Hərdən
Kimsə bir dost kimi yad edir məni,Hardasa nəğməmi oxuyan olur.Elə bil dünyanın məhəbbətiniMənə bəxş edirlər, ürəyim dolur.
Bəzən məclislərdə düşürəm yada,Deyirəm əməyim getməmiş hədər,Damlayam bu dərin, coşqun sularda,Haqqım var sevinim bir damla qədər...
Bəzən həzin-həzin çalıb ötürəm,Hardasa kiminsə kövrəlir qəlbi.Bəzən müjdələrə çevrilir nəğməm,Döyür qapıları qaranquş kimi...
Dönüb təbəssümə qonuram bəzənKiminsə üzünə, yox olur qəmim.Kiminsə qəlbində yaşayıram mən,Demək yaşamağa haqqım var mənim...
Mənim sevinməyə haqqım var, haqqım,Damlayam, yaşadar nəhrlər məni.Sevin, sən də sevin, vətən torpağım,Kim isə, hardasa yad edər məni...
Kitabxana.az · https://kitabxana.az/works/medine-gulgun-herden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Çərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
Mənmi?Sormayın kimlərdənəm, haralıyam, a dostlar,Könüldən fırtınalı, boralıyam, a dostlar,
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
HicranBir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.