تا غایبی تو مجلس ما را حضور نیستدور از تو بی حضوری عشاق دور نیست

Bizim məclis qurulmaz heç zaman, ey simbər, sənsiz,Sənin aşiqlərindən orda olmaz bir nəfər sənsiz.

رفتی و رفت تاب و توان از تن ضعیفما طاقت فراق نداریم زور نیست

Gedərkən sən, bu cismimdə olan tabü təvan getdi,Deyil zor, bizdə yox hicranə dözməkçün hünər sənsiz.

شبهای غم چو شمع دم صبح بی رختدر دیده گرچه اشک روان هست نور نیست

Gecəm qəmlə keçər, sənsiz gözümdən yaş axar daim,Səhər şəmi kimi nurdan gözümdə yox əsər sənsiz.

بی تو قرار یافتن و زیستن دمیبس مشکل است کار من ناصبور نیست

Sənin hicrində müşküldür qəmə dözmək, ömür sürmək,Bu müşkül əmrə mən tək bir yazıq, aya, dözər sənsiz.

بخرام کز قد تو خدنگ بلا رسدبر هر دلی کز آمدنت پر سرور نیست

Yürü, qəddin bir ox olsun, uçub ol qəlbə batsın kim,Sevinməz sən bizə mehman gələndə, ya gülər sənsiz?

گرد رهت برابر کحل است در نظرمی بیند این معاینه هر کس که کور نیست

Ayağından qopan hər toz gözümdə tutiya olmuş,Görər tirə cahanı gözlərim kordan betər sənsiz.

Məqtə — şairin təxəllüsü olan son beyt. شد ساکن در تو فضولی وزین سبباو را هوای جنت و پروای حور نیست

Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli məskən etmişdir səri-kuyində çoxdandır,Odur ki, eyləməz hurü behiştə bir nəzər sənsiz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran