Tök!
– Tök, mən ölüm tök, şəriət sahibinə qurban olum: namazımı öz vaxtında qılıram, orucumu tuturam, bu bir stəkan çaxırımı da, əlbəttə, Allah mənə bağışlar, günah yazmaz. Götür, götür stəkanı. Sağ ol, içirəm sənin sağlığına!
Ata və anam sitayiş etdiyi dini mən də müqəddəs tuturam və arzu edirəm ki, cəmi müsəlman qardaşlarım Allah-taala göstərdiyi yolla gedib müsəlmançılıqda bərqərar olsunlar. Amma bununla bərabər, piş əzvəqt camaatımızın tərəfindən üzr istəyirəm və şəriət sahibinə iltica edirəm ki, bir para ümmətlərinin günahından keçib, qeyri mömün qardaşlara bağışlasın.
Ərzim burasındadır ki, şəriətimizin çaxır içməyi haram buyuran hökmünə müsəlman qardaşlarımın bir paralarının tabı yoxdur; həqiqət, yazıqların tabü təvanası yoxdur. Hər nə deyirsən de. Orucu deyirsən – tutsun; namazı sən 17 rükət deyirsən – yüz on yeddi rükət qılsın; Kərbəla ziyarətinə bir dəfə deyirsən – o üç dəfə getsin; hələ istəyirsən – Məşhədə də getsin; amma demə içgi içmə.
Bu xüsusda mənim üzrüm, əvvələn, bir para əsnaflar və kərbəlayı və məşədilər tərəfindəndir; saniyən, rus dərslərini yarı yolda qoyan təzə cavanlar tərəfindəndir və salisən, bəy və xanlar, əyanlar tərəfindəndir.
Bizim Qafqaz şəhərlərində meyxanalar var. Küçə ilə keçəndə görürsən ki, bir rus ya erməni ağzını göyə qalxızıb rumkanı çəkir başına. Amma sən bilmirsən ki, o meyxananın içəri tərəfində bir qaranlıq yer var ki, orada üç-dörd məşədi gizlənib, içməyə məşğuldurlar:
– Tök, götür istəkanı; mən ölüm götür! Ya Allah, sağ olsun məşədi Hüseyn!
– Bunu içirəm məşədi Əlinin sağlığına! Sağ ol, Məşədi Məhəmməd, sağ ol. İçirəm dostların sağlığına!
O ki on beşdən başlamış iyirmi bir yaşa çatan dərsləri yarımçıq xanzadə və bəyzadələrdir – Allah bunlara insaf versin, nə yol tanıyırlar, nə iz tanıyırlar; nə Allahdan xəbərləri var, nə bəndədən. Gecə-gündüz əlləri xəncərlərinin qınında, ya papaqları yanqılıcı, kefli-kefli dolanmaqdadırlar. Bunlarla mənim işim yoxdur; belə-belə, veyl-veyl, gəzən və içki içməyi özləri üçün şöhrət bilən cavanlarla Molla Nəsrəddinin işi yoxdur. Amma otuz beşdən başlamış əlli beş ya bəlkə altmış yaşındakı üzü qırxıq bəy və xanlarımız tərəfindən yenə mən üzr istəyirəm. Bir surətdə ki, tərki-adət bemocibi-mərəzdir; bir surətdə ki, bu yazıqlar ömürlərinin əvvəllərindən özləri hərçənd bisavad olublar, amma həmişə böyük adamlarla oturub durublar. Məsələn, pristavlarla, naçalniklərlə, uryadniklərlə, bəlkə strajniklərlə. Və bir surətdə ki, bu qədər böyük adamların yanında mən özümü çaxırı haram bilən avam müsəlmana oxşadım, onda bəs mənə nə deyərlər?! Məgər mənə deməzlərmi ki, bax gör necə fanatik müsəlmandır! Xeyir, belə şey ola bilməz.
Bəlkə mən özüm də elə bilirəm ki, içki içmək haramdır; bədənə də, cibə də və abruya da zərəri var. Lakin eyib deyilmi ki, mən bəy ola-ola özümü avam müsəlmana oxşadam? Onda dəxi kərbəlayı Zülfüqarla mənim nə təfavütüm? O çaxır içmir; mən də içməsəm, ona oxşayacağam.
– Ədə, get bazara, üçüncü nömr Kaxet çaxırı gətir! Yarım düjin ağından, yarım düjin qırmızısından. Qayıdıb gələndə Səfər bəyə de ki, nahara gözləyirəm, Cəlil bəy də bizə gələcək.
