Artel müdiri
Akstafa artelinin müdiri barəsində bu saat qəzetlərdə çox danışıq gedir.
Danışığa səbəb budur ki, necə ki, məlumdur Ağstafada bir artel düzəlibdir və bu arteli idarə etmək üçün bir nəfər seyid seçibdirlər.
İndi danışıq bunun üstədir ki, aya bu müdiri hansı qabiliyyəti üçün sədr seçiblər? Biri deyir ki, bu adamın məhz peyğəmbər övladı olmağını nəzərə alıbdırlar. Amma bir paraları da deyir ki, həmin cəddinə qurban olduğumu o səbəb artel müdiri seçiblər ki, bu kişi indiyə kimi bir rəvayətə on bir, amma bir rəvayətə on dörd arvad alıbdı. Bu qədər arvaddan indi neçə nəfəri sağdır, qalanları ölüb, itibdir. Demək kəndlilər bu seyidi sədrliyə seçəndə bunu mülahizə ediblər ki, cəddinə qurban olduğum əvvəldən xeyir-bərəkətli və meymənətli olduğu cəhətdən bəlkə arteli də öz əhl-əyalı kimi bərəkətə mindirə.
Ancaq bu barədə aparılan danışıqlar içində tək bircə həll olunmamış məsələ budur ki, aya müqəddəs sədrimiz dağkəsəmənlidir, qıraqkəsəmənlidir, ya Ortasəmən kəndindəndir. İkinci həll olunmamış məsələ də budur ki, “Ağanı” artel sədri seçənlərin beynini seçki günü həkimə göstəriblər ya yox?
Allah, sən özün bu bəndələrini yerin-göyün bəlasından hifz eylə!
Lağlağı
“Molla Nəsrəddin”, 1 avqust 1929, №31
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-artel-mudiri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Biz aşağıda qol çəkən mülk sahibləri eşitmişdik bələdiyyə qərardadına binaən, yıxılan divarları təmir edən vaxt lazımdır üç çərək dalı çəkilmək.Biz bunu belə başa düşdük ki, divarı küçəyə tərəf lazımdır üç çərək dalı çəkmək. Amma indi başlayıblar müqəssir tutmağa ki, biz güçələri genəltmək əvəzinə daha da daraltdıq.
TüstüYer üzündə ikicə şəhərdə hamamların tulanbarında peyin yandırırlar: bir Naxçıvanda, bir də Təbrizdə.Yer üzündə cəmi hamamlar ya neft ilə qızır, ya odun ilə. Hətta dılğır Marağada, Xoyda və qeyri şəhərlərdə də hamam odun ilə qızır. Və yer üzündə bir şəhər yoxdur ki, onun tüstüsü qonşuya əziyyət eləsin.
Əfradi-salehHər kəsdən soruşuram ki, “axır, bizim ədliyyəmiz nə səbəbə münhəll oldu?”, mənə cavab verir ki, “təzə ədliyyə əfradi-salehdən təşkil tapacaq”. “Bəs, belə məlum olur ki, təzə əfraddan təşkil tapaçaq?”. Deyir: “Bəli”. Deyirəm: “Xub, belə məlum olur ki, köhnə əfrad əfradi-saleh cümləsindən deyilmişlər?” Deyir: “Bəli”. “Çox əcəb, indi başlayaq başdan: məsələn, götürək təzə vəzarəti-ədliyyə əzasını. Bunlar ki, təzə deyil, köhnədirlər, azından dörd vəziri-ədliyyə görüblər. Əgər məqsəd köhnələri götürüb, təzələri meydana gətirməkdir, elədə, bəs, bu nə işdir?”. Deyir: “Bilmirəm”.Deyirəm: “Xub, gələk Təbrizə: ağayani-flan ki, təzə deyillər, köhnədirlər?”. Deyir: “Bəli”. Deyirəm: “Xub, Təbriz ədliyyəsini ki, haman köhnə ağaların vasitəsilə təşkil etmək fikrindədirlər”. Deyir: “Bəli”. Deyirəm: “Xub, söz yox ki, ağayani-flan əfradi-salehdəndirlər”. Deyir: “Bəli, bəli, əlbəttə, xub”.
Ax, Nikolay!Mən buna çox təəccüb eləyirəm ki, iranlıların bəzisi Nikolayı pisləyirlər ki, guya Nikolay müstəbid bir padşah imiş. Bu giley-güzarı azad millətlər eləməyə haqları var: əlbəttə, Nikolay azadlığın düşməni idi. Amma bir bunu lazımdır demək ki, aya hər sözü insafnan danışmaq lazımdır, ya başı çuvaldan. Əgər insafnan duraq danışmağa, vallah-billah, biz iranlıların Nikolayı pisləməyə heç haqqımız yoxdur; çünki adam adama deyər: “Öz alnında tiri görmürsən, xalqın alnında qılı görürsən!”.Ax, Nikolay! And olsun Allaha, mən Nikolayı qəlbimin dərin yerindən arzu edirəm.
Başqa şairlərin şeirləri · Satira
Səd şükr ki, biz ziynəti-tarixi-cahanız,Səhrayi-səlabətdə gəzən şiri-jəyanız!
Haləti-məstliyində nə olur, ey əyyaş!Haləti-məstliyində nə olur, ey əyyaş!Baxıb ayinəyə görsən əcəba surətini;
Dram cəmiyyətiKəmşüur ƏyyarəÇıxmamış ortaya iş,
Ədəbiyyat (“Bəsdi daha “Kəlniyət!”)Bəsdi daha “Kəlniyət”,Yazma Belə yazını,