Dahi sənətkar
Səhifə 1 / 2
I
Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.
Onu şəxsən tanıyanlar, onu Mirzə Cəlil deyə çağıranlar, onunla bərabər uzun zaman böyük bir ədəbi məktəbi yaradanlar daha yaxşı bilərlər: Molla Nəsrəddin son dərəcə təvazökar bir insandı. Çox mümkündür ki, bizim bu gün sevə-sevə, dərin bir iftixar hissi ilə oxuduğumuz “Danabaş kəndinin əhvalatları” hekayəsini o, özü bəyənmədiyi üçün nəşr etdirməmişdi. Bəlkə bu əsər doğurdan da nöqsanlıdır? Bəlkə Molla Nəsrəddinin klassik hekayələri üçün xarakterik olan lakonizm burada tam mənası ilə gözlənilmədiyindən, böyük ədib bu hekayəni natamam hesab edirdi?
Ən adi danışıq dili ilə yazdığı bu əsərində Molla Nəsrəddin həqiqətən özünə məxsus böyük bir humanist qəlbi ilə bizə geniş həyat lövhələri, zəngin insan portretləri vermişdir. Onun canlı xalq dili, xalqın özü qədər güclü və yenilməzdir. Demək “Danabaş kəndi” hekayəsinin ölməz ustası heç bir güzəşt istəmədən bu hekayəni də öz külliyyatına daxil edə bilərdi. O, bunu istəməmişdir. O, bunu lazım görməmişdir. Nə üçün?
Biz yenə eyni sözü təkrar etməyə məcburuq: Molla Nəsrəddin son dərəcədə təvazökar bir insandı.
Lakin o, “Molla Nəsrəddin” jurnalının sonsuz bir məhəbbətlə sevirdi. Bu jurnalın rolunu hamıdan çox özü düzgün anlayırdı və bəlkə də o, “Molla Nəsrəddin”in nömrələrini bütün külliyyatından yüksək tuturdu.
Jurnal, onun nəzərində olduqca müqəddəs bir şey idi. O, “Molla Nəsrəddin” jurnalının hər nömrəsini, deyəsən, bir oğula bərabər tuturdu. Çünki bu jurnal onun həyatının əsl mənasını təşkil edirdi.
Əgər həyatının ən son dəqiqələrində siz ona yanaşıb: “Öləndən sonra ən çox nəyi arzu edirdiniz: sizə heykəl qoyulmasınımı, yoxsa jurnalınızın yenidən nəşr olunmasınımı?” deyə ondan xəbər alsaydınız, o, böyük bir səmimiyyətlə belə cavab verərdi:
– Jurnalın nəşr olunmasını... Mənim heykəlim odur...
Lunaçarski dahi rus yazıçısı Qoqolu “Rus gülüşünün hökmdarı” adlandırır. Biz də Molla Nəsrəddini öz doğma ədəbiyyatımızın tarixində bu adla yad edə bilərik. Molla Nəsrəddin ilk əsərlərində bəzən oxucusunu ağladırsa da, hətta komediyalarındakı lirizmlə gülməkdən çox acımağa çağırırdısa, bu onun zəngin bədii yaradıcılığı üçün əsas bir xüsusiyyət deyildi. Əgər Qoqolun əsərlərində “göz yaşları arasında gülüş” vardısa, Molla Nəsrəddinin gülüşü oxucuda göz yaşları deyil, kin, nifrət və protest hissi doğururdu.
Qoqol yaradıcılığı və onun obyektiv proqressiv mahiyyəti ilə şəxsi dünyagörüşü arasında son dərəcə dərin bir ziddiyyət vardısa, Molla Nəsrəddində biz bunu görməyirik. Onun bədii əsərləri ilə publisistikası arasında ideya cəhətindən ziddiyyət deyil, qırılmaz bir vəhdət vardır. Molla Nəsrəddinin hər bir əsərində canlı həyat, canlı insanlar, yeni mübarizə motivləri əsas yer tutur: onun gülüşü böyük ideallara xidmət edən bir vasitədir.
Lunaçarski deyir ki: “Sevincək Qoqolu təsəvvür etmək çətindir”. Yüzlərcə komik vəziyyətlər, gülünc insan karikaturaları yaradan Qoqol, hər zaman qəmgindir. Sanki o, dahiyanə əsərlərində canlandırdığı köləlik cəmiyyətinin sağlamlaşacağına qətiyyən ümid etmir, o bu cəmiyyəti yalnız dinin qüvvəsi ilə, Allahın gücü ilə, kilsə vasitəsilə islah etmək fikrindədir.
Lakin Molla Nəsrəddin belə deyildi. O, bütün yaradıcılığında dahi sənətkar Qoqolun təsirində olmasına baxmayaraq, bütün bu qüvvələrə gülür, özü də son dərəcə nikbin bir yazıçı kimi gülür. O, jurnalını da, hekayələrini də, dramlarını da, felyetonlarını da, patriarxal-feodal mühitin kökündən dəyişilməsi yolunda qüvvətli bir silah kimi işlərdir.
Əlbəttə, bu o demək deyil ki, Molla Nəsrəddinin kədərli anları, qəmgin dəqiqələri yoxdur. O, xalqının avamlığını, mədəniyyətsizliyini, geridə qaldığını, əzildiyini, ikiqat istismara məruz qaldığını görürkən, bu xalqın həqiqi bir oğlu kimi, kədərlənməyi, də bacarır. Belə olmasaydı, biz ondakı dərin lirizmə təsadüf edə bilməzdik.
Ancaq o, Qoqoldan fərqli olaraq, gələcəyə inanır, bu yolda çarpışır, qətiyyən ümidsiz olmur. Molla Nəsrəddin bilir ki, mülkədar, bəyxan əsarətinə, çar zülmünə əsaslanan bir cəmiyyətin ömrü uzun deyildir. O bilir ki, bu ölkədə hakim olanların ağlı məhkumlarınkından azdır. Yəni, xalq böyük bir zəkaya malikdir, ona yalnız ayılmaq, öz haqqını anlamaq lazımdır. Bu səbəbə görə də Molla Nəsrəddin hakimləri satira atəşinə tutur, əzib həyat səhnəsindən çıxarmağa çalışır, məhkumların isə gözünü açmağa, onların xarakterindəki insanları gülüşlə islah etməyə çalışır. Molla Nəsrəddin gülüşünün ictimai mündərəcəsi və istiqaməti bundan ibarətdir.
Biz yalnız bir misalla kifayətlənəcəyik. Hələ 1906-cı ildə, “Molla Nəsrəddin” jurnalının dördüncü nömrəsində bu sözləri oxuyuruq:
“A mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? Olmaya qorxursunuz ki, məcmuənin vərəqlərini nökərlər samavar alışığı edə-edə və şəkillərini uşaqlar oynada-oynada axırda camaat gözünü açıb bəzi işlərdən xəbərdar ola?
Olmaya siz başa düşürsünüz ki, bu məmləkətdə iki padşah və bir əsrdə iki molla ola bilməz: ya Molla Xəsrəddin, ya Molla Nəsrəddin. Heç eybi yoxdur. Döyürsünüz döyünüz, amma bunu da biliniz, a mollalar ki, günlər dolanar, sular axar, zamana təzələnər, axırda yetim-yesir və keçəl-küçəl qardaşlarım dostu ilə düşmənini tanıyıb haman yoğun dəyənəkləri sizin əlinizdən alar və başlar... Dəxi dalısını demirəm...”
Bu misaldan aydındır ki, Molla Nəsrəddin bir mütəfəkkir və yazıçı olaraq inqilabi cəbhədə durmuşdu. Onun qarşısına qoyduğu məqsədlərdə günəşə bənzər bir aydınlıq vardır.
Bu məqsədlərə böyük ədib öz hekayələrində də xidmət edir. Hamının yaxşı bildiyi “Poçta qutusu” hekayəsini diqqətlə nəzərdən keçirən hər kəs bu nəticəyə gələcəkdir ki, Molla Nəsrəddin maraqlı bir sərgüzəşti yazıb, oxucusunu güldürmək istəmişdir. Bizim heç birimiz Novruzəliyə sona qədər gülə bilmirik. Bunu biz istəsək də, bacarmarıq. Çünki, Novruzəlinin vəziyyəti yalnız zahirən gülməlidir, əslində isə ağlamalıdır. Biz əvvəlcə ona gülsək də sonra birdən-birə qəhqəhəmizə ara verib düşünməyə başlayacağıq və bu sözləri qaşlarımızı çataraq oxuyacağıq:
“Bu nə sözdür, ay xan, mən ölənə kimi sənə qulam...”
Hər sözarası yalvaran, özünün yazıq vəziyyətini dönə-dönə xatırladan Novruzəli, əlbəttə, gülməli tip deyildir və “Poçta qutusu”nun qüvvətini də bu gülüşdə axtarmaq əbəsdir.
Molla Nəsrəddin incə sənətkardır. Onun hər kəlməsində daxili bir məna vardır. Bu səbəbə görə də biz “gülməli hekayə” sözlərini dırnaq arasına alsaq daha düzgün iş görmüş olarıq. Oxucuda oyanan bu düşüncə, onu mütləq bir nəticəyə gətirib çıxaracaqdır və müəllifin zahirən mehriban bir adam kimi təsvir etdiyi xan, bütün daxili eybəcərliyi və zalımlığı ilə bizim qarşımızda canlanacaqdır. Oxucunun ürəyində coşan qəzəb və kin də ona qarşı çevriləcəkdir.
“Poçta qutusu”nun da əsas qayəsi budur. Molla Nəsrəddinin hədəfi də, şübhəsiz, novruzəliləri bu kökə salan ictimai zümrələrdir. Odur ki, biz beş-altı səhifəlik bir hekayəni dünya ədəbiyyatı inciləri sırasına daxil edirik.
Tənqidimizdə bir adət vardır. Bu adət hamıdan çox Molla Nəsrəddinə ziyan vurmuşdur. Onun adı çəkiləndə mütləq hansı yazıçının təsiri altında böyüdüyünü qeyd etməyi hər bir tənqidçi özünə borc bilir. Bəzən bu müqayisələr böyük sənətkarı hər növ orijinallıqdan məhrum edir. Adama elə gəlir ki, Molla Nəsrəddin Azərbaycan dilinə tərcümə olunmuş Qoqoldan başqa bir şey deyildir. “Ölülər”i “Revizor”a, “Qurbanəlibəy”i “Kolyaskaya” nəzirə sayanlar də yox deyildir.
Biz yuxarıda bunun tamamilə tərsini iddia etdik. Başqa sənətkarlar kimi Molla Nəsrəddin də özündən qabaqkı böyük yazıçılardan öyrənmişdir. Qoqol özü öyrənməmişdirmi? Məgər o, anadangəlmə dahidir? Bəs nə üçün Qoqoldan danışıldığı zaman onun müəllimlərini bu qədər tez-tez xatırlatmırlar? Bəlkə haqsız iş görürlər?
Bizcə bu, tamamilə doğrudur. Qoqol o qədər böyük bir sənətkardır ki, öz satirasında o qədər yüksək bir səviyyəyə qalxmışdır ki, onun əsərləri təhkimçiliyə, çar istibdadına o qədər ağır və sarsıdıcı bir zərbə endirmişdir ki, artıq müəllimlərindən öz orijinallığı ilə büsbütün fərqlidir və ümumiyyətlə onun bədii istedadı olduqca müstəqil bir mahiyyət qazanmışdır.
Molla Nəsrəddin də belədir. “Ölülər”in “Revizor”a bənzədiyini və Qoqola təqlidən yazıldığını iddia edənlər unudurlar ki, bu iki dahiyanə əsərdə bir-birinə bənzəyən cəhət yalnız zahiri forma xüsusiyyətləridir, Xlestakovla Şeyx Nəsrullahın xarakterinə zərrə qədər də bənzəyiş yoxdur. Qorodniçi ilə Hacı Həsən də belədir. İskəndərlə müqayisə ediləcək bir obrazı “Revizor” əsərində axtarmaq lap əbəsdir. Demək, sənətin ən böyük və ən çətin sahəsində – xarakterlər yaradıcılığında Qoqolla Molla Nəsrəddin arasında çox dərin fərqlər vardır. Bu ədiblərin təsvir etdiyi mühit bir-birindən yerlə göy qədər fərqləndiyi kimi, hər iki komediya ideya və fikri istiqamət cəhətindən heç müqayisə oluna bilməz.
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-dahi-senetkar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qədim Bərdə yaxınlığında bir ovlaq. Göz işlədikcə uzanan dərədə şəhər görünür. Gözəl saraylar yaşıllıq içindədir. Qivami ağacın kölgəsindəki çeşmə başında oturub pəsdən zümzümə edərək, şərab içir. Arabir əsən xəfif külək, onun qıvrım saçlarını oxşayır.*Qivamidən iki-üç addım kənarda Yusif uzanıb yatmışdır. Günorta vaxtıdır.*
Üçüncü şəkilBərdə şəhərində geniş bir həyət. Bir tərəfdə uca saraylar, o biri tərəfdə isə, Əbdəkin evi görünür. Hava yeni-yeni işıqlanır. Əyri-üyrü küçə ilə Toğrul və Çingiz gəlir.*Çingiz**
Dördüncü şəkilGəncə yaxınlığında bir ovlaq. Yaşıl bir təpə. Uzaqda çadırlar ağarışır. Təpənin başında şah dayanıb uzaqlara baxır. Arxadan gələn vəzir ona yanaşır. Şah onun gəldiyini hiss edərək, ona tərəf dönür.*Şah**
Beşinci şəkilYenə orada, səhər tezdəndir. Günəş yeni-yeni tülu edir. Hər tərəf bomboşdur. Dərin sükut içində quşların həzin-həzin nəğmələri eşidilir. Birdən iki nəfər şəhərli görünür.*Onlar elə bir qorxa-qorxa ətrafı dinləyirlər.*
Başqa şairlərin şeirləri
Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədiTa cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.
چون اشتیاق من به تو افزون ز شرح بودممکن نشد که شرح دهم اشتیاق را
YoxsulBir yoxsul, bir zaman gedib hamama,Soyunub, əl atıb çanağa, caına,