– Tez ol, aç butulkanı! Tök, bura da tök! Götür, Xəlil bəy! Bu istəkan sənindi. Həsən bəy, sənə hansından töküm? Ağından, qırmızısından?
– Mən ölüm götür! Götür, sən Allah, naz eləmə, mən ölüm götür. Ya Allah, sağ ol, sağ ol!
– Əmoğlu, sənin sağlığına! Pəh, pəh, pəh! Nə tünd araxdı!
– Ədə! Bu zəhirmarı hardan gətirdin? Bu birini aç tök, tök! Həsən bəy, sən öləsən olmaz, hamısını gərək içəsən. Əla ya əyyühəs-saqi, əsbi-lağər miyan bekar ayəd.
– Əmoğlu, tök, tök. Bax, bu dördüncü rumkadır ki, mən içirəm; amma siz ikisini də içməmisiniz.
– A kişi, cəhənnəm ol! Ta içmirəm. Sən öləsən, namazımın vaxtı keçir.
– Ay sən öləsən həyə namaz qılırsan! Vallah, camaatın üzünə qılırsan.
– Tök, tök, götür, Məhəmməd bəy! İçirəm dostların və dostluq qədri bilənlərin sağlığına. Sağ ol, sağ ol! Götür, götür! Sən öləsən olmaz! Axıra kimi, axıra kimi!
– Əmoğlu, gəl öpüşək.
– Püf, püf! Ədə, ağzından nə qoxusu gəlir? Deyəsən, sarımsaq yemisən?
– Püf, zəhirmar! İtil cəhənnəmə!
– Əla ya əyyühəs-saqi…
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 27 yanvar 1912, №4
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-tok
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rusiyanın Elmi Akademiyasının iki yüz illik yubileyimünasibətilə
Piyanskalığın dərmanıVaqeən bu piyanskalıq böyük bir azardır. Kim bilsin dünyada minlərcə məxluq bədməstlik mərəzindən qurtara bilməyib spirtin zəhəri ilə bədənlərini zəhərləyib ölüb gedirlər.Yaman iş budur ki, bu zəhirmar xəstəlik indiyədək müalicəpəzir olmayıb və nə qədər haziq təbiblər bu yolda nə qədər sümük sındırıblarsa da, yenə bu kefliliyə giriftar olanları bu yoldan yadırğada bilməyiblər.
Şəhərə doğruMəlumdur ki, kənd əhalisinin əhvalını yaxşılaşdırmaq məqsədi ilə “Kəndə doğru!” şüarın dalısı “Şəhərə doğru!” olacaqdır. O səbəbə ki, kənd əhalisinin əhvalı kənd dairəsində nə qədər gözəlləşsə, yenə kənd əhalisi şəhərsiz ötüşə bilməyəcək və bu hal o qədər açıq və vazehdir ki, bunu bəyan etməyə daha bir lüzum qalmır.Onun üçün də kəndlilərin qədim dostu “Molla Nəsrəddin” əmi “piş əzvəqt” öz çarıqlı köhnə dostlarının qeydinə qalmaq babətindən bu söhbəti vaxt ikən ortalığa atır ki, sonra iş işdən keçməmiş olsun və fürsət itməmiş olsun.
Hələ dəm alırİyirmi il bundan qabaq millətimizin halını təsvir eləmək lazım gələndə məcmuəmizin birinci nömrəsində, birinci səhifədə bir şəkil çəkdik və o şəkildə göstərdik ki, millətimiz yan-yana yatışıb yuxuluyur.O vaxt çoxları bizdən sual edərdi ki, xub, bəs, millət ki, bu şirinlik ilə yuxuya cumub, bəs, nə vaxt yuxudan oyanacaq?
Başqa şairlərin şeirləri · Satira
Heyf, səd heyf, bu iş bulmadı əncam yenə,Üləma özlərini eylədi bədnam yenə.
Çox da Rusiyyədə nəşr oldu ədalət, bizə nə?Çox da Rusiyyədə nəşr oldu ədalət, bizə nə?Qoymuruq biz ki, ona zərrəcə qiymət, bızə nə?
Arvadlar deyirlərTanrı kəsibdir bizim ərlərin insafını;Sən ki bilirsən, Baba, onların övsafını?!
Heç yox imişFaşistlərin burnun əcəb ovdular,Qoşunların Moskvadan qovdular.