Yoldan azanlar
Buzovna və Zuğulba əhalisinin fikrinə gələ bilər ki, bu günlərdə Buzovna və Zuğulbada keflənib biabırçılıq salan və axırda böyük cinayət törədən Sesin və onun həmtayları Lenin firqəsinə sitayiş edənlərdir.
Hər kəs bu əqidədə olmuş olsa, böyük qəflət etmiş olacaqdır.
Bu söylədiyim cənablar məhz yoldan azmışlardır; zira kommunist firqəsinə sədaqətlə mənsub olan yoldaşlar öz fel və xidmətləri ilə əhaliyə bir dəlil olub məmləkəti təmir və abad etmək üçün çalışmaqdadırlar.
Amma Sesin və yoldaşları kimi yoldan azmışlar, belə bir cinayəti yapmaqla Kommunist firqəsinin heç duzunu da dadmamaqlarını isbat elədilər.
Onunçün də Kommunist firqəsi bu qudurğanların qabaqca firqədən quyruqlarını dügüb sonra onların barəsində fikir çəkməkdədir.
Rədd olsun firqəyə soxulan yaramaz ünsürlər və canilər!
Molla əmi
“Molla Nəsrəddin”, 25 iyul 1929, №30
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-yoldan-azanlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yaşadığımız əsrdə və yaşadığımız Bakıda lazımdı hər gün və hər gecə, hər namazdan sonra əl qaziyül-hacətə götürüb, haqq-taaladan istiğasə etmək ki, yaranmışına bir azar-mazar göndərməsin və həkimlərə möhtac qalmasın; yoxsa vay azarlının halına. Çünki indiki əsrdə, indiki Bakı paytaxtında hər bir bədbəxt ki, azarladı – dəxi onun işi bitdi.Bir mən yazığı başa salın görüm, mən başıdaşlı başıma nə çarə qılım; özüm hərdən bir azarlayıram. Və beş-altı nəfər külfətim var, söz yox ki, onları da hərdən bir Allahın dərdi gəlib tapır. Özüm də çünki qulluqdayam, söz yox ki, məcburi straxavoy olmuşam ki, buna da türkcə “sığorta” deyirlər, nə deyirlər.
MüsəllaBu keçən yay bərk isti oldu və istinin qoxusundan yerin altında da, üstündə də suları qurudu. Bir çox yerlərdə taxıllar yanmağa başladı.Yağış da yağmayırdı. Bircə ümid uca olan Allah-taalaya qaldı. Buna görə bəzi qəzalarda hələ laxlamamış dindar müsəlmanlar öz pakdamən mollaları qabaqda olaraq müsəllaya çıxdılar.
Ayların adlarıİnsan nə qədər çox bilsə, o qədər yaxşıdır. Nə qədər onun məlumatı artıq olsa, o qədər yaxşıdır. Bir mənanı bildirmək üçün insanın lüğəti nə qədər zəngin olsa, o qədər yaxşıdır.Qabaqlarda biz dekabr–noyabr sözlərini bilməzdik. Bu gün ayın neçəsidir?
Pambıq qiymətiQəzetlərdə pambıq qiyməti haqqında arabir məqalələr gedir.Bizim idarəmizdə də bəzi yerlərdən kağızlar gəlir, bizim nə fikirdə olduğumuzu soruşurlar ki, bugünkü pambıq qiymətini artıqmı hesab edirik, əskikmi, ya yerindəmi?
Başqa şairlərin şeirləri · Satira
Köhnəlikdir – dedi – bozbaşla qutab, bəziləri,Bağladı xeyli bu mənada kitab, bəziləri.
StudentStudentik, mey içib məst olarıq,Hər gecə bir qıza pabəst olarıq,
OlacaqsanVarsa hünərin cəhd elə ərbabi-fəsad ol!Min fitnə törət, şan qazan, sahibi-ad ol!
Qışa hazırlıqKeçən il bir gəmi təmirə gəlibdir zavoda,Düşməyibdir hələ də bir ilin ərzində “xod”a.