Beşik başında
Bəstəkar Şəfiqə Axundovaya ithafedirəm
Xəzər sahilindən bir qədər kənarƏtrafı yam-yaşıl bir aynabənd var.Orda suyu şirin, sadəcə bir qız,Piano önündə oturub yalqız,Baxıb pəncərədən nə isə anır.Qəlbində ən zərif bir hiss oyanır...Ayrılıb bir anlıq düşüncələrdənŞirmayı dillərə əl gəzdirərkənÜrpəşir bədəni, yaşarır gözü...Oxucum, belədir, sənətkar özü.Yeni bir ilhamla yaşayan zamanOdlu bir hiss keçir onun canından.
Odur bax, o çalır... açılır bu dəmGözlərim önündə yeni bir aləm.Bakı gecələri... nur səpir qəmər,Gümüş rübəndinə bürünmüş şəhər.Yaşıl bir eyvanda, beşik başındaBir ana ömrünün cavan yaşındaƏziz körpəsinə dedikcə laylay,Zərli tellərilə o sevdalı ayOxşayır körpəni bir ana kimi.Layla od aşiqi-pərvanə kimi,Dolaşıb beşiyin başında yenə,Yayılır xəzərin dərinliyinə...
Ayrılıb bir anlıq düşüncələrdənO bəstəkar qızı seyr edirəm mən –O solğun görünür, gözləri dolğun,Yuxusuz gecələr olsa da yorğun.Lakin yaratdığı şirin nəğmələrOna müqəddəsdir gəncliyi qədər.O yenə çalırdı... Sevindiyimdən,Vurulub o qızın ruhuna qəlbən,Dedim: – Dinlə məni, ey təbi rəvan!Nədir yaratdığın bu gənc yaşında? –Dedi: – Aylı gecə, yaşıl bir eyvan,Bir ana laylası beşik başında.
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-besik-basinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir