Behişt əlifbası
Əgər Ağayi Məclisi əleyhürrəhmə doğru deyibdi ki, behişt əhlinin dili ərəb və cəhənnəm əhlinin dili məcus dilidir, onda daha aşkardır ki, behişt əhlinin əlifbası da ərəb əlifbası gərək olsun.
Onun üçün də həmin ərəb əlifbasını şərq əhli o dərəcədə əziz tuturlar ki, bu əlifbanı tullayıb, latın əlifbasını qəbul etmək kimi söhbətlərini islam dinini tullayıb, latın dinini qəbul etmək kimi “nasəza” mənzələsində tuturlar.
Müqəddəs İranın müqəddəs Rəşt şəhərində çıxan “Nidayi-Gilan” qəzeti bizim yeni əlifbaya elə haman behişt və cəhənnəm nəzəri-nöqtəsilə baxır. Məzkur qəzetin rəyincə biz yeni əlifbaçılar çoxdan cəhənnəmlik olub getmişik, onun üçün də dünyavü aləm yaranandan indiyə kimi nə qədər yer üzündə yaşayan adamlarda bir təqsir var, nə qədər günah baş verir, hamısını cəm eləyib, biz yeni əlifbaçıların üstünə tökür.
“Nidayi-Gilan” qəzeti yazır ki, Azərbaycanda latın əlifbasını icad edən bolşeviklərdi. Onların (bolşeviklərin) batini-xəyalı Azərbaycan türklərini sair türk ölkələrindən və sair müsəlmanlardan ayırmaqdır.
Qəzetin həmin töhmətinə cavab vermək mənim vəzifəm deyil: hər kəs hər kəsi istəyir ayırsın, istəyir ayırmasın. Amma burada bircə şey nəzərə gəlir: biz Azərbaycan türkləri sair türk tayfalarından və sair müsəlman millətlərindən ayrılsaq, bəs onda görəsən, ayrılandan sonra bizi rusmu etmək istəyirlər, ermənimi, gürcümü? Amma millətin bir yarısını o biri yarısından ayırmaq ustaları “Nidayi-Gilan”ın gözü qabağındadırlar.
Bu ustalar ibarətdirlər Tehran hökumətinin İran Azərbaycanında əyləşən varlı və qeyri məmurlarından: bunlar hamısı farslardır və fars dilindən başqa bir özgə dil danışmırlar. İstər Mərənddə olsun, istər Culfada, istər Astara ya Zunuzda, heç bir kəsin hünəri deyil həmin məmurların yanında bir kəlmə türk sözü danışsın və yazsın.
Hələ İran Azərbaycanı səhldir: Naxçıvan, Gəncə, Bakını da tehrançılar fars ölkəsi və burada yaşayan xoşbəxt müsəlmanları elə fars adlandırırlar.
Əgər bolşeviklərin batində fikirləri bizi bir-birimizdən ayırmaqdır, bunu ancaq yeri-göyü yox yerdən yaradan bir Allah bilir, bəs sən Tehran hökumətinin qıp – qırmızı politikasına niyə bir söz demirsən ki, hazır qırmızıca bizim Araz otayının Zünuz və mərəndli qardaşlarımızı fars eləmək istəyirlər.
Hə, əgər sən düz adamsan, bəs bu işə niyə dinmirsən?
Molla Nəsrəddin
“Kommunist” qəzeti, 30 dekabr 1923, № 296
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-behist-elifbasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən bu ovqat kəndə getməliyəm və burada bir adam lazımdır ki, “Molla Nəsrəddin”i idarə eləsin. Əgər yay fəsli, yəni iki ay gəlib Tiflisdə qala bilsəniz, bu kağızı Məşədi Ələsgər Bağırova nişan veriniz və bunu da biliniz ki, burada bizim evdə yeyib-içəcəksiniz və bir qədər də xərclik hər ay evə göndərə biləcəksiniz. Qədərini indi müəyyən edə bilmədim, amma güman edirəm ki, narazı olmuyasız. Əgər iki aydan sonra Tiflisdə qalmaq istəsəniz, bəlkə genə idarəmizdə qalasınız.Bunu da biliniz ki, burada bizim uşaqlara da dərs verə bilərsiniz, sonra əgər istəsəniz, Həmidə xanımın kəndində onun məxsusi məktəbində dərs deyə bilərsiniz.
Əzizim Məmmədəli! (Yevlax, 1 avqust 1910)Yadımdan çıxdı, baronessa Rozen xanımın islamı qəbul eləməyi barəsində məqalə yazmadım. Odur ki, buradan sənə teleqraf göndərdim ki, haman şəkli 31-ci nömrəyə qoyasan ki, məqalə göndərə biləm. Çünki 30-cu nömrəyə dəxi məqalə çatdıra bilmənəm. Bir neçə günə haman məqaləni göndərərəm, 31-ci nömrəyə qoyarsan.Cəlil
Əzizim Məmmədəli! (18 avqust 1910)30-cu nömrə gəlib çıxdı. Çox yaxşıdır və səndən razı oldum.Əlbəttə, pul povestkalarını və pul kitabçasını – ki, poçtdan bizə veriblər (möhürlü) – qoy paket içinə və göndər ki, üstlərində vəkalət yazım, sən pulu alasan.
Məmmədəli! (23 avqust 1910)Bu kağızın içində əlli manatlıq çek var. Avqustun 25-də Bıxovun əlli manatlıq vekselinin srokudur. Veksel Volcski-Kamski bankdadır, necə ki, sən də bilirsən.Pulu al, vekseli çıxart, saxla. Həmidə xanımdan bu pulu mən borc aldım, çünki o özü də bankdan borc alır. Və Həmidə xanıma söz vermişəm ki, bu pulu tezlikdə qaytaraq banka.
Başqa şairlərin şeirləri
Mehri-hüsnündən təcəlli edəli ənvari-eşq,Zahir oldu gün kimi hər zərrədən asari-eşq
Qarabağ getsə əgərMəni udsun qara torpağ, Qarabağ getsə əgər,Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
OlaUsta, məni gözlərinə fəda qıl,Səndən saz istərəm, amma saz ola!