Mat olan məhcub olur bazicəyi-şətrəncdə,Qalibiyyət kimdə qalsa, nəş'eyab olmaşdadır.Kim udarsa, dəhrdə rahətnisab olmaqdadır.İştə dünya böyledir: məğlub olanlar rəncdə.

Səfheyi-şətrəncə bənzər bu cidalgahi-həyat,Adəm övladi üzündə oynanan alatdır.Kim ki mat oldu, nəsibi ahdır heyhatdır,Kim ki mat etdi, nigahi xəndərizi-inbisat.

Eyləyən şətrənci icad arifi-hikmətnümun,Göstərir ərzin kitabından gözəl bir yarpağı;Qalibin yüksəklənir hər gün səmaya bayrağı,Kim ki məğlub oldu, rayati-həyatı sərnigun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət