Səhifə 9 / 23 · 35%

“Qalaktika” əvəzində əslini – OdƏrcəsini desəm, səni çətinliyə salaram. OdƏrcəsiynən türkcəsinin qarışığında QalAğ OdAğdı. Yəni SafAğ İnsanın Qalamı (vətəni) SafAğ Həqiqətidi. Bunu unut hələ. “Aləm” əvəzinə Əlim dedim bayaq. Bunu da unut hələlik. OdƏrcəsiynən türkcəsini qarışığı QalAğı unutma. Əslində, qədim türk sözlərinin elə hamısı belədi: şəkilçisiz. “Qalaktika” sözünü eşidəndə fikrində “qalAğ” de, elə bunu da yadda saxla. “Aləm” eşidəndə “Əlim” düşünmək və “Əlim”i yadda saxlamaq daha faydalı olardı. Əmma OdƏr dilində Əl, Əli, Əlim, ƏlAğ sözləri çox işlənir. Hər söz birləşməsinin tərkibində bir cür mənada olur. Əl, Əli, Əlim, ƏlAğ – Sultan qımışdı. – Allahın dili bə nə təhər olar?! Özünü yığışdır, başın çatlamasın.

“Qalaktika” – QalAğ variantını yadda saxlamağı məsləhət görəndən sonra şagirdlərimizə, adətən “Qalaktika”mızın “Yer” – EyƏrdən başqa iki planetinin adının əslini – OdƏrcəsini deyirik: EyOdƏr (Uca Həqiqət İşığı), bir də OdAğÜz BağOdƏr (SafAğ İnsan Üzünün – Mənasının həqiqəti OdƏrBağ). Yəni planet özü də Bağdır: planeti planetə və “Qalaktika”ya – QalAğa bağlayır.

Qrek-Latının təhrif dili EyOdƏri “yadro” şəklinə salıb. Guya planet deyil, Günəşin daxilində energiya mənbəyidi. Əslində, bilirsən ki, EyOdƏr Babamızın planetidi EyOdƏr. QalAğdan göndərilən elementlərnən yeni-yeni planetlər yaradır. Bunu da bilmək lazımdır ki, təzə planetlərdə həyatı işıq içində göndərilən proqramlarnan təbiət yaranışından başlayırlar Bağlarımız. İkinci mərhələdə təbiəti tənzimləyən heyvanat, həşərat yaradılır. Lap fantastik miqdarda heyvanat, həşərat.

İndi soruşuram: real dünyanı əslində uzaqlaşdırıb əfsanəyə, mifə çevirən “qrek mifologiyası” adında yalan dəhşətini bəşəriyyətimizin beyninə yeridən nədir? Cavab verirəm: təhrif dil hakimiyyətidi!

Qreklər Olamı planetin saysız-hesabsız, nəhəng heyvanatından qoruyan ordu olublar, SafAğ İşıqdan yandırıcı silah kimi istifadə eləyiblər. Sonra Bağlarımız bu silahı ləğv eləyiblər, Qreklər adi soyuq silahlara,

⁵⁸ “...EvƏrEy kafirliyi atom kimi vurar bizi bütün planetdə”. zirehə keçməli olanda Bağlara qarşı narazılıq yaranıb. Məhz o vaxtlar – birinci əlliminlik tarixin kulminasiya əsrlərində, yəni qırx doqquzuncu, əllinci minilliklər dövründə GurAğlar adaya çəkilib, ayrılıb təfəkkürcə məhdudlaşıblar, tədricən dəyişiblər, təhrif dilli müstəqil xalqa çevriliblər. O zamanlardan da ardıcıl çalışıblar ki, “Qrek” dili hakim olsun. Çünki, sadəcə, vaxt keçdikcə “Allahlar”ın dilini anlamayıblar. Geri sananan ikinci əlliminillik tarixin on birinci əsrində Qreklər Bağdayın indi “Türkiyə” adlanan ərazisini tamam tutub, elə o dövrdən də həmin ərazidə OdƏr dilini qadağan eləyiblər. Bağlarımız, OdƏrlərimiz o zaman “ƏrMən”, “Ərim”, sonralar “Rum” adlanan həmin ərazini tərk eləyiblər, vətəndən tərik düşüb təhrif ərazilərdə “Tərik”lər adıynan, müxtəlif məkan adlarıynan tanınıblar. Qreklər isə, təhrif dil “mif”lərini elə o vaxtlardan yaya-yaya OdƏr dilini unutdurmağa çalışıblar. Bağların dilinin qüdrətini – insanın uzaqdan uzağa danışdığını bilirmişlər Qreklər, Olamdan sonrakı vilayətlərə basqına gedəndə səfərin OdƏrlərə əvvəlcədən məlum olmağından qorxduqlarına görə Bağ dilini təkidlə, inadla qadağan eləyirmişlər. Eramızın yeddinci-səkkizinci əsrlərində, Vizantiya imperiyasının qələbələri zamanında planetin əksər yerlərində Qrek-Latın əfsanələri hakim olub. OdƏrlərimizin bir qismi bütün Kainatda uçuşan İşıq gəmilərində uçub gedib, bu qan-qırğınlar, təhriflər, əxlaqsızlıqlar, murdarlar planetini tərk eləyiblər.

