Babam ad qazandı, eldə, obada,“Qaçaq” çağrılsa da, qaçaq olmadı.Zindanlar küncündə dustaq olsa da,Ayaqlar altında tapdaq olmadı.

Köçüb ləyaqətlə getdi dünyadan,Ondan hünər, qeyrət qaldı yadigar.Həyata gözümü açdığım zamanBabamın adını mənə qoydular.

Uşaqdım...Qaçarkən yıxıldım yerə,Ağrıdan ağlamaq istədim,bu dəm.– Gör kimin adını qoyublar sənə,Hüseyn ağlamaz! –Bağırdı nənəm.

“Gör kimin adını qoyublar sənə”.Bu səs qulağımda qaldı nə vaxtdanBu adla yeriyib düşmən üstünə,45-ci ildə çıxdım sınaqdan.

Qorudum nənəmin etimadını,Qorxub əyilmədim faşist önündəQorudum babamın igid adını,Vətən döyüşünün ağır günündə.

Bir oğul itirdim bu yaşımda mən,Başıma fırlandı aləm bir anda.Bir oğul itirdim qorxu bilməyən,Bir oğul itirdim Arif adında.

Ömürlük ayrılıq çətin olurmuş,Nə yerə sığışdım, nə göyə düşdüm.Elə bil, yenidən başladı vuruşElə bil, yenidən cəbhəyə düşdüm.

Xəbərdar eylədim yaxını, yadı,Təkcə Hüseyn yox, Hüseyn Arifəm.Yaşatmaq istərəm bu iki adı,Baba Hüseynəm, bala Arifəm.

Ümmanın qüdrəti çağlar içimdə,Dağlara qoşulub, qarlı dağ oldum.Dünən bir dağ idim dağlar içində,Bu gün iki zirvə, iki dağ oldum.

Dağa dağ deyilib, dərəyə dərə,Titrəmə, ey kağız, əsmə, ey qələm.Mən sevinc cəlladı faşist kədərəHüseyn Arifi əyə bilmərəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət