsi günü talağı geri oxutdurandan sonra da milyoner qızı nə eşitdiklərinə, nə gördüklərinə inanmaq istəməmişdi. Doğrudur, o, evdən çıxan kimi Zərrintac xanımı ağlamaq tutmuşdu, ha eləmişdisə, gözlərilə bacara bilməmişdi. Onlar söhbət etdiyi müddətdə yan otaqda dayanıb Elməddinin dediklərini eşidən, işin axırının belə qurtaracağını ağlına belə gətirməyən və buna görə də qulaqları guruldayan, çox sözü ayırd eləyə bilməyən Siminbər özünə gələndə artıq Elməddin çıxıb getmişdi. Zərrintacın hönkürtüsünə içəri girən Siminbər Elməddini orada görməyib ətrafa baxınmış, görməyib təəccüblənmişdi. Adi olaraq, qız ürəyində ondan incimişdi də: «Gedirsən, heç olmasa xudahafizləşəydin mənimlə, Elməddin!» — deyə fikrindən keçirmişdi. Ancaq bilməmişdi ki, Elməddin bu xanimanı tərk eləyəndə elə pərişan, elə həyacanlı idi ki, Siminbərlə xudafizləşmək belə yada düşməmişdi; onu ancaq küçədə, iti addımlarla getdiyi zaman xatırlamışdı, təəssüf eləmişdi, geri qayıtmaq isə mümkün deyildi. Siminbər bunu bilmirdi.. O, Zərrintac xanımın yanında dayanaraq təsəlli vermək istəmişdi, lakin deməyə söz tapmamışdı. Eləcə: —Ağlama, xanım!—söyləmişdi. Zərrintac xanım özünü Siminbərin yanında sındırmamaq üçün arada olan söz-söhbəti dilinə gətirməmişdi. Həqiqətdə o, Elməddini tamam-kamal atacağını heç xəyalına da gətirmirdi. Qulağı ilə eşitdiklərinə, gözü ilə gördüklərinə inanmaq istəmirdi. Buna Elməddinin «kişilənməyi», adicə şıltağı kimi, baxırdı: «Məni qorxuzmaq istəyir. Gözümün odunu almaq istəyir. Amma bacarmazsan, Elməddin. Mən Nəcməddinin qızıyam, mənimlə sən bacarmazsan!» — deyirdi öz-özünə. Hətta talağı geri oxunandan sonra da uzun müddət özünü tox tutmuşdu, ürəyində sınsa da, çəksə də, üzə vurmamış, deyib-gülmüşdü; sanki heç bir şey olmamışdı. Talaq nə idi ki, quruca kağız deyildimi, məgər insanları bir-birinə bağlayan kağızdı?! Yox, o, ümid eləyirdi ki, hər necə olsa, gec-tez Elməddini öz ayağına gətirəcək, təslim edəcək. Arada bu qədər var-dövlət var. Hələ bu var-dövlət bir yana dursun, Zərrintac kimi gözəl, cavan gəlindən kim imtina edər? Gərək nə qədər nadan olasan ki, taleyin sənə bəxş etdiyi belə cah-calaldan, belə gözəl bir can sahibindən imtina edəsən!—Zərrintac belə fikirləşmişdi. Lakin vaxt dolanıbkeçdikcə Elməddindən səs-səmir çıxmadığını görəndə narahat olmağa başlamışdı. Siminbər də çıxıb gedəndən, lap tək-tənha qalandan sonra o, bərk sarsılmış, qəlbində Elməddinə dərin nifrəthissləri duymuşdu. Yaralanmış aslana dönüb gizli-gizli inləmişdi. Elməddin onun poladdan möhkəm olan qürurunu yaman sındırmışdı. Hərdən belə düşünürdü ki, indiyə qədər bir yana qalsın, bundan sonra yaşayacağı illərdə də heç kəs onu belə alçalda bilməz, bilməyəcək də. Bu, çox ağır bir zərbə idi ki, Elməddin ona vurmuşdu. Zərrintacın bədbəxtliyi bunda idi ki, özündə heç bir günah görmürdü. Xasiyyətindəki tündlüyü, «mənəm-mənəmliyi» başa düşmürdü, elə bilirdi ki, var-dövlət, gözəllik qadının ən ümdə keyfiyyəti və bəzəyidir; bunlara malik olan qadın hakimi-mütləq ola bilər, onun hər sözü qanun olmalıdı. Daha anlamaq istəmirdi ki, qadını gözəl edən, sevdirən, əziz eləyən onun var-dövlətindən, gözəlliyindən çox ürəyinin gözəlliyidir, hisslərinin səmimiliyidir, məhəbbətidir. Bax, bunu o, başa düşə bilmirdi.
