Bu, Məcnunun zəncirə şərhi-qəmidir və bəyani-silsileyi-ələmidir
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
Ol silsiləyə olub həmavaz,
Ağlardı ki, "Ey, mənimlə həmraz!
Sən gənci-bəlayə əjdəhasan,
Sərrişteyi-möhnətü bəlasan.
Şərhi-qəmə var min dəhanın,
Təprəndikcə çıxar fəğanın!
Başdan-əyağa dəlik-dəlik tən,
Könlündəki razı etdi rövşən.
Ey muntəziri-nəzareyi-yar,
Nəzzareyi-yarə min gözün var!"
Gəzmək həvəsilə xanə-xanə,
Ol pir ilə oldular rəvanə.
Tövfiq olub onlar ilə həmrah,
Leyli həşəmi göründü nagah.
Məcnun rəsəni əlində ol pir,
Ev-ev həşəmi gəzərdi bir-bir:
Leyli evinə irişdi növbət,
Ol xəstəyə qalib oldu heyrət.
Sərgəşteyi-aləm oldu pabest,
Meyxanə önündə düşdü sərməst.
Çün çəkdi bir ixtiyarsız ah,
Leyli ev içində oldu agah;
Bir ah ilə qıldı xeyməsin çak,
Məzlumuna açdı çeşmi-nəmnak.
Gördü ki, görünməz olmuş ol zar,
Olmuş qəm ilə zəifü bimar.
Qaşı kimi qaməti bükülmüş,
Yaşı kimi peykəri tökülmüş.
Cismi qəm içində can şəbihi,
Dərki, nəzəri, qəmi bədihi.
Didar ilə ol şəhi-lətafət
Mehmanına eylədi ziyafət.
Razi-dili-zarın etdi ifşa,
Bu şe'ri-bədihi qıldı inşa:
Bu qəzəl Leyli dilindəndir
Yar rəhm etdi məgər naləvü əfğanimizə
Ki, qədəm basdı bu gün külbeyi-əhzanimizə?
Əşk baranı məgər qıldı əsər kim, nagah
Bitdi bir şaxi-güli-tazə gülüstanimizə?
Bizə ah atəşinin yandığı ondan bilinir
Ki, çirağ eylədi rövşən şəbi-hicranimizə.
Bu vüsalə yuxu əhvalı demək mümkün idi,
Əgər olsaydı yuxu dideyi-giryanimizə.
Bir xəyal olsa məgər gördügümüz, yoxsa nigar,
Mütləqa xatirə gəlməz ki, gələ yanimizə.
Yar mehmanımız oldu, gəlin, ey canü könül,
Qılalım serf nəmiz var isə mehmanimizə!
Dilbərin canə imiş qəsdi, Füzuli, gəl kim,
Can verib dilbərə, minnət qoyalım canimizə.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-leyli-ve-mecnun-46
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ləhzə-ləhzə ləbin anıb edicək əfğanlar,Qətrə-qətrə saçılır didələrimdən qanlar.
Mehri könlümdə nihan olduğun ol mah bilirMehri könlümdə nihan olduğun ol mah bilir,Kimsə bilməz, füqəra sirri-dilin şah bilir.
Məgər xab içrə gördün, ey könül, ol çeşmi şəhlayiMəgər xab içrə gördün, ey könül, ol çeşmi-şəhlayiKi, qıldın türfətül-eyn içrə ğərqi-əşk dünyayi.
Mənə basi-səba ol sərvi-gülrüxdən xəbər verməzMənə badi-səba ol sərvi-gülrüxdən xəbər verməz,Açılmaz qönçeyi-bəxtim, ümidim nəxli bər verməz.