Səhifə 3 / 3 · 67%

Amma yalan danışırdı, o yeri əvvəlcədən mənim üçün nəzərdə tutmuşdur... Üzə vurmasam da, mənə diri-diri qəbir hazırlamağı xoşuma gəlməmişdi.

Cahan Pəhləvan dayandı, udqundu. Zahidə xatun ona şərbət süzüb verdi:

– Özünü niyə üzürsən, Cahan... Səhərə az qalır. Bəlkə... bir az yatıb dincələsən?

Yox, sonra gec olardı... Mən deyəsən hər şeyi dedim... hə, bircə şey qaldı... Dur, tapşır mənim atımı gətirsinlər... Ağ küreni. Qara atdan qabaq ağ ata minmək istəyirəm. Yola çıxmaq istəyirəm...

Zahidə xatun diqqətlə ərinin üzünə baxıb ehtiyatla soruşdu.

– Bu gecə vaxtı nə yol, Cahan?

– Gecə niyə olur?.. Görmürsən Elanlı dağının arxa tərəfi ağarır... Şəfəq atır... hə, dağlar, dağlar... Siz daimisiz, biz gəldi-gedər... bir bax... görürsən Elalnını... At gəlincə hava işıqlanacaq... Zahidə!..

– Nədir, Cahan!

– Bilirsən nə var?.. Mən yorğan-döşəkdə ölməyi özümə sığışdıra bilmirəm... Bu, kişilikdən deyil... Bəlkə deyəm təxti-rəvan hazırlasınlar... Mühafiz dəstəsi də ayırsınlar... Həmədana dönək... Axı sənin oğulların, qohum-qardaşların.

Axı mənim atam... Şəmsəddin Eldəgəz də, anam Möminə xatun da ömürlərini burada, Naxçıvanda başa vurublar. Mənim ömrümün... qaynar çağları da... burada keçib... hə, Zahidə... sən yanımdasan-bəsimdir... Cəlaliyyə buradadı-bəsdir... Qara atdan qabaq ağ ata minmək istəyirəm... Yola çıxmaq istəyirəm... Qoy desinlər Eldəgəzlər xanədanın hakimi... Cahan Pəhləvan at üstündə öldü... Əbədiyyət evinə də... bir süvari kimi getdi... hə, Zahidə... sən hesab elə ki, vidalaşdıq...

– Cahan Pəhləvan yenə qıvrılıb açıldı və birdən bütün qüvvəsini toplayıb təxti-rabdan qalxdı.

– Bəs... niyə dayanmısan? Çıx, mənim adımdan tapşır ağ kürəni gətirsinlər... Mən yola çıxmaq istəyirəm!..

– Axı... sənə soyuq olar, Cahan!

– Olmaz.

– Olar. Vallah olar... havada sazaq var.

– Mənim üçün... indi nə soyuq... nə isti...

– Onda deyim təxti-rəvanı da hazırlasınlar. – Zahidə xanım təkid etdi,

– Yaxşı... ürəyin istəyir, de. – Cahan Pəhləvan axır ki, razılaşdı və öz sözünü dedi:

– Amma... ağ kürəni mütləq gətirsinlər... Taxt-rəvanın önündə... Bildin?.. Ağ kürəni.

Zahidə xatun bu dəfə ərinin üzünə baxanda elə bil dəhşətə gəldi: Cahan Pəhləvanın sifətində anlaşılmaz kin-küdurət yağırdı. Elə bil işıqlı dünya ilə axırıncı haqq-hesabı çürüməyə hazırlaşırdı sarayın ikinci hakimi...

Sübh tezdən, Elalnının arxasında ilk şəfəq görünəndə Naxçıvandan bir qafilə çıxıb Təbərək yoluna rəvan oldu. Xüsusi mühafizə dəstəsinin əhatə etdiyi təxti-rəvanda Zahidə xatunla qızı oturmuşdu. Cəlaliyyənin başı anasının çiyninə söykənmişdi. Hər ikisinin yanağını göz yaşları isladırdı...

Qafilənin önündə gedən ağ kürənin yəhərində az qala iki qat olub bükülən hökmdar əyləşmişdir...

Azərbaycan Atabəylər dövlətinin ikinci hakimi Cahan Pəhləvan hücərtin 581-ci ilində zül-hiccə ayının sonunda, özü dediyi kimi, axırıncı dəfəydi ki, yola çıxırdı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Odla su arasında

Cahan Pəhləvan gecəni pis yatmışdı. Sübhə yaxın yuxuya getsə də, xoruz banı eşidib ayılmışdı. Səbəb də o olmuşdu ki, atabəy-əzəmi yuxuda görmüşdü. Görmüşdü ki, atabəy-əzəm taxta əyləşib, onu yanına dəvət edib. İçəri girəndə atabəy əzəm taxtdan durub, onun qənşərinə gəlir, sağ əlini oğlunun çiyninə qoyur. Sonra atdan yuxarı onu diqqətlə süzür. Axı, oğul atasından həm hündürdür, həm də qəddi-qamətli. Bu, hökmdarın xoşuna gəlir, onu sevindirir... Ürəyində Möminə xatuna razılıq edir: “Mərhəba südünə, ülya mələkə!..” Sonra deyir: “Mənə gətirilən səhih xəbərlərə görə Rey hakim cızığından çıxır. Və bizim xanədana açıqdan-açığa kin-küdurət bəsləyir. Onu yerin də oturtmaq gərəkdir. Hökmdar atanın ilkin oğlu kimi, Eldəgəzlər xanədanın gələcək ikinci hakimi kimi bu işi son görməlisən. Sənə həm inanıram, həm də qılıncına güvənirəm... Get, sənə uğurlar arzulayıram. Göstər özünü, qoy əmirlər, məliklər, rəislər sənin zərbi-dəstini indidən görsünlər... Amma unutma ki, müharibə çox pis şeydi, gərək onu tez qurtarasan. Yoxsa insanlar bir-birini qırmağa adətkar olarlar. Onlarda şəhərləri, kəndləri viran qoymağa, yandırmağa həvəs çoxalar, adamları qarət etməyə, soymağa meyli artar. Sonra bunun qarşısını almaq olar müşkil iş...”Sonra müxtəlif vuruş səhnələrini görmüşdü. Moğlub olan Qütluq İnancın onun atının ayaqlarına düşməsi, dil çıxarıb yalvarması, qızını ona ərə verib düşmənçiliyi aradan götürmək istəməsi, gecə ciddi sifətli, süzgün baxışlı, məğrur duruşlu İnanc xatunun onun yanına göndərilməsi, evlənmələri şərəfinə düzəldilən eyş-işrət məclisi qırıq-qırıq nəzərində canlanmışdı.

14 dəq
El-oba naminə

Dağlar da insanlar kimi müxtəlif olur: alçaq-uca, mülayim-sərt... Naxçıvan dağlarının isə başqa bir xüsusiyyəti də budur ki, ilin müəyyən aylarında bir səhərlər, bir də axşamçağılar hərəsi bir rəngə çalır. Çox vaxt ayırd edə bilmirsən ki, bu qəribə rəngləri bu dağların üzünə hansı qəfil bir əl sürtür, onları kimin gözəgörünməz möcüzəli fırçası bu rənglərə boyayır. Elə dağ var, gələnə-gedənə sinəsi üstən cığır açır, yol verir. Elə dağ da var, qalaya-qəsrə çevrilib torpağa yad ayaq dəyməsinə, düşmən atlarının keçməsinə keçilməz sədd olur, qənim kəsilir, evindən-eşiyindən iraq düşən igidlərə havadarlıq edir, qoynunda daldanacaq verir.Əli Şimşəyin dəstəsi həmişə bu dağlardan ən gözəllərini özünə məskən seçərdi. Bu il də onlar çiyin-çiyinə verib bir-birinə söykənən, pəhləvanlar kimi əzəmətlə yan-yana dayanan Əlincə dağlarında məskən salmışdılar. Bu dağların döşündəki hamar düzənlik cıdır meydanına oxşayırdı. Səma aydın, dağlar çənsiz-dumansız olanda, bura qalxıb məğrib

6 dəq
Dərban və mühafiz (qış söhbəti)

Böyük çillə təzəcə çıxmışdı. Kiçik çillə bütün gücünü toplayıb şəhər əhlinə öz zərbi-dəstini göstərirdi.Allahın elə ildə iki dəfə bu yerlərin sakinlərinə qəzəbi tuturdu: yayın ortalarında güclü istisi ilə, qışın ortalarında sərt soyuğu ilə.

9 dəq
Qəfil küləklər əsəndə

Günəş məşriqdən neçə dəfə çıxıb məğribdə neçə dəfə doğub qürub etdi – heç kəs hesablamadı, neçə-neçə bulaqlar birləşib çaylara qovuşdu, heç kim baş açmadı, dəryalara nə qədər təzə sular axdı – heç kim fərqinə varmadı, neçə-neçə gündüz gecəni qovdu, neçə-neçə gündüzün gecə üzünə zülmət pərdəsi çəkdi – heç kim bilmədi.Əcəmi də günəşin doğub batmasına tamaşa edə-edə, bulaqlardan su içə-içə, çaylardan adlayıb neçə-neçə gecəni gündüzə, gündüzü gecəyə qata-qata, nağıllarda deyilən kimi, neçə-neçə yollardan keçdi, aşırımlar aşdı, keçdikcə də, aşdıqca da saçlarına düşən dən çoxaldı, illər çin-çin olub yaşının üstünə qalandı...

14 dəq

Başqa şairlərin şeirləri