Birinci hissə, on ikinci fəsilGünortanın cırhacır vaxtı idi. İçəridə — otaqlarda, eyvanda bürküdən oturmaq mümkün olmadığından Əbdül ərik ağacının dibinə yığışmışdı: uşağın asma yüyürüyünü yam-yaşıl yarpaqlar arasında ərikləri saralıb yetişməyə başlayan ağacın yana əyilən iri budağından asmış, balaca Nəcməddini də nazik ipək tor köynəkdə yüyürükdə yatırmış, özü də balaca, girdə mizin arxasında oturmuşdu. Mizin üstündə çaynik, piyalə və şəkərdan vardı — piyalədəki yaşıl çay çoxdan soyumuşdu. Ərik ağacının sol tərəfində dördbucaq şəklində gül kolları əkilmişdi — həmişəbahar gülləri idi. Zahirən ləkə oxşayırdı. Ancaq əslində bu, lək deyildi, bu, Dünyanın qəbri idi və indi dünyada Əbdüldən başqa heç kəs bilmirdi ki, burada, bu həmişəbahar güllərinin arasındakı qara torpaq altında Dünya xanım uyuyur. Buranı Əbdül öz əlləri ilə belə səliqə-sahmana salmışdı və onun üçün nə qədər ağır olsa da hər gün bir neçə dəfə bura baş çəkir, yanında oturur, çıxan alaq otlarını vurur, gülləri sulayır, dilinə bircə söz belə gətirmədən ürəyində özü ilə, Dünya xanım ilə, ağayi Nəcməddin ilə danışır-danışır və bir də görürdü ki, gözlərindən yaş axır. Qəlbi sıxılıb hövl eyləyəndə o, ya yerdə palaz üstündə oynayan, ya beşikdə uzanmış körpəni götürüb bağrına basır, öpüb-oxşayırdı.Əvvəllər, hələ ağayi Nəcməddin sağ olanda Əbdül Dünyanın qəbrinin üstünə az-az, ancaq gül kolu əkmək, onlara su vermək bəhanəsi ilə gəlirdi. Özü də gündüzlər, gecələr isə, öz hücrəsinə çəkilməmişdən qabaq, dərdli-dərdli, təəssüf hissi ilə başını yırğalaya-yırğalaya bu ərik ağacının dibinə baş çəkər, qəbrin ayaq tərəfində xeyli dayanar, xəyalında Dünyanı məzardan çıxarır, gah öpüb-oxşayır, gah da nifrətlə acı sözlər deyib ürəyini boşaltdıqdan sonra gedib yatırdı. Ağayi Nəcməddin də dünyadan köçəndən, qonaq-qaranın, Elməddinin, Zərrintac xanımın əl-ayağı çəkiləndən, o, balaca Nəcməddinlə burada tək qalandan sonra isə həyət-baca suyu sovulmuş dəyirmana oxşayanda, kişi tənhalaşanda beyni ayazımış, hissləri durulmuş, başına gələn qəzavü-qədər barədə arxayın-arxayın düşünməyə macal tapmışdır. Və Əbdülün ürəyində böyük bir cinayətin gizli məhkəmə prosesi başlanmışdı. Bu məhkəmə prosesinin iştirakçıları Nəcməddin, Dünya xanım, Vəlixan və Əbdül özü idi, şahid-filan yox idi — bəzi işlər balaca Nəcməddinin gözü qabağında olmuşdu, ancaq o şahidlik eləyə bilməzdi, çünki onun gözü ilə gördükləri hələ yaddaşının maqnit lentinə həkk olunmamışdı, olunanı da o, hələ insan dilinə tərcümə eləməyə qadir deyildi, çünki bu dili o özü də bilmirdi hələ.