Danışanda çəkinmə, açıq de ki, orduda əsas təfəkkürsüzlük homoseksualizmdən yaranıb. Güclülər gücsüzləri zorlayırmışlar, psixika kökündən dəyişirmiş.

OdƏrlərin qaçhaqaçı, köçhaköçü təxminən onuncu əsrdə olub. Geri sananan tarixdə ha! Əhalinin bir qismi Elmdən, mədəniyyətdən ayrılıb, gəzərgilik şəraitində cahilləşib. Bir qismi isə Bağdayın gizlin guşələrində, Ulu Bağ ƏsƏlMənin ətrafında “Muğ”lar adlana-adlana, OdƏs (Yaradan həqiqət) əvəzinə, təhrif dildə “Atəş”, “Atəşpərəst” təsəvvürü içində gizlin “Muğanna”lara çevriliblər... Çox danışacam bu faciə barədə. Çünki dediyim kimi, dil ayrılıqlarının kökü çox dərindi. “Qalaktika”mızın – QalAğımızın üç planeti, yəni EyƏr – “Yer”, OdAğÜz BağOdƏr – “Yupiter”, EyOdƏr – “Yadro” ətrafında danışdığım qısa xülasədən özün nəticə çıxart: Akademik Marr OdƏr bəşəriyyəti, “Yer”də vahid OdƏr dili və Bağday dövləti barədə həqiqətin lap cüzi bir hissəsini açsaydı, nə baş verərdi Bakıda, o tay-bu tayda, Türkiyədə?! Erməni katalikoslarının Vatikandan göstəriş alıb öz aralarında məktublaşmaları, “Vərəsə” həqiqətlərinin, OdƏr dilinin falsifikasiyası barədə göstəriş, sürgünlər, xüsusən ən gizlin ocağımız Göyçəyə divan tutulması qırx səkkiz – əlli üçüncü illər arasında görülən dəqiq, planlı işdi, oğul. Təsadüfi deyil ki, sizin o müzakirədə ikicə nəfər yaltaq, falsifikator dilçidən başqa, mütəxəssislərdən heç kəs iştirak eləməyib.

De görüm, partiya məktəbində Cəlladın o çıxışının məğzi yadındadımı?

– Məğzi... – Səməd fikrini toplamağa çalışdı.

Yadında qalan bu idi ki, o çıxışda nədənsə adları çəkilməyən “anonim müəlliflər”in fikrincə, yer üzündə bütün dillər vahid bir dildən doğulub, bir kökdən bitmiş ağacın budaqları kimi, gövdədən haçalanıb, ayrı-ayrı budaqlara çevrilib. Eyni dildən yarandıqları, oxşarlıqları müxtəlif tələffüzlərdə gizlənir, yalnız lap mikroskopik diqqət yetirəndə bilinir ki, hamısı eyni dildi. Mirqəzəb bu fikri “arxivlər küncündə qalan, zərərli idealist nəzəriyyə” adlandırıb, sübut edirdi ki, bəşəriyyətin ilkin yaranış dövründə, müxtəlif qitələrdə bir-birindən xəbərsiz ibtidai icmalar olub, elə o icma dövründən ilk bəsit sözlər, bəsit dillər yaranmağa başlayıb. Dillər sayca guya indikindən dəfələrlə çox olub, bəşəriyyət təkmilləşdikcə, icmalar, icma birləşmələri, qəbilələr, xalqlar, dövlətlər arasında iqtisadi-ictimai əlaqələr genişləndikcə dillər azalıb, iqtisadi-siyasi təsir əhatəsi dar və zəif olan xalqların dilləri güclülərin dillərinin içərisində əriyib, (assimilyasiyaya uğrayıb), müasir dünyamızın böyük dilləri yaranıb. Əmma bu proses daimi deyil: Akademik Marrla şagirdlərinin iddia etdikləri kimi, “dillərin çarpazlaşması nəticəsində yeni dil yaranması” heç də qanun deyil, əksinə, keçmiş formasiyalardan irs qalmış zorakı assimilyasiya nəticəsidir; yeni formasiyada, yeni ictimai əlaqələr şəraitində milli dillər daha da inkişaf edib çiçəklənəcək. Dahi rəhbərimiz Stalin yoldaşın dediyi kimi: “Ukrayna dili Rus dilinə nə qədər yaxın olsa da, assimilyasiyaya uğramayacaq və məhz müstəqil milli dil kimi daha da çiçəklənəcək”. Atamız, rəhbərimiz Stalin yoldaşın şəxsən başçılıq etdiyi dilçilik elmində zorakılıq yoxdur və ola bilməz. Əmma “anonim müəlliflərin vahid kök, vahid bəşəriyyət” nəzəriyyəsi nə qədər zərərlidirsə, Akademik Marrın “təfəkkür dili” nəzəriyyəsi də bir o qədər zərərlidir; “Anonim müəlliflər”in “vahid dil ağacı” kəsilib atılmalıdır, Marrın vahid “təfəkkür dili” isə pislənməlidir. Çünki bu nəzəriyyə elm aləminə mistika toxumu səpir və əslində, ilahiyyata əsaslanır... Çıxışın məğzi belə idi: dillərdən vahid dil yaranmayacaq.

Çaşqınlıqdan, səbirsizlikdən, Səməd nə “anonim müəlliflər”in haqqında danışmaq istədi, nə də Akademik Marrın. Qısaca dedi:

– Məğzi budu ki, keçmişdə vahid dil olmayıb, gələcəkdə də olmuyacaq.

Sultan gözlənilməz istehza və müəmma ilə gülümsündü.

– Elmi cəhətdən doğrudumu?

Səmədə bu sual da qəribə göründü.

– Səmimi deyəcəm, əmi... Açığı, ilk insanlar, icmalar, ilk kəlmələr, ilk dillər, sonrakı icma birləşmələri, xalqlar yaranışı mənə çox inandırıcı görünür. O “Midi” adlandırdığınızın falsifikatorluğu bir az aydındı mənə. Əmma Marrın əleyhinə yazdığı çıxış, şübhəsiz, elmidi. Dilçilikdən xəbərim olmasın heç, min dəfə de mənə ki, dillər vahid kökdən yaranıb, hökmən soruşacam ki, Rus diliynən Azərbaycan dilinin kökü necə bir ola bilər?! “Dil qrupları” adlanan qruplarda oxşarlıqlar açıq-aydındı! Əks-zidd qrupun əksiliyi də həmçinin aydın görünür axı!

Sultan başını dik tutub, qardaşoğluna baxa-baxa müəmma ilə qımışırdı.

– Budu bax, Darvinimizin bəşəriyyətə vurduğu zərbə: bəsitlikdən mürəkkəbliyə doğru gedişat – evolyusiya – təkamül.

– Düz deyil?! Elmi deyilmi, ay əmi?!

Sultanın sifəti ciddiləşdi:

– Bəs heç fikirləşmirsən ki, Nəcəfoğlu kimi dərin alim niyə təsdiq eləyirmiş vahid kökü?!

Səməd tutuldu. Sonra əmisinin qəribə ciddiyyətinə diqqət yetirib istər-istəməz səsini qaldırdı:

– Bilmirəm fikirləşməli nə var burda: biri “insan”, “adam” deyir, o birisi “çelovek” deyir! Biri “daş”, “torpaq” deyir, o birisi “kamen”, “zemlya!..” Çoxdan sübut olunmuş şeydi ki, dil qrupları, ay əmi! Hind-Avropa dillərinin kökü bir cürdü! Türk dillərinin kökü tamam başqa cür! Çox qəribədi ki, Nəcəfoğlu kimi alim təsdiq eləyib o fikri. Gah inandırırsan məni, gah da... tamam çaşdırırsan!.. Lap adi məntiqnən soruşuram: Afrikanın cəngəlliyində ilk dəfə dil açan zənciynən bizim bu Abşeronun Xəzər sahillərində ilk dəfə dil açan vəhşinin – indendertal adamın “vahid dili” olub?!

Sultan başını sinəsinə endirdi.

– Məntiq... Məntiq... İlk icma... “Meymundan yaranan insan”.. Bəlalarımız elə ondadı ki, hər şeyə təhrif mühitimizin “adi məntiqi”ynən yanaşırıq. Adi məntiq bəsit təfəkkür məhsuludu, oğul. “A” hərfindən sonra “B” gəlir, “B”-dən sonra “V” gəlir və sairə. Bədbəxt bəsit təfəkkürün xəbəri yoxdu ki, “B” hərfiynən başlayan dil də var. “B”-dən sonra “O” gəlir, “O”-dan sonra “Ə” gəlir, “Ə”-dən sonra “E” gəlir! Üstəlik, hərflərin adları heç də “A”, “Be” deyil. “Bağ”dı, “Od”du, “Əl”di, “Ey”di!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xəzinə üstündə yatan ilan 4

Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.

13 dəq
Xəzinə üstündə yatan ilan 5

– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.

29 dəq
Xəzinə üstündə yatan ilan 6

İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.

11 dəq
Xəzinə üstündə yatan ilan 7

...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!

46 dəq

Başqa şairlərin şeirləri