Abunə dəftərimiz açıldı
Bu gün qəmər əqrəb bürcündə xaric olmaq münasibətilə fürsəti qənimət və saatı xoş bilib abunə dəftəri açdıq. Bu gələn ilin müddətində də köhnə sayaq ilə nağıl və məsələ yazmağa və ilanqurbağa şəkli çəkməyə məşğul olub əlimizdən gələn qədər çalışsaydıq və lakin burası var ki, övzai-kəvakib təğyir tapdıqca və ilin fəsilləri dəyişdikcə biz də buna müvafiq hərdənbir məsləkimizi dəyişəcəyik. Artıq səyimiz bunda olacaq ki, hamı müsəlman qardaşları özümüzdən razı edib heç bir kəsin nə yaxşılığını və nə pisliyini danışmayaq. Əzqəza əgər danışsaq da inşallah, yaxşıların da, pislərin də yaxşılığını danışacayıq və heç şeydən də şikayətçi olmuyacayıq, zira:
Məkon zi gərdişi-giti şikayət,
ey dərviş,
Ki tirəbəxti əgər həm bərin
nəsəq mürdi.
Bununla bərabər, boş oturmuyacayıq. Əvvəla, Orenburqda işmihəmməd mollanın üsuli-cədidə rəddiyə yazdığı “İqamətül-Bürhan” kitabının intişarına və Kərbəlayı Allahverdi İrandan gətirdiyi hənanın rəvacına mümkün qədər səy edəcəyik.
Saniyən, gecə və gündüz bari pərvərdigara duamız bu olacaqdır ki, Azqur məktəbini yıxmağa çalışan Axalsıxda puskovlu Molla İbrahimin ömrünü Allah tulani eləsin.
Salisən, milyonçularımızın əhvalını həmişə jurnalımız vasitəsilə padşahlıq Dumanın nəzərinə yetirəcəyik ki, bu yazıqların ehtiyaclarını və kassalar qabağında çəkdikləri məşəqqətləri mülahizə edib təzə bir qərardad ilə bunlara mərhəmət eləsinlər.
Rabiən və xamisən, Allah-taala cəmi mömin bəndələrə əcri-xeyir verib cəhənnəm atəşindən xilas eləsin. Amin yarəbbülaləmin.
Nəqqaşlarımız:
Professor Şmerlinq
Xudojnik Rotter
Xudojnik Qrinevski
Həmişəlik yazıçılarımız:
- Lağlağı, 2) Qızdırmalı, 3) Cırcırama, 4) Məşədi Mozalan bəy, 5) Dəli, 6) Hərdəmxəyal, 7) Hop-hop, 8) Məşədi Sicimqulu, 9) Keyfsiz, 10) Xortdan.
Müxbirlərimiz:
1)Dəmdəməki, 2) Köhnə Dəmdəməki, 3) Taraqqa, 4) Anaş qurbağa, 5) Süpürgəsaqqal, 6) Dabanıçatdaq xala, 7) Cəhrəçi xala, 8) Mirzə kəfənsiz, 9) Kəşkül, 10) Çəyirtgə, 11) Dərbənd, 12) Qırxayaq.
“Molla Nəsrəddin”, 7 dekabr 1908, № 49
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-abune-defterimiz-acildi-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məlumdur ki, bu ovqat qəhətlikdir. Demirəm bahalıqdır: genə tapılan şey qənimətdir. Pəs jurnalımızı indi biz qəhətlik zamanında çıxartmağa başlayırıq. Kağız yox, rəng yox, əmələ yox, hürufat yox, mətbəələr pəcmürdə.Ola bilər ki, qəzavü qədər içində çıxartdığımız jurnalı biri əlinə alıb qiymətinə baxıb deyə ki: Paha! Atovnan yeri! Belə də bahalıq olar?
Cümhuriyyət(Respublika)Vətəndaşlar!
VətəndaşlarŞükür Allaha, qurtardıq!Qurtardıq Peterburq vəzirlərinin zülmündən, qurtardıq qubernatorların zülmündən, qurtardıq naçalnik və pristavların və bunlardan aşağıkı pillə qurdlarının zülmündən.
İdarədənAxır vaxtlarda məcmuəmizin vaxtından gec çıxmağı barəsində bir çox yerlərdən kağızlar və teleqramlar alırıq. Dünən Batumdan bir çox müştərilərimizin imzası ilə idarəmizə bir məktub gəlib. Məktub sahibləri jurnalın təxirinə darıxmaqlarını bildirirlər və təvəqqə edirlər ki, Mollanın vaxtdan vaxta nəşr olmağına artıq dərəcədə səy edək.Möhtərəm oxucularımıza məlum edirəm ki, doğrudur, jurnalın yubanmağına rəncidə olmağa hər bir abunə sahibinin haqqı var, bununla bərabər ərz olunur ki, bu xüsusda bizim əslən və qətən təqsirimiz yoxdur. Biz jurnalın builki nəşrinin əvvəllərində işarə eləmişdik ki, bu zəmanəmiz çox aralıbdır və həqiqətdə Tiflisdə müstəqil və münəzzəm müsəlman mətbəəsinin olmamağı və bir tərəfdən də əmələlərin azadlıq tətilləri indiki dava əsrində bizi nəhayət, çətinliklərə düçar eləyir.