دمی بی‌سوز عشقت جان خود بر تن نمی‌خواهمچو شمع از سوز دارم زندگی مردن نمی‌خواهم

اگر یار منی از غیر دامن کش که چون یوسفگلی کز غیر دارد چاک در دامن نمی‌خواهم

نیم یعقوب کز اغیار پرسم یوسف خود راز غیرت بلکه بویش هم ز پیراهن نمی‌خواهم

چو یابد عکس او ز آیینه دل می‌برم رشکیاز آنست این که این آیینه را روشن نمی‌خواهم

دلم بردی گرت لطفیست با من زنده مگذارشچو می‌دانی که در وصل تو او را من نمی‌خواهم

چرا باید که سوزم ز آتش دل خانه هر شبمقامی بعد ازین جز گوشه گلخن نمی‌خواهم

حریفان تا مزارم را نهند از درد گل بر گلچو میرم جز در پیر مغان مدفن نمی‌خواهم

بلا از هر طرف رو بر من آرد هرکجا باشمز بیم این بلا در کوی او مسکن نمی‌خواهم

Məqtə — şairin təxəllüsü olan son beyt. نمی‌خواهم کسی با دلبر من دوستی ورزدفضولی هیچ کس را من به خود دشمن نمی‌خواهم

Yanmasa eşq oduna, cismdə can istəmərəm,Yanaram şam kimi, atəşdən aman istəmərəm.

Qeyrdən çək gözünü, yar, ki Yusif kimi mənGülümü qoxlaya əğyar bir an istəmərəm.

Əksini güzgüdə gördükdə, könül qanə dönər,Saf güzgü ola aləmdə, inan, istəmərəm.

Ovladın könlümü, lütf et mənə, gəl öldür onu,Vəslinə çatsın o, ey qönçədəhan, istəmərəm.

Yandırıb atəşi-hicrinlə gecə mənzilimi,Sakini-külxən olub, özgə məkan istəmərəm.

Suvasın qəbrimi dostlar deyə, dürd ilə mənim,Ölərəm meykədədə, baği-cinan istəmərəm.

Hər tərəfdən başıma çünki bəla daşı yağar,Getmərəm kuyinə, cananə ziyan istəmərəm.

Məqtə — şairin təxəllüsü olan son beyt. Kimsə, razı deyiləm, dostluq edə yarım ilə,Çün, Füzuli, özümə düşməni-can istəmərəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq