Vaqe olur Nataşanın otağında. Məşədi Qulam əyləşib başında araqçın. Nataşa qolunu
onun boynuna salıb, şərab verir.

Na taşa. Bu rumkanı da mənim sağlığıma vur.

Məşədi Qulam. İçmirəm, ay məşədinin maral balası, dəxi doymuşam.

Na taşa. Mənim sağlığıma içmirsən, mən də səndən küsəcəyəm. Ölsən də sənə öpüş verməyəcəyəm.

Məşədi Qulam. İçsəm, öpüş verərsən?

Na taşa. Əlbəttə.

Məşədi Qulam. Ver bura, ay madam. (İçir.) Bir busə məndən eləmə müzayiqə. Mən səndən etmərəm müzayiqə. Can, di buxaqdan iki busə ver.

Na taşa. Sonra.. sonra. Görürəm yuxun gəlir. Gəl uzan təxtin üstündə.

Məşədi Qulamı təxtin üstə uzadır.

Məşədi Qulam. Əyləş yanımda, başımı al dizinin üstünə.

Nataşa (onun pul bumajnikini çıxarır). Deyilən lyublyu.

Məşədi Qulam. Loblu, loblu.

Na taşa. Əməlli de, lyublyu, lyublyu...

Məşədi Qulam. Loblu, loblu.

Na taşa. Lyublyu de, maşaduşka.

Məşədi Qulam. Loblu... Yenə loblu.

Cahangir və Şahpəri gəlirlər.

Şahpəri. A sənin üstünə kül tökülsün, belə qiraət öyrənirsən? Hə?

Məşədi Qulam (Şahpərinin üstünə gedir). Loblu, loblu...

Şahpəri. Allah səni bundan da pis günə salsın. Getdiyin Xorasan sənə qənim olsun. Bu sifət sənin saqqalına yaraşır?!

Məşədi Qulam. Arvad, acığın tutmasın. Atanın goru haqqı, sən çox yaxşı arvadsan. Allah sənin atanı sovnarxoz eləsin. Hamısını öyrənmişəm ancaq bir vələzzalin çıxmayır. Valazzalimik... valazzalimik...

Şahpəri. Kəs səsini, murdar pyaniskə...

Məşədi Qulam. Arvad, sənin canın üçün öyrənmişəm. Yalan demirəm. Yalan deyirəmsə, atanın gorunda qurbağa olum, qur-qur quruldayım. İt olum, ham... ham... mır-mır mırıldayım. Hamısını bilirəm

Məsələn, loblu... loblu.

Şahpəri. Kül başına, daş düşsün başına, Allah səni yox eləsin!

Cahangir (qolundan dartır). Gedək evə, ata.

Məşədi Qulam. Valazzalimik, valazzalimik... zındıq oğlu zındıq.

Cahangir. Çox gözəl... Çox gözəl. Gedək.

Məşədi Qulam. Gözəl öyrənmişəm. Bax, arvad, oğlun səndən çox bilir, deyir gözəl bilirsən. Valazzalimik... Görürsən necə öyrənmişəm! Hə, loblu, loblu.

Şahpəri. Allah üzünü qara eləsin!

Məşədi Qulam. Loblu... loblu... loblu...

Şahpəri. Düş qabağıma, abırsız! Sənə bir lobyə yedirdərəm, ölənə kimi yadında qalar, dadı damağından getməz.

Məşədi Qulam (gedərkən). Valazzalimik... loblu, loblu...

Məşədi Qulamı aparırlar. Nataşa onların dalınca baxır, sonra gülə-gülə
qayıdır, əlində də Məşədi Qulamın pul bumajniki.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri