Üçüncü hissə, 6
Səhifə 3 / 3 · 67%
– Yox.
Cahandar ağanin iri həbəşi dodaqlarında qəzəb qarışıq bir istehza dolandı:
– Bəs nə eləyəcəksən, bostanda qalacaqsan?
– İş tapılar.
Kişi dinmədi, başa düşdü ki, oğlu xoşluqla danışmaq istəmir. Görünür, baş verən hadisələr, yəqin ki, anasının sözləri ona təsir etmişdir. Ona görə belə köntöy-köntöy cavab verir. O eyni zamanda hiss etdi ki, gicgahlarındakı damarlar şişməyə, əlləri əsmətyə başlayır. Kişi nə qədər çalışdısa da, oğlunun cavab qaytarmasına dözə bilmədi. Bir az da belə getsə, özünü ələ ala bilməyəcəkdi. Yanında saxlamağa çalışdığı və nədənsə bir az hörmət etdiyi bu oğlunu da əzişdirəcəkdi.
Onlar samanlığın üstünə çıxdılar. Cahandar ağa sallağı oturub təzədən papiros eşdi. Əşrəf də onunlayanaşı oturdu. Cahandar ağa papirosunu yandırıb dərindən bir-iki nəfəs alıb sümürdükdən sonra özünü ələ aldı və sakitcə soruşdu:
– İşin adını bilmək olmazmı?
– Niyə olmur, məktəb məsələsidir.
Kişi heç nə başa düşmədi. Papirosunu sümürə-sümürə oğlunun üzünə baxıb dayandı. Əşrəf yenidən dilləndi:
– Gərək bizə kömək eləyəsən.
– Siz kimsiniz?
– Əhməd lələylə mənə. Elə oxumaq istəyənlərin hamısına.
– Nə kömək, bala?
Əşrəf atasının səsinin yumşaldığını, onun sualında qayğıkeşlik və maraq olduğunu duydu:
– Bilirsənmi, ata, padşahın əmri var, kəndlərin çoxunda məktəb açılacaq, kəndçi uşaqları oxuyacaq. Gərək bizim kənddə də məktəb açılsın.
– Açılsın, mənnə deyirəm...
– Kəndlərin çoxunda təzə məktəb tikirlər, bos biz?
Cahandar ağa oğlunu yeni görürmüş kimi diqqətlə Əşrəfin üzünə baxdı, Gözünü Kürə tərəf zillədi. Əşrəf də atası kimi o tərəfə baxdı. Kürün bəri üzündəki çəmənlik onların idi. O taydakı meşədə də otlaq yerləri var idi. Kəndin üst tərəfində biçənəkləri, bir az o yandakı əkin yerləri uzanıb gedirdi. Onların torpağını bir günə atla gəzib qurtarmaq olmazdı. Əşrəf çəmənlikdə otlayan mallara baxdı və birdən Qoca yadına düşdü. Sahildə onunla elədiyi söhbəti xatırladı. Gözlənilmədən atasından soruşdu:
– Kəndimizdə səndən varlı adam varmı?
Kişi dayandı. Onun qaşının biri yuxarı qalxdı, o biri isə gözünün üstünə endi:
– Nə demək istəyirsən?
– Bizim neçə hektar yerimiz var.
– Sözünü de.
– Kəndimizdə elə adam varmı ki, heç torpağı olmasın?
– Dedim ki, sözünü de!
– Olmazmı öz torpağımızdan bir az kasıblara verək?
Kişi papirosunu kötüyünə qədər sümürdü. Dərindən nəfəs alıb tüstünü burun deşiklərindən fısqırtdı. Tüstü havaya qalxıb yaylandı. Əşrəf atasının tüstü arxasından ona necə tərs-tərs baxdığını gördü.
– Kimi deyirsən?
– Elə biri Qoca dayını.
Cahandar ağanın qalın dodaqları azacıq qaçdı. Əşrəf atasının gözlərində şimşək kimi çaxıb keçən qəzəbi gördü. Ancaq bu ani qəzəbi başqa bir hiss, təəssüf qarışıq istehza əvəz etdi:
– Bunu sənə kim öyrədib? Yoxsa qardaşın lüt qayınatasının qarnını mənim hesabına doldurmaq istəyir?
Kişinin səsi xırıldadı. Yanağının əti səyriməyə başladı. Beyninə qan vuran adamlar kimi gözləri qıpqırmızı oldu;
– Bir də mənim yanımda belə sözlər danışma. Mənim sümüyümü it sümüyünə caladığınız bəsdir.
Cahandar ağa ayağa durub, samanlığın üstündən endi. Əşrəf də durdu. Dinmədilər. Cahandar ağa "uşağın başı xarab olub, nədir?
– deyə öz-özünə düşünməyə başladı. – Necə yəni kasıblara torpaq payla, məktəb tikdir, bunlar mənim nəyimə lazımdır?"
– Mən səni belə bilməzdim, ata.
Cahandar ağa dabanı üstə geri fırlandı. Rəngi tunc kimi bozardı. Qaşları gözünün üstünə endi. Onun iri, həbəşi dodaqları səyridi:
– Get hazırlaş. Yağış ara verən kimi yaylağa yola düşəcəyik.
– Mən getməyəcəyəm.
Kişinin sinəsi qabardı. Burun pərələri genişləndi:
– Söz güləşdirmə!
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-ucuncu-hisse-6
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cahandar ağa ayağının ikisini də yəhərin üstündən sağ tərəfə aşırıb, atın belində yanaşı oturmuşdu. O, papirosunu sümürür və qırçın-qırçın olub dalğalanan zəmilərə tamaşa edirdi. Dəmyədəki taxıllar kəhrəba kimi saralmışdı. Sünbüllər ağırlaşıb boynunu əymişdi. Üfüqlərə qədər uzanıb gedən zəmiləri arabir Kür tərəfdən əsən meh yerindən oynadıb dəniz kimi ləpələndirirdi. Çöllərə ahəngdar bir xışıltı yayılırdı. Qərb tərəfdəki dağların sinəsi belə saralmışdı. "Buranı da biçdirib, dərzləri qapıya daşıtdırsam, atın başını qanırıb yaylağa qayıdaram, – deyə Cahandar ağa düşünməyə başladı. – Oralar da yiyəsiz qalıb, aranda çox ləngimək olmaz, zamana əlləm-qəlləm zamanasıdır, sonra nə olar, nə olmaz. Şamxal zənnimi itirdi, Əşrəfdən isə ağlım bir şey kəsmir onlara arvad-uşaq tapşırmaq olmaz".Kişi axır vaxtlar baş verən hadisələri xatırladı, nəhayət, maralın öldürülməsini yadına saldı. Bunların hamısı düşmənçilik idi. Onu izləyir hər addımbaşı sataşırdılar. Cahandar ağa əvvəllər buna o qədər də əhəmiyyət vermək istəmirdi. Hər gəda-güdəyə baş qoşmağı şəninə sığışdırmırdı. Belə olmasaydı, düşmənin qapısına atını sürər, onu bayıra çağırar və gülləni sinəsinə sıxardı. Bir də, o, heç ağlına gətirmirdi ki cəsarət edib onun həndəvərinə hərlənən olar. Ancaq, görünür, zaman dəyişmişdi. Hər başına papaq qoyan özünü kişi hesab eləyir, əlinə tüfəng alıb camaat arasına çıxır. "Yox, bu işi belə qoymaq olmaz. Elə dağdan arana enən kimi o köpəkoğlunun izini itirmək lazımdır. Belə eləməsəm, bundan sonra da əl-ayağıma çox dolaşacaq".
Üçüncü hissə, 16Salatın xeyli özünə gələ bilmədi. Yəmən xanım dəyənin ortasında huşsuz uzanan qıza təlaşla baxdı. Onun əlini, ayağını açdı. Ağzına tıxanmış dəsmalı açdı. Üzünə, sinəsinə su çilədi. Qızın paltarı didik-didik olmuşdu. Bədəni qıpqırmızı idi. Bəzi yerlərinə qan sağılmışdı. Saçına pıtraq dolmuşdu. Sifəti şişmişdi. Yəmən xanım əlində çıraq, bir müddət qızın tərpənməsini gözlədi. Arvadın ürəyi kövrəldi. Kəlağayının ucu ilə yaşarmış gözünü sildi. Qızın salamat yeri yox idi. Tikan onun bədənini deşik-deşik etmişdi. Arvad çırağı kənara qoydu. "İnsafsızlar, gör yazığı nə kökə salıblar,– deyə öz-özünə deyindi.
Üçüncü hissə, 17Cahandar ağa bütün gecəni at belində yol gəldi. Qalın meşələrdən necə keçdiyini, köpüklü çayları nə vaxt adladığını, dolama cığırlarla bələnləri haçan aşdığını bilmədi. Qəmər arada addımlarını yavaşıdanda onu mahmızladı, atın yorulmasına fikir vermədi. Bütün yolu çaparaq gəldi. O, mənzilə yaxınlaşdıqca daha da həyəcanlanırdı. Ürəyi yumaq kimi bükülür, nəfəsi darıxırdı. Kişi qorxurdu. Yaylağa yetişən kimi binədə bədbəxt bir hadisə ilə qarşılaşa biləcəyini xəyalına gətirdikcə bədəni buz kimi soyuyur, alnına tor gətirdi. O, evdəkilərin birinin ölümünə, mal-qaranın oğurlanınasına dözə bilərdi. Ancaq arvad-uşağın namusuna sataşılmış olsaydı... Aman Allah, sən belə bir rüsvayçılıq eləmə!!!Cahandar ağa istəyirdi ki, lap tezdən binələr yuxudan ayılmamış özünü yaylağa yetirsin, heç kəsin gözünə görünmədən alaçığa girsin, əhvalatın nə yerdə olduğunu öyrənsin. Əgər bir bədbəxtlik üz veribsə, onun keçirdiyi iztirabları heç kəs görməsin. Camaatın gözü qabağında zərbə almaq və qovşurulub-qıvrılmaqdan dəhşətli nə ola bilərdi?
Üçüncü hissə, 18Cahandar ağa səhər tezdən atın örüyünü dəyişdirmək üçün dəyədən çıxdı. Tüfəngini əlinə alıb, binələrin aşağı tərəfindəki çəmənliyə getdi. Çisəkləyirdi. Hər yeri duman bürümüşdü. Beş-on addımlıqdakı qaraltılar güclə seçilirdi. Otlar yuyulub sürüşkənləşmişdi. Havanın soyuqluğunu adam nəfəs aldıqca ciyərlərində hiss edirdi. Dəyələrin ətrafında dolaşan itlər tənbəl-tənbəl hürürdü, xalxaldakı dana-buzov mələşirdi. Binə mürgüləyirdi.Cahandar ağa səksəkəli idi. Axşam, əl-ayaq yığışdırılandan sonra itlərin arasına çaxnaşma düşmüşdü. Sığırçılar kimi isə qıya basmışdılar. İtlər binələrin üstündəki yola qədər getmişdi. Nökərlər hər yeri, arxacı, xalxalı dönə-dönə yoxlamış, atın örüyünü dəyişmiş, hər şeyin yerində olduğunu söyləmişdilər. "Yəqin yol adamları imiş", – deyə kişini sakit etmişdilər.
Başqa şairlərin şeirləri
Əzm eylə diyar-ı ŞirvanıQət eylə rəh-i Azərbaycanı
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Taprmışam könlümü mən, türreyi-cananda imişTaprmışam könlümü mən, türreyi-cananda imiş,Ah, cəmiyyəti-dil zülfü-pərişanda imiş.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.