Dostum, aləm səninçin gər olur düşmən mana
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Dostum, aləm səninçin gər olur düşmən mana,Qəm deyil, zira yetərsən dust ancaq sən mana.
Eşqə saldım mən məni, pənd almayıb bir dustdən,Hiç düşmən eyləməz onu ki, etdim mən mana.
Canü tən olduqca, məndən dərdi qəm əskik deyil,Çıxsa can, xak olsa tən, nə can gərək, nə tən mana.
Vəsl qədrin bilmədim hicran bəlasın çəkmədən,Zülməti-hicr etdi çox tarik işi rövşən mana.
Dudü əxkərdir mana sərv ilə gül, ey bağiban!Neylərəm mən gülşəni, gülşən sana, külxən mana.
Qəmzə tiğin çəkdi ol məh, olma qafil, ey könülKim, müqərrərdir bu gün ölmək sana, şivən mana.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, çıxsa can, çıxman təriqi-eşqdən,Rəhgüzari-əhli-eşq üzrə qılın mədfən mana!
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-dostum-alem-senincin-ger-olur-dusmen-mana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xoşdur bəla, görürsən əgər sən rəva mənə.
Şux sənəmlər eşqinə düşmüş könül, divanəyəmEşqdə Məcnuna tay tutma məni, mərdanəyəm.
Sənin sevginlə öldükdə kaş qapında torpaq olumGahdan küləklə qalxıb başına dolanım.
Yanmasa eşq oduna, cismdə can istəmərəmYanaram şam kimi, atəşdən aman istəmərəm.
Başqa şairlərin şeirləri · Eşq
Düxtəri-napakdamən sanmayın hürriyyəti,Hər kəs olmaz rahyabi-hicləgahi-vüsləti.
BilməzəmSəbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
BağlamaƏvvəl salam olsun, Şikəstə qardaş!Oxu, bu kağızın qarası nədir?