Xoş ol zaman ki, hərimi-vüsalə məhrəm idim
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Xoş ol zaman ki, hərimi-vüsalə məhrəm idim,Nə mübtəlayi-bəla, müğəyyədi-ğəm idim.
Gəzərdim itlərin içrə fəzayi-kuyində,Yerim behişti-bərin idi, mən də bir adəm idim.
Həmişə səcdəgahim xaki-asitanın idi,Bu etibar ilə bir sərbüləndi-aləm idim.
Gədayi-kuyin idim, böylə zillətim yox idi,Səriri-səltənəti-qürbdə müəzzəm idim.
Zaman-zaman əsəri-pərtövi-cəmalindənMüalici-dili-pürdərdü çeşmi-pürnəm idim.
Ziyadə qəmzədəyəm hicr ilə, xoş ol günlərKi, mən bu qəmzədəlikdən ziyadə xürrəm idim.
Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli, olmaz imiş möhnəti-fərağə müfid,Bu zövqi-zikr ki, bir vəqt yarə həmdəm idim.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-xos-ol-zaman-ki-herimi-vusale-mehrem-idim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sənin aşiqlərindən orda olmaz bir nəfər sənsiz.
Könlümün ayinəsin sındırdı ol ziyba mənimArizusu qəlbimin baş tutmadı əsla mənim.
Könül vüsalının zövqünü tapmaqla saqi və sağərdən keçdiSəfalı xəlvətinin həmdəmi olub, aydan, günəşdən keçdi.
Cismim içrə təkcə bu yüz zəxmi-bidərman deyilMən kimi yüz dağı var, kölgəm də biəfğan deyil.
Başqa şairlərin şeirləri · Hicran
Qanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
Yoxsa...Yoluna baxıram mən dönə-dönə,Hər kölgə bir vüsal vəd edir mənə.
Məndən fələk ayırdı vəfapişə yarimiMəndən fələk ayırdı vəfapişə yarimi,Tar etdi zülfi-yar kimi ruzigarimi.
Hanı o yarə uyub, xəlvət etdiyim gecələrHanı o yarə uyub, xəlvət etdiyim gecələr?Ənisü-munis, olub söhbət etdiyim gecələr?