Xatirələrim
Yenə də kövrəldi körpəcə könlüm,Dil açdı danışdı gör necə könlüm.Həsrətdən dağılar indicə könlüm,Havalı könlümə nə cavab verim,Siz ey acı, şirin xatirələrim.
Ayaq izlərimi yudumu sellər,Çətin ki, söndürə odumu sellər.Bəlkə, bir danışın, dondumu sellər,Yananda, donanda havalı şerim,Siz ey acı, şirin xatirələrim.
Mənimlə boy atıb yaşa doldunuz,Mənimlə ya qəmli, ya şad oldunuz,Ötən günlərimlə yaşıd oldunuz.Ay könül əzbərim, ay dil əzbərim,Siz ey acı, şirin xatirələrim.
Arzusu gül açan bir gəlin idim,Səsi könül açan bir gəlin idim,Neçə müşkül açan bir gəlin idim.Yenə o günləri yaşayar ömrüm,Siz ey acı, şirin xatirələrim.
Nə vaxt ki, alarsız yuxumu məndən,Yuxusuz gözümdə yaş donar dən-dən.Sübhədək baş-başa qalarıq hərdən,Günlərdən qurulan məskənim, yerim,Siz ey acı, şirin xatirələrim.
Canlanır gözümdə Əhrab, Küçəbağ,Qəlbimdə dağılmaz, sönməz gücə bax,Ömür karvanımla gedən köçə bax,Qürubum, axşamım, doğan səhərim,Siz ey acı, şirin xatirələrim.
Aparın Təbrizə, Salmasa məni,Ölərəm, el yada salmasa məni.Bənzətməyin adi almasa məni,Nəğmədir həyatda qızılım, zərim,Siz ey acı, şirin xatirələrim.
Nə ola nəğməylə çıxaq biz yola,Nə ola qovuşaq yenə vüsala.Bu nağıl xəyallar həqiqət ola.Çağlaya Arazım, çağlaya Kürüm,Siz ey acı, şirin xatirələrim.
Kitabxana.az · https://kitabxana.az/works/medine-gulgun-xatirelerim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Badi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,