Birinci hissə, on üçüncü fəsil...Bu gün Zərrintac xanım işdən gələn kimi hamamı yandırıb çimmişdi. Uzun tiftikli qətfədə yataq otağına getmiş, iri bədənnüma güzgünün qabağında qurulanmış, öz mərmər bədəninə, sinəsinə kənar adam gözü ilə baxıb öz gözəlliyindən ləzzət alsa da, kövrəlmişdi də. Elməddin burda olanda belə hallarda onun yanında dayanır, qurulanmağına kömək eləyir, alt paltarını geyməyə imkan verməmiş, qucağına alaraq çarpayısının üstünə gətirir, «neynirsən geyinirsən, onsuz da soyunduracağam!» — deyib özü də yanına girirdi. Bu anları indi o qəribə bir nisgil və həsrətlə xatırlayırdı. Güzgü qabağında özünü tək görüb sinədolusu ah çəkdi və əlini uzadıb çarpayının başına atdığı paltarlarını həvəssiz-həvəssiz geyindi. Kresloda oturdu, boş, sahibsiz çarpayıya baxdı, gözləri doldu. Böyründəki radioqəbuledicinin düyməsini burdu və otağa Rəxşanənin məlahətli səslə oxuduğu mahnının ilıq nəfəsi doldu. Zərrintac xanım ağır əhvali-ruhiyyəsini unutdu, azca yüngülləşdi və qeyri-iradi yan otağa tərəf:– Simin, mənə bir piyalə çay gətir! — dedi və səsindən özü də səksəndi. Səhv elədiyini, hissə qapılıb hər şeyi unutduğunu xatırlayıb köksünü ötürdü. Və qalxıb özü üçün çay gətirdi. Ancaq çay içmək həvəsi öldü nədənsə. Piyalədəki çaya baxa-baxa fikrə getdi. Rəxşanə oxuyurdu, Zərrintac xanımın kədəri getdikcə artırdı. Təklik hissi bütün vücuduna hakim kəsilmişdi — inan ki, bu an, bax elə bu dəm Elməddin qapını açıb içəri girsəydi, Zərrintac durub qabağına qaçar, onun uca boynuna sarmaşıb: «Xoş gəlmisən, əzizim — deyərdi. — Bağışla məni, bilməmişəm. Keç günahımdan». Ancaq Elməddin gəlmirdi. Gəlməyəcəkdi də. Bu həqiqəti bir daha dərk edib Zərrintac məst adam kimi ayağa qalxdı, küçəyə baxan pəncərənin qabağına addımladı, şəhadət barmağının ucu ilə tül pərdəni aralayıb çölə baxdı. Hava qaralmışdı. Cadədən tək-tük maşınlar, piyadalar keçib-gedirdi. Lap pəncərənin qabağından keçən iki kişidən birinin bu sözlərini eşitdi:
Birinci hissə, on dördüncü fəsilƏbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:
Başqa şairlərin şeirləri
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
A zalımMəgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım
Müsəmmən: Əlminnətü lillah ki, murad oldu müyəssərƏlminnətü lillah ki, murad oldu müyəssərBəzm içrə mənə uğradı rəna iki dilbər
Qarabağdır(nəğmə)*Nə zamandır torpaqlarım işğaldadır,