Gecələr günəş kimi yatan,Gündüzlər ay kimi xumar,ömrüm-günüm,qəşəngim,Hələ nə adın,nə də taleyin var.Hələ süd rəngliyuxular içində üzürsən.Gah üzünə yuxu kimi istibir təbəssüm qonur,Gah da dodaqlarınıbüzürsən.Dünyadan xəbərin yox,Bilmirsən –Havalar olur gah isti,gah da soyuq.

Bilmirsən –Ölümün də səninləəkiz gəlib cahana.Qoşa böyüyürsünüzBir beşikdəyan-yana.Sən də böyüyürsən,sevincin də, dərdin də,Neçə dostunböyüyür hər tində...Bax, oğlum, sənəVerdiyim hədiyyədir –Qıçlarını yorası yollar, küçələr.Gözlərinin nurunu oğurlayasıyığın-yığınyuxusuz gecələr.Saçlarını ağardası – gündüzlər.Əllərinə qabar salası – çöllər,düzlər...Çöldə – yağış,Otaq – isti.Çöl tərəfdən pəncərəmizinşüşəsi ağlayır...Çöldə səni gözləyirqəhrəmanlığın,təbiətlə vuruşlar.Səni döyüş meydanlarında,küləklər gözləyir.Çöldə çiçəklər, göydə quşlar.Hələ yat, gücün artsın,bala, yat,Süd rəngli bir yuxuyabənzəmir həyat!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri