Ölüm-dirim
Səhifə 17 / 22 · 73%
Küncdən, tüstü içindən göy vilyur şlyapalı, göy qalstuklu, ərəbist, farsist kürəkənlər qismindən birisi əlini qaldırdı.
– Bura bax, Mədəd! Necə yəni dünyanı dağıdıb yenidən quracaqsan?! Bu nə safistikadı, axı?! Özünü Hamletə oxşatma! “Sultan”, “Gülgəz”-filan deyilir burda! Onlardan danış! Bir azda çal, oxu da! Dodağımıza dəyib bu zəhrimardan, mahnı istəyirik!
Xəlvət də bu yandan bağırdı:
– Dəstan! Dəstan!..
Mədəd də səsini qaldırdı:
– Kür əkənin dəmlənib. Sən isə can ağrısına dözəmmirsən.
Yumruğunu təp ağzına, qulaq as, öl mənnən bir yerdə!
“...Ürəyinin parçası idi. Elə ürək parçası ki, o qaranlıqda nəinki boy-buxunundan, hətta qıymaçanın altından sallanan cığalarından da tanıya bilərdi və tanımışdı. Əmma gözünün gördüyünü beyni görmürdü, ağlı kəsmirdi.
Öz səsi əvəzində elə bil kənardan xırıltı eşitdi:
– Sən kimsən?! Niyə üzümə baxmırsan?!
Bu xırıltı insan səsinə bənzəmirdi.
Elqızı bu xırıltıdan diksinib titrəməyə başladı və elə titrəyə-titrəyə ayağa qalxdı. Alovun işığında dəhşətdən böyümüş gözləri parıldadı.
Səməd çamadanı əlindən saldı. Bir kəlmə:
– Gülgəz! – dedi.
Daha heç nə deyə bilmədi...”
⁹⁸ “Ab yaşıl” – araq.
Mədəd susdu.
Zala da sükut çökdü.
Xəlvət barmaqlarını dodaqlarına sürtürdü, səsində əzab vardı:
– Bu tərəfi təsdiq olundu. Anan Gülgəz əvvəl Səmədin altındaymış. İndi keç o zorlama gecəsinə, qurtaraq.
Mədəd başını yana əyib, Alim skeletin birdən-birə kəhrəba rənginə düşüb əzabdan gözəlləşmiş sifətinə tamaşa edirdi.
– Kəhrəba üzlü oldun, gözəlləşdin, gözəl əmim! Körpəliyimdə tez-tez yalvarardın mənə: “Qurbanın olum! Qurbanın olum...” Doğrudan da qurban verirsən özünü mənə. Niyə gəldin bugünün “Birliyin”in, sabahın Boz Qurdunun çağırışına?! Bilmirdinmi ki, bizim hamımızı bir-birimizdən ayırıb yemək üçündü bu təşkilat?!
Mədəd ağır-ağır dönüb Xəlvətə baxdı.
– Əgər səndən dönər olsam, nəsibim ah-zar olsun, Rəhim kişi! Əgər səni adam eləməsəm, düşmənimi dosta çevirməsəm, anam Gülgəzin südü mənə haram olsun, Rəhim kişi! “Mehtər” rəmzi altında BağOdƏr deyib, “kor” rəmzi altında OdƏr deyib dəstan yazanımızı qanmamısan, Kalaşnikova sarılmısan. Bax budur havayı olan, mənim səyim deyil. İnan, elə möcüzə yaradacam ki, o xınc-mınc canınla, dörd əlayağın üstündə iməkləyə-iməkləyə gəlib üzünü ayağıma sürtəcəksən, əllərimdən öpəcəksən... İndicə danışdığım görüş o “dəhşətli gecə”dən min dəfə dəhşətlidi, ey heyvan! Nədi “təsdiq olunan?” Oynaşlıqdımı, ey heyvan?! Məhəbbət deyilmi təsdiq olunan, ey heyvan?! Anamı indi də sevir bu Alim skelet. Əmisi Sultan Əmirlinin arvadını! Bunu təsdiq elədim mən! İnsan sevgisini!..
Səmədin üzünün kəhrəbasında göyərti əmələ gəldi:
– Mədəd! Mədəd! Düz danışmırsan! Ucalarını alçaltma, oğul!
Mədəd mizrabı simlərə çəkdi.
– Alçaldan alçaldıb! Mən sənin haqqında yaranmış təsəvvürü təsdiq eləyirəm burda. Öldürürəm səni, əmi! Öldürməliyəm! Diqqətli ol!
Sən də dinlə ey kür əkən! Kor əkən! Hamlet deyiləm mən, yaralı aslanam. Əmma sənin qaynatanı dişimlə yox, təkrar edirəm, sözlə öldürəcəm və sözlə dirildəcəm. Ölü diriltmək Hamletlik deyil, Allahlıqdır!
Davam eləyirəm:
“...Bir vaxt vardı, çöldən evinə qayıdanda Əlləzoğlu hər axşam çiynində bir yaba qaratikan gətirib, il boyu çəpərini qalınlaşdırmağa çalışırdı, odur ki, həyət-bacasına həmişə tikan səpələnərdi. Günün nə vaxtı o tərəfə getsəydin, görərdin bapbalaca, ayaqyalın, başıaçıq “Qaraçı gözəli” Cığalı Gülgəz quru yerdə oturub, ayaqlarına dolan tikanları dırnaqları ilə tərpədə-tərpədə ağlayır. Elə o yaşda, o balacalıqda, başı qızıl əsgər papaqlı, ayaqları “Sultan əminin çəkməsi kimi” qara xrom çəkməli sədr oğlu da quru yerdə oturub, “Qaraçı gözəli” Cığalı Gülgəzin ayağını dizinin üstünə qoyardı, “Mənim dişim siçan dişidi” deyib, ağzını o qarayanıq, toz-torpaqlı ayağa söykəyib, tikanları dilinin ucu ilə yaşlaya-yaşlaya, bircə-bircə çıxarıb tüpürərdi. “Bu bir... bu iki... bu üç...”
– Lənət sənə kor şeytan!.. – Xəlvət heyrətlə çiyinlərini qısıb, o yan-bu yana baxdı. – Tikan nədi, zad nədi?! Bu nə danışır, ay cəmaat!
Mədəd növbəti “Prima”nı Çürüyün qəlyanından yandırıb, “pomost”dan enib, yenə Xəlvətin üstünə yeridi.
– Canına azar danışıram! Boğazına boğma danışıram! Səməd Əmirlinin faciəsini danışıram ki, Xəlvət adında buz dağı ərisin. “Zorlama gecəsi” dediyiniz o dəhşətli gecə o balaca “Qaraçı gözəli”nin ayaqlarına dolan tikanlardan başlanır. Səbr elə, qanacaqsan. Cavanlıqda “qardaşın” Yağır Məmmədəlinin eşşəklərinin dalınca yorta-yorta Arazın o tayına gedib-gələndə altı cırıq çarıqlarıyın dabanlarına tikan dolmayıbmı? Yolun ortasında çöküb göz yaşı tökə-tökə “yeriyəmmirəm, ay lələ” deyəndə, o vaxtkı nişanlın, indiki mehmanxana müdiri, Erməni haxçığı Marqo sənin dabanlarını yalaya-yalaya dişlərilə tikanları çıxartmayıbmı! “Bu bir, bu iki, ay musurman. Bu beş, bu on, ay musurman”, – deyə-deyə o gün-güzərana sənlə bərabər ağlamıyıbmı? Bu dörd ayda bu Qəlyanlılara neçə dəfə danışmısan bu əhvalatı, neçə dəfə demisən: “Adama oxşuyan vaxtlarımız varıydı. Marqo “ay musurman”, deyə-deyə ağlayanda köyrəlirdim!” İndi niyə köyrəlmirsən, niyə daşa dönmüsən?!
Çünki sadəcə, həyətyanı sahəsində beş-on qoyundan, keçidən başqa bir şeyi olmuyan Göbələk Məmiş o çəpəri necə şüursuzcasına qalınlaşdırırdısa, sən də o maşınların sayını eləcə artırırsan, ey şüursuz!
Fəlakət bundadı ki, mən bu şüursuza şüur vermək niyyətindəyəm.
İndi, nəhayət, Bezobraziyenin əmri ilə, “zorlama gecəsi” adlandırılan o dəhşətli gecənin müsibətləri barədə danışa bilərəm.
Müsibət ondan başlandı ki, “Stalinin şəxsiyyətinə pərəstişin ifşası”ndan sonra “şüşənin altındakı teleqramla katalikosların məktubları” Bezobraziyenin əlində silaha çevriləndə, SSRİ prokuroru Rudenko və general Məhərrəmov kimi güclü dayaqları olduğuna baxmayaraq, Sultan Əmirli inzibati üsullarla mübarizədən əl çəkib Bezobraziye murdarlarına Elm vermək niyyəti ilə Qudalı məhləsinə ayaq açdı. Nə dedi, nə danışdı Xaş nəçənniyə, prokuror Sayılova, RİK Atamalıya, Çax-çuxa? Bilirsən, Rəhim kişi. Bilmədiyin budu ki, atam öz səhvini hiss elədikcə, yəni söz-söhbətlərinin havayılığını hiss elədikcə, “vodka”ya əl atırdı. Bundan sui-istifadə elədiniz, o yazığı nəki var içirtdiniz, Rəhim kişi. Göbələk Məmiş oralarda hərlənib-fırlanırdı, arvadına, qızına təpinirdi ki, “niyə gəlib əl-ayaq vermirsiniz?!” Guya Göbələyin özü istəyirdi ki, qızı gəlsin “Kişiyə qulluq eləsin”. Əslində isə Əlləzoğluna deyilmişdi bu! “Sultan Əmirli insafa gəlib, qardaşı oğluna icazə verib ki, Göbələyin qızını alsın”. Məhləyə çağırılanda bədbəxt Cığalı hoppana-hoppana yüyürdü, it xılının içindən gül üzlü Gülbəniz bacısını da çağırıb, samovara od saldı, Qıllı Qeybalının, Piyli Qayımın içəridən daşıdıqları qab-qacağı su kranının altına töküb yudu, quruladı.
Dəhşətli gecəyə şəxsən özün “ağsaqqallıq” eləyirdin, Rəhim kişi.
Gecə yarıda atamın möhkəm keyfləndiyinə arxayın olanda “Bircə bala”nın Cığalısının əlinə “podnos” verdin. Dedin:
– Qayınatana çay apar.
Cığalı çayı aparanda bədbəxt atamı dümsüklədilər, dedilər:
– Bax gör kimdi çay verən?
Katib baxdı, tanımadı. Dedi:
– Kimdi?
Dedilər:
– Gülçöhrədi! Axtardığın Gülçöhrə!
Yazıq Cığalı elə bildi gözəlliyini tərif eləyirlər. Qızardı, çayı qoydu, eşiyə qaçdı. Bezobraziye məclisini şaqqıltılı gülüş götürdü:
– Gülçöhrədi, Arşınmalçı! Gülçöhrədi!..
Susursan, ey şüursuz qatil! Gərginsən. Qorxma. Hər şey sənin istəyinə uyğun olacaq... Yazıq Cığalı xoşbəxtliyindən ölürdü. Bilmirdi ki, bədbəxt “qaynata”nın fədai ürəyi ölmüşdü, içərisində bu vəhşi Xəlvətdən də vəhşi, yırtıcı bir canavar peyda olmuşdu. Bilmirdi ki, o canavar ayağa qalxanda Çax-çux adında ikinci bir canavar qızın cığalarından yapışıb, başını dala qanırıb bircə şüşə konyakı son damlasına qədər boğazına tökəcək, leşini maşına atıb, katibin leşini də üstünə atacaq!..
Səməd dik atıldı. Sonra əlini ürəyinin üstünə sıxıb, ağır-ağır əyilib, ikiqat olub, kresloya çökdü. Mədəd əmisinə yanakı baxdı.
– Atılıb-düşmə!
O bir şüşə konyakdan sonra ağ daş evdə, Sultan Əmirlinin həmin yataq otağına doluşub, hırıldaya-hırıldaya çıxdınız. Çax-çux həmişə keyfi saz vaxtlarındakı kimi, ruscaya keçmişdi: “Vsyo! S Sultanom Amirli pokonçeno!” Həmin bu sözlərini həmin gecə Mirqəzəbə teleqramında yazdı.
Bədbəxt atam dəhşətli sərxoşluqdan ayılanda anamla bir müddət bir-birinin üzünə baxa-baxa qalıblar. Heç nə başa düşəmmirmişlər. Xəlvətlərin oyunlarından sarsılmış üçüncü bir bədbəxt də yataq otağı ilə zalın arasında quruyub qalıbmış: Qılınc Qurban. Qılıncını sıyırıb düşüb atamın üstünə ki, “Bircə balayın istəklisini özünə arvad eləyibsən, çal qurumsaq!”
Qılınc düz dörd ay asıb-kəsib atamı: “Qaytar qancığı, qaytar!..” Düz dörd ay anam evdə – “cəhənnəmdə”, atam aşağıda, tut ağacının altında – “cəhənnəmdə” yatıb. Düz dörd ay bu birisi çarıqlı Göbələk bədbəxt axşamlar Sultan Əmirlinin işdən qayıtdığı vaxtlar gedib həyətdə ocaq qalayıb, manqal tüstülədib ki, guya raykom katibinin qayınatasıdı kişi. Düz dörd ay gecələr səhərə qədər o tutun dövrəsində gəzinə-gəzinə gözləyib ki, bəlkə möcüzə baş verə, şan-şöhrətli katib evə qalxıb yorğanın qulağını qaldıra. Belə dəhşəti, belə faciəni, belə müsibəti mən sizə bağışlaya bilərəmmi, Rəhim kişi?! İyirmi səkkiz aprel küçəsi ilə Kirov prospektinin kəsişdiyi yerdə, Nizami kino-teatrının dalındakı evin ikinci mərtəbəsində, “Çekistlər çekisti” “AdıPünhan” adlanan əzabkeş generalın mənzilində, Azərbaycanın demək olar ki, bütün rayonlarında, mühacir Muğannaların ailələrində, “Prometey”lər – EvƏrOdBağdaylar arasında pərvəriş tapan çekist oğlu çekist Dəli Səmədin yetirməsi, Bircə Balası, Tədqiqatçısı Dəli Mədəd, Xəlvətləri rahat buraxarmı?! O dal otaqda oturub mənim səsimi yazan paqonlu Qudalıların arasında yalnız “familiya”ları sizdən olanları tanyırsanmı, ey şüursuz qatil! Mən yetirmişəm o gizlin OdƏrləri! Onların əlilə diriləcək Alim Səməd! Bütün Bağday ərazisi miqyasında “Muğanna” adlananlarla yanaşı o dal otaqdakı “Qudalılar” ömürləri boyu bu əzabkeş Alimi xatırlayacaqlar! Bəs necə?!
Kitabxana.az · https://kitabxana.az/works/isa-huseynov-olum-dirim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Süleyman padşahın xəzinəsi 6Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Süleyman padşahın xəzinəsi 7Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...
Başqa şairlərin şeirləri
شاهد خرگهنشین زلف ز رخ کرد بازنور حقیقت پدید از ظلمات مجاز
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.