Altıncı fəsil
Səhifə 1 / 5
1
Qüdrəti şəhər partiya komitəsinə çağırmışdılar. O, başqa trest müdirlərinin də burada olacağını bilirdi. Lalə ilə öz arasında baş vermiş o nazik ixtilafın da, bütün müşkülləri həll edən bu yerdə, hamının ümid mənbəyi və nüfuzlu söz mövqeyi saydığı bu binada öz xeyrinə, yəni onun düşündüyü kimi həll ediləcəyinə inanmasaydı, payız gününün bürkülü havasında tərləyə-tərləyə bu hündür binanın dik pillələrini belə həvəslə qalxmazdı, bir bəhanə ilə özünü xəstəliyə vurar, ömründə yalan demədiyi halda belə bir yalanı söyləməkdə zərrə qədər də tərəddüd göstərməzdi. Onu hər yerdə həmişə haqlı saymışdılar. Onun iş təcrübəsi çoxlarına, hətta istəkli arvadı Laləyə belə nümunə göstərilmişdi. Qüdrətə elə gəlirdi ki, bu yüksək mövqeyi itirmək yalnız onun şəxsi duyğularını deyil, bir də, çoxdan bəri vərdiş halına gəlmiş iş üsullarını təhqir edir. Əgər burada inadlı mübarizə zərurəti hiss olunsaydı, o, heç bir vuruşmadan geri durmayacaqdı. Qüdrət özünü haqlı saydığı vaxt, ixtiyarca ondan yuxarıda duran adamlarla da vuruşmağı bacarır, müvəqqəti məğlub olsa da ruhdan düşmür, hər zaman, hər yerdə inadla, mərdlik və cəsarətlə fikrini müdafiə edirdi.
O, tavana qədər uzanan divar şkafları ilə örtülmüş və kabinetdən ziyada kitabxanaya bənzəyən geniş bir otağa girib, göy mahudlu uzun stol ətrafındakı ağ parusin örtüklü kürsülərdə əyləşmiş dostlarını, tanışlarını və onların arasında başını aşağı dikib oturmuş Laləni görərkən, təxminində yanılmadığına sevinmiş kimi, tez gəlib yer tutdu. Usta Ramazan da burada idi. Lalənin sağ tərəfində əyləşmişdi.
Otağın baş tərəfindəki dəyirmi stol üstündə düzülmüş bir biçimli telefon aparatlarından azacıq aralı duran enli yazı stolu arxasında şəhər partiya komitəsi katibi Aslanov oturub, diqqətini bir yerə cəmləyərək, qabağındakı vərəqləri oxuyur və əlindəki qırmızı karandaşla arabir nə isə qeydlər edirdi. Onun yanında ayaq üstündə durmuş qadının da bu mühüm vəsiqəni gözlədiyi aydın idi.
Katib iş və mübarizədə saç ağartmış adamlardan biri idi. O, gənc yaşlarında Bakı fəhlələrinin mübarizəsində yaxından iştirak etmiş, gizli inqilabi fəaliyyətinə görə dəfələrlə həbs olunub, sürgünə göndərilmişdi. Onun həyatında baş verən hadisələri doğma partiyasının tarixindən ayırmaq çətin idi. O, cəbhədəki vuruşmalardan sonra, bunlardan heç də asan olmayan bir mübarizəyə atılmışdı. Onu dəfələrlə öldürmək istəmişdilər. Lakin xalq onu gözü üstündə saxladığından, ona atılan güllələrdən heç biri hədəfə dəyməmişdi.
Aslanov bəzən ciddi müvəffəqiyyətsizliyə uğrasa da ruhdan düşməmiş, xalqının düşmənləri ilə mübarizədən bir an belə geri durmamışdı. O, saysız-hesabsız dostlarının gücünə arxalandığından, ən axırda qalib gələcəyinə heç bir zaman şübhə etmirdi. O müxtəlif sahələrdə işləmiş, xalqının maarifini, təsərrüfatını yüksəltmək üçün yorulmaq bilmədən çalışmışdı. O, özünü sıravi bir əsgər saymaqla həmişə fəxr edirdi. Azərbaycanın ən uzaq guşələrində belə onun ağır döyüşlərdə sınanmış saysız-hesabsız dostları vardı. Bu dostlar kənd yerində, rayon mərkəzində gözlərinə dəyən böyük qüsurları başqalarına deməkdən çəkinsələr də, Aslanova həmişə deyə bilərdilər. O, hansı vəzifədə işləsə, xalqının arzu və xəyallarını inadla həqiqətə çevirirdi. O, xeyli qocalsa da, hərəkətində, danışığında yenə eyni qüvvət və iradə hiss olunmaqda idi. O, yalnız bir neçə ay əvvəl nəhəng vuruşmalardan çıxmış ölkəmizin yeni daxil olduğu quruculuq cəbhəsinə də eyni qüvvət və iradə ilə atılmışdı. İstirahət vəd edən bu dövrdə, onun gündəlik yuxusu indi bir saat da azalmışdı: “Müharibə qurtardı, lakin vuruş davam edir” – bu fikri o təkcə özünə deyil, bütün yoldaşlarına da təlqin edirdi.
O, axşamlar yeni kəşfiyyat buruqlarında, quruda və suda gedən bu qansız vuruşmalarda sıravi bir əsgər kimi iştirak edir, lakin çoxları ondan məsləhət və kömək alırdı. O, pambıq tarlalarında, səs-küy salmadan kolxozçu kəndlinin işinə göz qoyur, ona aqronomdan da yaxşı məsləhətlər verirdi. Aslanovun ən çox inandığı bir həqiqət vardı: partiya xalqın həyat və saadətindən ayrı yaşaya bilməz. O, azı on saatdan bəri işləsə də, özünü son dərəcə gümrah hiss edirdi. Müşavirəyə toplaşanların gözü onda idi. Aslanovun neçə gündən bəri mədənləri dolaşdığını, fəhlələrlə söhbət etdiyini və işin sürətini ləngidən səbəbləri yerindəcə öyrəndiyini, burada oturanların hər biri öz-özlüyündə bilirdi. Hamı ondan bu müşahidələrin yekununu öyrənməyə tələsirdi. Onun tənqidindən qorxanlar olduğu kimi, məsləhət gördüyü tədbirlərdən böyük ümid gözləyənlər də vardı. Bu sonuncuların sayı hər zaman çoxalır, qorxu hissi öz-özünə ürəklərdən yavaş-yavaş silinirdi. Bacardığını əsirgəməyənlər üçün katib həmişə yaxın dost və məsləhətçi idi. Beləliklə onu, o da belələrini sevirdi. Aslanovun tənqidi sərt olsa da, aradakı çətinlik bu tənqiddən sanki o dəqiqə azalırdı.
Elə bunun üçün də hamı onun dillənməsini səbirsizliklə gözləyirdi.
Nəhayət, Aslanov qabağındakı vəsiqənin son sətirlərini oxuyub, üzünü qadına tutdu:
– Yoldaşlara mənim adımdan tapşırın ki, yazı üslubunun anlaşıqlı olmasına diqqət yetirsinlər, – dedi. – Buradakı sözlərin doxsan faizi artıqdır. Bizim hər bir vəsiqəmizdə partiyanın üslubu görünməlidir: az söz, çox mənalı! – Bunların yazdığından isə tamamilə yanlış bir məna çıxır. Guya yeni neft yataqlarının varlığı təxmin olunur. Halbuki bu belə deyildir. İndi artıq sübut olunmuşdur ki, bütün Azərbaycan torpağında yeni və zəngin neft mənbələri vardır.
Aslanov iclasdakılara baxdı.
– Əgər, – dedi, – bu yalnız fərziyyə olsaydı, Mərkəzə bunu yazmağın nə mənası vardı?
Qüdrət: “Aha, məktubdur!” – deyə xəyalından keçirdi. Aslanov isə artıq izaha ehtiyac görməyib, bir neçə yerini cızıb qaraladığı kağızı yanındakı qadına verdi. Qadın çıxıb getdikdən sonra katib, müşavirənin üzürlü səbəbə görə gec başladığını söyləyərək: – Hamı gəlmişdirmi? – deyə soruşub, müşavirəyə toplaşmış adamları tələsmədən, iri, ala gözlərinin sakit baxışları ilə süzdü.
Onu çoxdan tanıyan Qüdrət bu sakit, lakin nüfuzedici baxışlardan müşavirəyə nə üçün çağrıldıqlarını bilməyə tələsdi. Ancaq Aslanovun fikri, bircə dəqiqə əvvəl oxuyub qadına verdiyi məktubda idi. Qüdrət onun neft məhsuluna nə qədər diqqət yetirdiyini, bəzən bu işin hər bir təfərrüatına necə fikir verdiyini yaxşı bilirdi. Qüdrət, neft istehsalına dair qəzet səhifələrində gündəlik məlumatı oxuyanda, katibin üzünü görməsə də sevindiyini və ya kədərləndiyini dərhal təyin edə bilərdi. Çünki neft, respublikada görülən bütün işlərin barometri sayılırdı. Katib neft istehsalının hətta bir faiz azaldığından xəbər tutduqda, yalnız pambığın, təzə salınmaqda olan asfalt yolların və payız əkininə hazırlaşan traktorların deyil, uzaq kəndlərdəki onillik məktəblərin və qiraət komalarının da taleyi üçün həyəcan keçirməyə başlardı. O:
– Bakı ölkənin damarlarına təzə qan dağıdan bir ürəkdir. Bu ürəyin döyüntüsünü dinləyən hər kəs, bütün ölkənin səhhətini öyrənə bilər! – deyəndə, qanadlı sözlərə həvəs göstərmir, uzun illərdən bəri möhkəmləşmiş əqidəsini ifadə edirdi.
