Beytül-müqəddəsdə, yaxud ruslar dediyi Yerusəlimdə bu saat ərəblər və yəhudilər bir-birini öldürməkdədirlər; ölənlərin çoxu yəhudilərdir, azı ərəblər.

Amma söhbət orada deyil. Bizim dostumuz, yəni Şərqin “dostu” ingilislər də kənardan durub tamaşa edirlər.

Həmin mübarizə torpağı və məmləkəti sahiblənmək mübarizəsidir; o yerlərə ərəblər də sahiblənmək istəyir, yəhudilər də istəyir. Amma ingilis də “mandatlı” əlini Beytül-müqəddəsin üstünə qoyub deyir ki, götürmənəm.

Bu belə.

İndi gələk sapın o biri ucuna: ərəblər–məhəmmədidirlər, yəhudilər–musəvidirlər, ingilislər–isəvidirlər.

Bu üç tayfa nə səbəbə bir-birilə dava edir?

O səbəbə ki, bunların hərəsinin peyğəmbəri ayrıdır. Əgər bunların peyğəmbəri tək bir olsa idi, o vaxt bilmirəm nə olardı. Ancaq bu üç tayfa bir-birinə o qədər uzaq olmazdı, nə qədər ki, indi uzaqdırlar. Bəs, bunları bir-birindən uzaq salan kim olub?

  1. İsa,

  2. Musa,

  3. Məhəmməd.

Demək, məsələnin sapının ucu peyğəmbərlərə gedib çıxır. Vəssəlam.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 5 sentyabr 1929, №36

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Təzə il

Bir il keçir, o biri il gəlir; 1329-cu il keçdi, 1330-cu il daxil oldu. Xaçpərəstlərin 1911-ci ili getdi 1912-ci ili başlandı.Aylar dolanır, həftələr, günlər, saatlar, dəqiqələr hərəkət eləyir. Əbrü badü məhü xurşidü fələk dər karənd.

3 dəq
Pək eyi

Mənim dava-mərəkəynən işim yoxdur; mən bir fağır adamam… Ancaq bunu gücnən qəzetdə oxudum ki, İskəndərbəy Məlikov deyir: gərək biz türk dilimizdən “çox yaxşı” sözlərini ataq, onun əvəzinə osmanlının “pək eyi” sözlərini işlədək.Mən elə hazır idim İskəndərbəyin nəsihətini qəbul eləyəm və yenə elə hazıra yavığam, amma bir iş qabağımı kəsib.

2 dəq
Çiçək

Bir müsəlman kəndinə, müsəlman məhəlləsinə “çiçək” kimi müalicəsi asan bir uşaq naxoşluğu düşəndə yazıq uşaqlar bir-bir başlayırlar qırılmağa. Çox vaxt olur ki, naxoşluq elə o vədə qurtarır ki, dəxi o kənddə, o məhəllədə bir nəfər də uşaq qalmır.Məlumdur ki, çiçək naxoşluğunu o uşaqlar tutur ki, onlara “çiçək” döyülməyibdir.

4 dəq
Tök!

– Tök, mən ölüm tök, şəriət sahibinə qurban olum: namazımı öz vaxtında qılıram, orucumu tuturam, bu bir stəkan çaxırımı da, əlbəttə, Allah mənə bağışlar, günah yazmaz. Götür, götür stəkanı. Sağ ol, içirəm sənin sağlığına!Ata və anam sitayiş etdiyi dini mən də müqəddəs tuturam və arzu edirəm ki, cəmi müsəlman qardaşlarım Allah-taala göstərdiyi yolla gedib müsəlmançılıqda bərqərar olsunlar. Amma bununla bərabər, piş əzvəqt camaatımızın tərəfindən üzr istəyirəm və şəriət sahibinə iltica edirəm ki, bir para ümmətlərinin günahından keçib, qeyri mömün qardaşlara bağışlasın.

3 dəq

Başqa şairlərin şeirləri · Satira