Gətir, saqi, qədəh kim, bağü səhra laləzar oldu
Mürəbbe nədir?
Mürəbbe: dörd misralı bəndlərdən ibarət şeir.
Gətir, saqi, qədəh kim, bağü səhra laləzar oldu,
Əcəb fəsli-xücəstə, mövsimi-xoşruzigar oldu.
Şükufə bərgi topraq üzrə simin xiştlərdir kim,
Əsasi-eyşi-xəlq ol xiştlərdən üstüvar oldu.
Cigər qani kimi getmişdi gözdən tazə gül şəkli,
Yenə daği-dili-əhli-vəfatək aşikar oldu.
Çıxardı səbzəvü gül xakdən çox lə’lü firuzə,
Vəli, yüz şükr kim, xan xaki-payinə nisar oldu.
Füzuli, gər xəzan vaxtı irərdin müttəqi, hala
Mey iç kim, mövsimi-gül gəldi, əyyami-bəhar oldu.
Açıldı qönçə tumarı və mə’lum oldu məzmuni,
Budur kim: fövt qılman mövsimi-gül, cami-gülguni.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-tercibend-5-getir-saqi-qedeh-kim-bagu-sehra-lalezar-oldu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Mey və meyxana
Bir gün bir şəcər gördüm,Gülünün yarpağı üç.
Sənəm alLal olur bülbüllər sovulanda gül,Lalə libas geyinmisən, Sənəm, al!
Xədəngi-tiri-müjganın əsər qılmış dilü canəXədəngi-tiri-müjganın əsər qılmış dilü canə,Şikənci-türreyi-zülfün salıbdır rəxnə imanə.
SayasanMərd igidlər nə nişanda bəllidi,Arifsənsə, gərək doğru sayasan.