– Bir məsələ üçün sizə zəhmət vermişəm, – deyə katib danışığına sadə, lakin qəti bir tərzdə başladı. – Yeni il yaxınlaşır. Bir azdan sonra, görülmüş işlərə yekun vurub, təzə il üçün də plan düzəldəcəyik. Müxtəlif sahələrdə çalışan yoldaşlar həmişə orta rəqəm götürürlər. Əlbəttə, onlar geridə qalanların səviyyəsinə enməməkdə, haqlı, lakin qabaqda gedənlərin səviyyəsini əsas meyar saymamaqda isə haqsızdırlar. Artıq biz elə bir dövrdə yaşayırıq ki, xalqımızın kütləvi qəhrəmanlıq göstərməsi üçün hər növ imkan yaranmışdır. Dövlətimizi indi orta rəqəm qətiyyən kifayətləndirə bilməz.
Qüdrət yerində qurcalandı: “Mən haqlıyam” deyə fikirləşdi və trestdə çağırdığı müşavirə zamanı, usta Ramazanın briqadasını meyar götürüb, planı yüz iyirmi faizə qaldırmağı təklif etməkdə haqlı iş gördüyünü düşünəndə, mühəndis Fikrətin çıxışını xatırladı. Bundan başqa, indidən Aslanovun yeni ildən danışması da ona heç təəccüblü görünmədi. Katibin iş üsulu belə idi. Xırmanda yabalaşmamaq üçün şərti şumda kəsməyi sevirdi.
– Məsələn, – deyə o, yavaş-yavaş Ramazana yaxınlaşdı, – bizim bu köhnə dostumuz o qədər cavan olmasa da, yüz iyirmidən aşağı enmir. Dünən onun kəşfiyyat buruğunda idim. Briqada üzvlərinin çoxusu cavan uşaqlardır. Halbuki təcrübəli fəhlələrin işlədikləri buruqlarda imkan daha çoxdur. Amma bu nə təhər olur ki, Ramazan avariyalarla vuruşa-vuruşa yenə də hamınızdan irəlidədir? Məncə bunun yeganə bir səbəbi vardır: çünki o, irəli getməyi vərdiş və ənənə halına gətirmişdir. Bəziləri isə əksinə, ən böyük mənanı geriləməkdə görür. Onu trestə inanıb göndərmişik. Bəs nə üçün o öz ənənəsinə xəyanət edir?
Çox soyuqqanlı deyilən bu sözlər Qüdrəti ildırım kimi vurdu.
– 86 faiz azdır, yoldaş İsmayılzadə. İki ayda 15 faiz çox azdır. Lalə İsmayılzadəni götürün!
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-altinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəncə yaxınlığında bir ovlaq. Yaşıl bir təpə. Uzaqda çadırlar ağarışır. Təpənin başında şah dayanıb uzaqlara baxır. Arxadan gələn vəzir ona yanaşır. Şah onun gəldiyini hiss edərək, ona tərəf dönür.*Şah**
Beşinci şəkilYenə orada, səhər tezdəndir. Günəş yeni-yeni tülu edir. Hər tərəf bomboşdur. Dərin sükut içində quşların həzin-həzin nəğmələri eşidilir. Birdən iki nəfər şəhərli görünür.*Onlar elə bir qorxa-qorxa ətrafı dinləyirlər.*
Altıncı şəkilGəncə, Nizaminin eyvanı qarşısında bağça. Qivami süfrə başında oturub şərab içir.*O oxuyur. Arxasından sakit addımlarla gələn Nizamini görmür.*
Yeddinci şəkilYenə Nizaminin eyvanı qarşısında bağça. Qürub etməkdə olan günəş meyvə ağaclarının yarpaqları arasından balaca arxın sularına əks edir. Afaq yalnız dayanmış, kədərli-kədərli baxır. Onun gözləri yaşarmışdır. Oxuyur.*Afaq**
Başqa şairlərin şeirləri
Əlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
Sən düzə çıxandaElim başdan-başa yazdır.Əlimdə üç telli sazıdr,
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,