Din və millət
Axır zamanlarda “millətçilik” sözləri tez-tez qəzet sütunlarında danışılmaqdadır.
Amma bircə şey mənim nəzərimdə xeyli təəccüb görsənir; o da budur ki, “din” və “dinçilik” söhbətlərinə çox az-az rast gəlirik. Halbuki “millət” və “millətçilik” məsələsi “din” və “dinçilik” və dindarlığa çox yapışıqlıdır, çox əlaqədardır (ərəblər demişkən).
Ən qabaqda dindir.
Sonra millətdir.
Qabaqca din icad olunubdur.
Sonra millət əmələ gəlibdir.
Zira, balaca uşaq gözünü açan kimi göyün guruldamağını eşidib, qorxmağa və ağlamağa başlayıbdır; bu özü dindir, zira dinin əsil mənası ətrafda təbiətdən qorxmaqdır. Məsələn, mən birinin ölməyinə rast gəlirəm və vahimələnirəm, o səbəblə ki, bilmirəm bu ölmək nədir və öləndən sonra insanın başına nə gələcək.
Nə gələcək? Heç zad. İnsan çürüməyə başlayacaq. Bəs ruhu nə olacaq? Heç zad olmayacaq. Niyə heç zad olmayacaq? O səbəbə ki, insan ölən kimi onun ruhu da ölür.
Bəli, keçək söhbətimizə.
Mən onu ərz eləmək istəyirəm ki, hər bir millətçi eyni zamanda dincidir və sən əgər istəyirsən ki, Ömər, ya Zeyd millətçi olmasın, sən gərək cidd-cəhd edəsən ki, o, dinçi və dindar da olmasın.
Ələlxüsus biz müsəlmanlar içində. Çox vaxt görürsən ki, bizlərdə millət və dini elə qarışdırırlar ki, heç baş aça bilmirsən. Soruşursan ki, “sən nə millətsən?” Cavab verir ki, “əlhəmdülillah, mən müsəlmanam”...
Təbii şeydir ki, beləliklə nə qədər ki, dünyada din və dindarlıq varsa, o qədər də millətçilik davam edəcəkdir; ta o vaxta kimi din və dindarlıq kimi oyun-oyuncaqlardan insanlar utanıb əl çəkələr. Onda görəcəksən ki, millətbazlıq da yavaş-yavaş tərk olub, qoyub gedəcək işinə.
Bu ki, belədir, dəxi ürəyini niyə sıxırsan?
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 15 avqust 1929, №33
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-din-ve-millet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şəhərimizdə bir dövlətli xanım var. Bayram qabağı xanım bir xəyallandı darül-tərbiyədəki övrət-uşağa paltar tikdirsin ki, Allah da xanımdan razı olsun; amma təqvimə baxdırdı gördü ki, saat xoş deyil. Sonra bir belə fikrə düşdü ki, Qafqaz mühacirlərinin hərəsinə bayram axşamı bir qədər xərclik paylasın. Yenə təqvimə baxdı gördü ki, yazılıb “nə şayəd”.Axırda dedi: xub, neçə-neçə ali imarətim var ki, bir-birinin içindədir, bu imarətlərin birini Allah rizası üçün vəqf elərəm idareyimaarifə (inşallah) ki, orada yetim uşaqlar üçün bir böyük mədrəsə qərar verilsin.
TəbiətQırx beş ildir rəməzanı həmin şəkildə görürəm ki, hali-hazırda vardır: görürəm ki, tamam əhali səhərdən, axşama yarım [saat] qalanadək yuxudadır; tiçarət bağlı, darülfənn və darültərbiyələr qapalı, qiraətxanalar boş, idarələr məəttəl, tərəddüd yox.. .Elə ki, iftara yarım saat qaldı, mömünlər ayılıb gözlərini silirlər və bir qədər oğul-uşaqla bədrəftarlıq və qapıya gələn saillərə kəmhövsələlik göstərəndən sonra, yeyib-içmək əsbabını fərahəm gətirməyə məşğuldurlar.
Molla NəsrəddinBu günlərdə bir böyük əngələ düşdüm.Bacım Pəricahan hamilə idi, yəni doğacaq idi. Bacım, əri ilə Danabaş kəndində olurdu, mən də İrəvanda olurdum. Bacımın bir körpə də uşağı var idi ki, bu da bir neçə ay idi naxoş idi.
Çarə lazım!Millətimiz savadsızdır.Çarə lazım!
Başqa şairlərin şeirləri · Satira
(Yay tətilindən sonra məktəbə getməyə məcbur olanuxajor mütəəllimlərin naləsi)
ƏrizəNazimi – Ümurati-məmalik cənab general-leytenant knyaz Bebutov hüzuruna*Qarabağ vilayətinin Cavanşir uçastokunda Xındıristan kəndinin sakini Qasım bəy Əli bəy oğlu tərəfindən*
Özündən razıYaşadı, həmişə özündən dedi,Göydəki günəşə özündən dedi.
Əşar (13-cü nömrədə "Yetim cücə"yə cavab)Al gəldi**Bir para axmaq-uxmaq çünkü qahblar bikar,