Sübh salıb mah rüxündən niqab
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Sübh salıb mah rüxündən niqab,Çıx ki, təmaşayə çıxa afitab!
Rişteyi-canım yetər et bir gireh,Salma səri-zülfi-səmənsayə tab.
Məst çıxıb, salma nəzər hər yana,Görmə rəva kim, ola aləm xərab.
Kəsmə nəzər canibi-üşşaqdən,Naleyi-dilsuzdan et ictinab.
Şamlər əncüm sayıram sübhədək,Ey şəbi-hicrin mənə ruzi-hesab.
Duzəxə girməz sitəmindən yanan,Qabili-cənnət degil əhli-əzab.
Saldı ayaqdan qəmi-aləm məni,Ver mənə qəm dəf’inə, saqi, şərab!
Rəhm qıl üftadələrin halinə,Hiç gərəkməzmi sənə bir səvab?
Məqtə — şairin təxəllüsü olan son beyt. Yar sual etsə ki, halın nədir,Xəstə Füzuli, nə verərsən cəvab?
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-subh-salib-mah-ruxunden-niqab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Gecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Bizə həmsöhbət olan özgə kitab almaz ələBizə həmsöhbət olan özgə kitab almaz ələ,Sən də zahidliyin ol dəftərini tulla selə.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır