Ehey! Keçmə belə sürətlə,Dayan!Yenə düşəcək fürsət ələ,Sürət ələ,Dayan!Zamanın o başındaGöydən süd yağmır,Çayda bal axmır.Göbələk kimi yerdənKömbələr qalxmır. –Sən də əl-ayağını uzadıbYeyib-içəsən xımır-xımır.Dayan,Boylan,

Burdadı tay-tuşun,Qohum-qonşun.Onların sevinci, dərdi...Sevinc də, dərd dəİnsan kimi gəldi-gedərdi.Burda sevinc vardı, –Sənsiz qalıb odu soyumuşdu.Burda çiçək vardı, –Sənsiz rəngi soldu,Ətri uçdu.Burda əllər üstə tabut gedirdi. –Sənin əlinin yeri boşdu.Ehey! Dayan!Hövsələni bas!İnsan doğulubİnsan əlindən qaçmaq olmaz!QaçmaÖzünü öldürmə, yaxşı!Yoxdur zamanın o başı;Heç vaxt göydən yağmayacaqSüd yağışı –Südü inəyin əmcəyindən sağırlar;ÇörəyiƏkib, biçib yığırlar,Qəhrəman – yer ayrılıb, yerdən çıxmırOğulu –Zəhmət çəkib doğurlar.Ehey! Dayan!Qaçma yollarımın palçığından,Yazımın yağışından,Yapış yükün o başından.Belə qaçacaqsan haçana kimi,QaçmaDələ dairədə qaçan kimi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri