Səhifə 8 / 23 · 30%

Pers də “Lapatka adamı”na tapşırıq verib ki, qatilin adını açsın bizə. Başa düşürsənmi qurğunu? Yəni Çax-çuxun qanına bulanıb Sultan Əmirli də sıradan çıxar. Əmma Sultan Əmirli dözdü, oğul. “Kitayskiy termos, kitayskiy fanar” qışqıra-qışqıra, Çax-çux necə gedib Mərdəkana – bağa, “yaman soyuqdu” deyib peçin qabağında necə çöməlib, işini görəndən sonra Nəcəfoğlunun öz ülgücüynən “vena”nı necə kəsib, qıyma-qıyma danışdı hamısını “lapatka adamı”, dönə-dönə təkrar elədi ki, “Sizi necə görürəm, o termos satan Çax-çuxu da eləcə görmüşəm, ay qardaşlar. Haqqı nahaqqa verməyin, bu cür kişinin qanını batırmayın, ay qardaşlar”.

Barmağımı naqanın tətiyindən çəkdim. Zornan çəkdim.

Mədədin qanını batırandan sonra Nəcəfoğlunun qanını da belə batırdım. Bir dəfə dəfndən sonra piyada şəhərə düşəndə gördüm nakamımızı: sakit, qəmli peyda oldu qabağımda. “Yükün ağır olacaq, qardaşım. Döz!” – dedi, yox oldu. Bir dəfə də gecə yarısı, çarpayıdan uzanıb tumboçkadan təzə “Kazbek” qutusu götürəndə gördüm, qutunu hirslə çəkib əlimdən alıb, xıncıb yerə çırpdı, yox oldu. SafAğ İşıq şəkil canlı insandan qat-qat güclüdü. Bu, adamı həm qorxudur, həm də elə gur sevinc, xoşbəxtlik verir ki, öz əlinnən qəbrə salladığın əziziyin ikinci həyatının – əbədiyyətinin sənə də aid olduğunu tamam dərk eləyib tamam başqalaşırsan: qorxudan xali olursan, heç vaxt ümidini itirmirsən.

Şeyx Məhəmməd Əmir yol ayrıcında tək-tənha öləndə də ümidini itirməyib. Son nəfəsində bıçaqnan barmağının ucunu deşib, can köynəyinin döşünə qanıynan vəsiyyət yazmışdı: “Oğullarıma vəsiyyətim ümiddi”.

Şeyx Ağ Əmir, Şeyx Boz Əmir adında əzabkeşlərimiz də başları kəsilən günə qədər ümidlərini itirməyiblər ki, “qara bulud” dağılacaq, Günəş doğacaq, həqiqətimizi car çəkib, Bağdayın qapalı qapılarını açacaqlar.

Mədəd adında əzabkeşimiz də Bezobraziye üfunəti içində, heç vaxt ümidini itirmirdi. Dinməz-söyləməz, pambıq əkirdi, taxıl, bağ-bostan

⁵⁵ “Dostunuz venasını kəsib. Siz isə hamamda xumarlanırsınız! Basdırın onu! Özü də elə basdırın ki, bir nəfər də ins-cins xəbər tutmasın bu biabırçılıqdan!”

⁵⁶ “Sənədləşdirin güllələnsin”.

⁵⁷ “Onu aradan götürməyin vaxtı çatıb”. becərirdi, mal-qoyun qəhri çəkirdi. Gecələr çarpayısında uzananda işıqlanana qədər qaranquşların civiltilərinə qulaq asırdı, “Bircə balanın qaranquşları” deyirdi.

Əslində, özününüydü quşlar. “İki vətənli quşlar!”

İki vətənlimi! Olamdan, ƏrAğdan başla, gəl UcRuma get, ordan yenə də Qrekin əlindən dad çəkə-çəkə Avropaya, Amerikaya qaç, gör neçə vətəni var “Durnayın!”

Qrek adlanan möcüzəli qaniçən bütün planeti fəth eləmişdi axı o ikiyüzillik müharibədə, altı yüz dörd, səkkiz yüz ikinci illər arasında “Durna” Afrikada məskunlaşıb, saraylar tikdirib, arxayın yaşamağa başlayanda yenə Qrek axını başlanıb: əvvəlki kimi, sağ tərəfində Suriya orduları, solunda, arxasında Ərəb, Fars orduları! O vaxtlar da Amerikaya qaçış başlanıb. Şum Ərləri çoxdan bilirmişlər okeanın təlatümsüz yerlərini. Əvvəlcə cəngəlliklərdə gizləniblər, saysız-hesabsız gəmilər düzəldiblər. Mıxsız-filansız, ağacı-ağaca geyindirərmişlər... Hətta Yaponiya da “Durna” vətənidi, oğul! Dil barədə danışacam, onda biləcəksən ki, bu “Yer”in vahid milləti olub, indi də həmincə “Durna”dı: Ulu Bağ ƏsƏlMənin “Durna” qatarları hələ də “qərib-qərib, qəmgin-qəmgin ötürlər” mühacirliklərdə!..

Mədəd mən kimi deyildi, qəlbən çox köyrəyidi, əmma sınmırdı. Tərəzinin bir gözünə “Vərəsə”miz, o biri gözünə həyatımız qoyulanda da sınmadı, ömrünün son gününü də ümidnən yaşadı ki, “Vərəsə”nin Varisi var, böyüyüb “Elm və Eşq” sahibi olacaq, geniş fəaliyyət meydanına çıxacaq...

Lap tezliknən hamısınnan görüşəcəksən! Ölüm yoxdu, oğul! “Ömrün son günü” deyirəm. Əmma şərti sözlərdi bu “ömür”, “son gün”.

Müslüm “padnos”da pendir, çörək, tərxun, dörd şüşə pivə, nazik uzun “bokal”lar gətirib, “tyubik”in üstünə qoydu, şüşələrin ağzını açıb getdi.

Səmədi tər basmışdı.

– Əmi!.. Bağışla, sözünü kəsirəm... Necə yəni “görüşəcəksən?!” “İkinci doğuluş”a inandım... Çox şeyə inandım. O dünya var, şübhəsiz...

Sultan əlindəki “bokal”ı “podnos”a necə vurdusa, pivə sıçrayıb əlinin üstünü islatdı, barmaqlarının ortalarındakı tüklərin aralarında tutqun qabarcıqlara çevrildi. Səməd küt-küt o qabarcıqlara baxa-baxa Sultanın xıriltısını eşitdi. Qurban əminin, Ələsgər müəllimin də belə birdən-birə dəyişən səslərini xatırlayıb başını sinəsinə əydi. Çünki əmisinin səsi həm də qəzəbli idi:

– “O dünya” nədi?! Gör nələr danışmışam sənə duşun altından çıxandan bəri! Hələ dərk eləməmisənmi ki, “o dünya” məfhumu ən dəhşətli təhrifdi! Vahid Kainat var, deyirəm! On səkkiz min “Aləm” var. “Aləm” yox, EyOdƏr Babamızın diliynən deyilmiş Əlim var. On səkkiz min Əlimin saysız-hesabsız planetlərindən biridi bizim bu xaraba “Yer” – EyƏrimiz! Ün eşidirik deyirəm, danışırıq deyirəm! Bax belə, sənnən danışdığım kimi! SafAğ atam canlı insan qədər canlı şəklini göndərir, şəkil qənşərimdə o yan-bu yana gəzinir! Mədəd bax beləcə, sən kimicə oturur qənşərimdə. Əlimi əlinə toxundururam. İşıq canlıdı! Canlı kimi! Necə deyim ki, aydın olsun?! Canlı əl kimidi da, ay oğul! Hərarəti var hətta. Hərdən lap yaxınlaşıram, bilə-bilə ki Mədədin özü deyil, dözəmmirəm, qucaqlayıram. O da məni qucaqlayır! Boynumda-boğazımda əməlli-başlı nəfəs kimi nəfəs təması hiss eləyirəm! Ölüb demək olarmı bu adama?! Başa düşdün?! Mədəd deyir: “Səməd hələ anasının qoynunda olmuyanda, bir il qabaqdan altı aylıq çağa göstərdilər planetdən”. Rəhmətlik Sura soruşub ki, “nə oldu sənə, a kişi, halın niyə dəyişdi?” Deyib: “Bir qəşəng oğlumuz olacaq. Röyada gördüm”. Başa düşürsən? Açammayıb ki, röyada yox, aşkar görüb... İnan, oğul, heç bir möcüzə yoxdu, adi həqiqətdi danışdıqlarım!

Çörək ye. Ac qarına içəndə pivə də dumanlandırır adamın başını. Ye, yeyək. Başa düşəcəksən hər şeyi... Hər şeyi...


İndi keçirəm çox vacib, çox maraqlı bir məsələyə... De görüm Stalinin “Voprosı yazıkoznaniya”sını oxumusanmı?

Səməd diksindi.

– Stalinin əsərinin nə dəxli var bura, ay əmi?!

– Oxumusan, ya yox?!

– Əlbəttə!.. Stalinin hətta məktublarını da oxutdurublar bizə. “Voprosı yazıkoznaniya”nı rəsmi dərslik kimi, hamıya oxutdurdular. İki nəfər dilçinin iştirakıynan müzakirə oldu. Mirqəzəb özü çıxış elədi.

– Mənim mətləbim elə o çıxışın üstədi. Dilçilərimizin dilləri ağızlarına sığışmırdı ki, “görün dilçiliyin nəzəri məsələlərini necə bilir Kişi!” Əslində, Midi Qiena yazmışdı o çıxışı. Özü də Akademik Marrın əleyhinəydi hamısı. Vaxtilə Akademik Marr bir silsilə mühazirə oxumuşdu burda – Bakıda... Şagirdlərin olacaq sənin. Onlara xüsusi deyərsən ki, Akademik Marrı şəxsən Stalin özü göndərmişdi “Şeyx Xorasan” məqbərəsinə ki, oxusun, öyrənsin, “konkretnuyu spravoy” yazsın. Marrı mən, sonra da Nəcəfoğlu başa salmışdıq ki, bu, dünyamızın tarixidi, Bağın, OdƏrin dilini əyri güzgüdə göstərsən əzabdan qurtarammazsan. Dərk elədi. Sonralar Moskvada “Bakı kursu” deyirdilər burda oxuduğu mühazirələrə. “Yeni nəzəriyyə” deyirdilər. Moskvada da, xaricdə də yüksək qiymət verirdilər. “Yazıkoznaniye”də Stalin çox qısa yazıb. İki kəlmə – “idealist nəzəriyyə” deyib.

Əmma Nəcəfoğlu “peyğəmbərlik” adlandırırdı.

– Marrın nəzəriyyəsini?!

– Nəzəriyyənin “təfəkkür dili” adlandırdığı qisminə “peyğəmbərlik” deyirdi. “Proroçestvo”.

– Stalinin fikrinin əksinə?!

– Rəsmi yox... “Yazıkoznaniye”, bilirsən ki, əllinci ilin iyununda çıxıb. Ondan bir il əvvəl – qırx doqquzuncu ildə o dəhşətli falsifikator – Midi, Mirqəzəbi qızışdırıb Marrın əleyhinə qaldırmışdı. “Yeni nəzəriyyə”yə görə, əlifbanın hərfləriynən, söznən ifadə olunan dil – “səs dili” Yer bəşəriyyətinin inkişafının indiki mərhələsinə aiddir. Gələcəkdə, inkişafın yüksək mərhələsində “səs dili” əvəzinə “təfəkkür dili” olacaq, beyindən beyinə, təfəkkürdən təfəkkürə yol açılacaq, insan insanın fikrini eşidəcək. Yəni beyindən, daha doğrusu, BağÜndən çıxan fikir dalğaları ikinci insanın beynində Ünə, sözə çevriləcək... Çaşma, Bağday tarixinə toxunmamışdı Marr. Ehtiyat eləyirdi, deyirdi: “İndidən məni qınayırlar ki, “isklyuçitelnost EvƏrEya atomom udarit na nas na vsey planete”.⁵⁸

Əmma qorxmamışdı o nər oğlu nər Marr. Bağ nəslimizin Ün eşitməyi barədə heç nə yazmasa da, “təfəkkür dili”ni öz şəxsi nəzəriyyəsi kimi qələmə versə də, alimlərin fikrini insanın perspektivinə yönəltməyə nail olmuşdu. KeQeBe-nin nəzarət seti şəraitində Marr nə Bağ adı çəkə bilərdi, nə də BağÜn deyə bilərdi. “Yazık mışleniya” – “Təfəkkür dili” vəssəlam.

Əmma marksizmə zidd deyildi nəzəriyyəsi. Məhz marksizm əsasında “təfəkkürdə yüksək faza – keyfiyyət dəyişikliyi” deyirdi. Nakamımız “Proroçestvo akademika Marra” adında məqalədə yazmışdı ki, “Pravda” qəzetinə göndərsin. Əmma Mirqəzəbin qadağası vardı: mərkəzi mətbuata göndərilən materiallara şəxsən özü icazə verməliydi.

Nakamımız məcbur oldu, zəng vurdu Cəllada ki, bəs belə bir məqaləm var. Cəllad Midini göndərdi ki, oxusun, məlumat versin. Midi də məlumat vermək əvəzinə, Akademik Marrnan nakamımızın əleyhinə qaldırdı Cəlladı.

Faciənin kökü çox dərindi, əzizim.

Burda diqqətli ol. Məlumatım çox mürəkkəbləşəcək indi. Çox diqqətli ol!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xəzinə üstündə yatan ilan 4

Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.

13 dəq
Xəzinə üstündə yatan ilan 5

– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.

29 dəq
Xəzinə üstündə yatan ilan 6

İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.

11 dəq
Xəzinə üstündə yatan ilan 7

...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!

46 dəq

Başqa şairlərin şeirləri