Ha iki gündən bir qəzetlərdə oxuyuruq ki, filan bakılı vurdu filan bakılını öldürdü. Əgər belə olsa, az bir vaxtda Bakıda dəxi bir nəfər də bakılı qalmaz.


Mən bu məsələni ondan ötrü ortalığa qoymuram ki, bakılıların o dünyaya getmələrinə çox darıxıram; yox, mənim məqsədim oxucularımın nəzərinə bunu yetirməkdir ki, burada bu qədər qan tökülməyə bais müsəlman qardaşların bir-birindən “qisas” almağıdır və bu da, necə ki məlumdur, islam dininin təqazalarından biridir.


Lap açıq danışaq.

Bakılılar əsil müsəlmandırlar.

İslamın müqəddəs kitabında yazılıb ki qisas şərən qanuni bir qərardaddır. Bakılılar da düzü billah müsəlmandırlar.

Onun üçün də hər dəfə ki, qətl xəbərinin təfsilatını qəzetlərdə oxuyursan, axırda məlum olur ki, qatil ilə məqtulun, yəni filan ilə öldürənin bir-birinə qədimdən düşmənçilikləri var imiş. Demək, burada əsil məqsəd qisas almaq imiş. Demək, məsələnin sapının ucu yenə şəriətə gedib çıxır. Vəssəlam.

“Molla Nəsrəddin” 15 sentyabr 1929, №36

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bir gürcüyə cavab

Gürcü mühərrirlərindən bir rəfiqim dünən gəlmişdi bizə söhbətə. Danışıq millətlərin qabağa gəlməyindən düşdü. Rəfiqim başladı ki, hər bir millət üçün nicat yolu tapmaq balaca uşaqları məktəbə göndərib tərbiyə verməklə əmələ gəlir. Əgər belə olmasa, heç bir şey fayda bağışlamaz: nə hürriyyət, nə məşrutiyyət, nə cümhuriyyət, nə zənburiyyət, nə çənçuriyyət…Qərəz rəfiqim bunlardan bir neçəsini də saydı və bu sözləri deyəndən sonra mənim rəyimi soruşdu. Mən cavab verdim ki, hələ sözünü de qurtar, mən axırda birdən cavab verərəm.

3 dəq
Abirin və kilab

Bir neçə gün bundan əvvəl türk qəzetlərinin birində oxudum ki, rus ədibi məşhur Krılov “Abirin və kilab” adında bir təmsil yazıb. Çünki mən rusca az-çox oxumuşam və məlumdur ki, Krılovun təmsillərini mübtədi məktəblərdə oxudurlar, çox təəccüb elədim ki, bu təmsildən mənim xəbərim yoxdur. Açdım Krılovun məcmuəsini və vərəqləyib, “Abirin və kilab” adında bir təmsil tapa bilmədim. Sonra öz-özümə ha fikirləşdim ki, görəsən, “Abirin və kilab” nə deməkdir?Axırı ərəbi bilənlərin birisi məni başa saldı ki, “abirin” – yəni ərəbcə keçənlər, yolçular; “kilab” – yəni itlər.

1 dəq
Səyahətnamə

Reynqartın səyahət kitabından(19-cu nömrədən sonra)

2 dəq
Yar ilə görüşmək

Nə xoşdur bir zaman dilbərin eşqində zar olmaq*Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq*

2 dəq

Başqa şairlərin şeirləri · Satira