Ay qoçaq mülkədar!
Hey, necə gördün?
A rəhmətliyin oğlu, bu qədər mərəkə və qilü-qaldan sonra yenə mülkədarlıqdan əl çəkmirsən?
Zalım oğlu, qurd ürəyi yeyib.
Bax, gör, nadinc “Kommunist” qəzeti nə yazır:
Yazır ki, Muğan inşaat idarəsi Azərbaycan Xalq torpaq komissarlığı ilə Muğan səhrasında icarəyə götürmüş olduğu yerlər xüsusunda bağladığı müqavilənamə mövcibincə icarəyə götürdüyü həmən yerləri təsərrüfat qaydasınca öz qüvvəsilə abad etməli və kəndlilər də həmən qaydadan istifadə etməlidirlər. Amma torpaq komissarlığına çatan məlumata görə idarə həmən torpaqları öz qüvvəsilə abad etmək əvəzinə əkin və otlaq parçalarını ağır qiymətlərlə yerli kəndlilərə icarəyə verməkdədir.
Məsələn: Qanuna qərar qoyulduğu vəchlə məhsulatın onda bir, fağır kəndlilərdən isə on beşdə bir hissəsini icarə haqqı olaraq almaq əvəzinə, əkin yerlərindən onda üç və hətta bəzi vaxt məhsulatın yarısını almaqdadır.
Otlaq yerlərindən 1914-cü ildə davam edən icarə vergisinin bir desyatininə 20-25 qəpeyk miqdarı əvəzinə hər desyatindən bir manatdan iki manata qədər icarə vergisi almaqdadır.
Buna görə Xalq torpaq komissarlığı Muğan inşaat idarəsinə qəti surətdə təklif edir ki;
Həmən torpaqlar kəndlinin ehtiyacı üçün icarəyə verildiyi halda, yuxarıda göstərilən qanunu qiymətlərdən artığına pul verilməsin. Qanundan kənar qiymətlərlə kəndlilərlə bağlanmış müqavilənamələr dərhal həmin qanuni qiymətlərə çöndərilməlidirlər.
Sözün doğrusu, mən bu məqaləni zarafat üçün yazıram. Çünki əbəs yerə Muğan idarəsinin ürəyini sıxırlar.
Əgər Muğan idarəsi istəyir cəmi yer üzünün mülkədarları kimi heç zəhmət çəkməyə-çəkməyə fağır-füqəra zəhmətkeş kəndlilərin qantər altında qazandıqları mənfəəti asanca ciblərinə doldursun.
Bu özü də Allah məsləhətidir. Əlbəttə, kəndlilərin alnına belə bir müşkül qisməti rəhim Allah öz əli ilə yazıb.
Biz bəndələrin Allahın işlərinə qarışmağa haqqı yoxdur.
Cırcırama
“Molla Nəsrəddin”, 6 dekabr 1924, №26, səh. 4
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-ay-qocaq-mulkedar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
“Şəki fəhləsi” qəzetinin 96-cı nömrəsində axırıncı səhifədə oxuduq: “Əmələ müxbirlərimizdən. Təəccüb ediləcək bir hal.Keçmişdə deyirlərdi ki, çəkməçinin çox vaxt ayağı yalın olur, eləcə də azərbaycanlı olub neftsizlikdən qaranlıqda qalmaq da təəccüb ediləcək iş deyildir. Bir aya çatar ki, qəzamızın fəhlə-kəndliləri neft olmadığından gecələr qaranlıqda qalırlar. Bütün kəndçi-fəhlələr günüzlər axşamadək əllərində neft qabları gəzirlər, bir girvənkə neft tapmırlar. Doğrudur, əlacsız qalıb girvənkəsinə üç-dörd yüz milyon verib xəlvət alanlar da olur... ”
Şərq qadını“Şərq qadını” məcmuəsi çıxmağı münasibətiləBaşıbəlalı bir məsələ, xəta-bəlalı bir danışıq... Qan qoxusu gəlir, barıt tüstüsü görsənir, qeyrət hissi oyanır!..
Kimdən ötəriBu yeni hürufat kimdən ötəri icad olundu?Bu barədə çox danışıq var və bu məsələ çox dolaşıq məsələdir.
UşaqlarımızCümə günləri və tətil günləri uşaqlarımız hara getsinlər və nəyə məşğul olsunlar?İstəyirdim deyəm ki, teatra getsinlər, amma yadıma düşdü ki, bizim cəmi teatrlarımız indiki halda eşqbazlıqdan ibarətdir; çünki indiki teatrlarımız böyüklərə qulluq eləyirlər.
Başqa şairlərin şeirləri · Satira
Nə oldu, Şirvan əhli bəs –Mədrəseyi – “Üxüvvət”in?
Gözün aydın“Mus-Mus!” deyə, axır Rza xan Mustafalaşdı,Gizlin bəzənib çıxdı üzə, maskasın açdı;
Dün oxurkən bir müdiri-məktəbin məktubunuDün oxurkən bir müdiri-məktəbin məktubunuMin qələt gördüm qarışmış bir vərəq imlasına;
Bir mühərrir ki, cybü nöqsanıBir mürərrİr kİ, eybü nöqsamYazdığı cümləde pədid olsun,