Əliqulu Qəmküsar
Məlum ki, Azərbaycanda müqtədir şairlərimiz yox olmayıbdır, ancaq şair Əliqulu Qəmküsar bizim məxsusi qələm yoldaşımızdır, belə ki, “Molla Nəsrəddin”in 3-cü ilindən, yəni 1908-ci sənədən başlayaraq, Qəmküsarın mənzum və mənsur əsərlərinə, məqalə və şerlərinə rast gəlmək olar. Şairimizin əvvəl illərdə “Xadimi-millət”, “Otaylı” və son illərdə “Cüvəllağı”, “Cüvəllağı bəy”, “Sarsaqqulu bəy” təxəllüsləri məşhurdur. Belə ki, həmii təxəlluslərlə Qəmküsar yoldaşımız məcmuəmizdə iştirak edibdir.
Qiymətli Qəmküsar yoldaşımızın “Molla Nəsrəddin”də dərc etdiyi qüvvətli şerlərdən biri məhərrəm təziyəsində əbləhanə baş yarmaq haqqında yazdığı:
Vəhşiyyətinə aləmi heyran eləyib yar,
Yar, əhrimənim, yar qoçağım, yar igidim, yar!
– şeridir ki, oxucularımızın çoxunun indi də əzbəridir. Bu əsər şairimizin fikrinin açıqlığını aşkar göstərir.
Bunu da qeyd etməyi lazım bilirik ki, “Molla Nəsrəddin”də iştirak edən şairlər cərgəsində Cüvəllağı yoldaşımız fikir açıqlığı və dini mövhumata qarşı şiddətli tənqid və çıxışları ilə hətta Sabiri də qabaqlamışdı. Bunun nəticəsidir ki, din ilə həmişə mübarizədə olan məcmuəmizə Qəmküsarın rəğbəti o dərəcə qalxdı ki, 1912-ci ildə Culfada öz şəxsi işlərini buraxıb, Tiflisə köçdü və bizlə yoldaşlıqda məcmuənin iştirakına felən məşğul oldu.
Fevral inqilabı yoldaşımız Qəmküsarı böyük bir həyəcana gətirir; belə ki, sərvətin indiyədək zəhmətə hücumunu şairimiz “Molla Nəsrəddin”in 1917-ci sənəsinin 26-cı nömrəsində belə təsvir edir:
Bu qədər ifadələnmə, sənə yoxdu bab, varlı,
Füqəranı bəsdi az soy, elə ictinab, varlı!
Həzər eylə rəncbərdən, ona bəsdi vurma noxta,
O yazıq əkinçilərdən bir utan, bir az da toxta!
Bu qədər yekəltmə qarnın, puluna güvənmə çox da,
Olu bir zaman çəkərlər sənilə hesab, varlı!
Nə qədər ki, məcmuəmizin adı söylənir, onun əziz və qiymətdar qələm yoldaşlarının qabaq sırasında əziz yoldaşımız Əliqulu Qəmküsar–Cüvəllağı bəyin adı həmişə “zindəbad” alqışları ilə zikr olunacaqdır.
C. Məmmədquluzadə
“Molla Nəsrəddin”, 30 may 1929, № 22
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-eliqulu-qemkusar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əvət, əvət, o qadın iştə bak nasıl bakıyor,*Əvət, əvət, o qadın iştə bak nasıl sakıyor.*
Qəza müxbiriHekayəni başlamazdan əvvəl bunu demək lazımdır ki, bizim qəzetçilikdə bir mühüm məsələ var ki, o məsələyə indiyə kimi, necə ki, lazımdır, diqqət verilməyibdir və qaydaya qoyulmayıbdır.O məsələ də qəza müxbiri məsələsidir. Necə ki, məlumdur, bir də görürsən, uzaq qəzaların birindən bir nəfər cavan qəzet idarəsinə yazır ki, “Mən filankəsəm, filan yerdə yaşayıram, filan qədər savadım var, o filan yoldaşlar da məni tanıyır”. Bu qədərcik məlumatla kifayətlənib qəzet idarəsi həmən cavana müxbirlik vəsiqəsi göndərəcək və bundan sonra təzə müxbirimizdən gələn məktub və məqalələr “daşdan keçəcək”; ağına-bozuna baxılmayıb çapa veriləcək. Axırda məlum olacaq o cavanın yazıçılığa heç bir ləyaqəti yox imiş; özünü bu dona salmaqdan onun məqsədi bir para qonşuları ilə hesablaşmaq imiş. Onu bu yola vadar edən onun qərəzi-şəxsisi imiş. Nəticədə ortalığa elə bir böhtan atılır ki, qəzet idarəsi üçün böyük bir məyusluq və peşmanlıq üz verir.
Oğru inəkAtı atın yanına bağlasalar, ya halını götürər, ya xasiyyətini.*Atalar sözü*
İki ərBu əhvalat ki, aşağıda rəvayət olunur, şayəd köhnəlmiş və çeynənmiş məsələlər qəbilindən nəzərə gələ; zira nikah və talaq söhbətləri gah hekayələrdə, gah məqalələr vasitəsilə bizim türk mətbuatında dəfələrlə yazılıb, oxunub və eşidilibdir. Və lakin o əhvalat ki, mən onun barəsində söhbət açmaq istəyirəm, zənn edirəm az-az ittifaq düşsün və bəhər hal xeyli maraqlı və eşitməlidir; o dərəcəyə kimi ki, indi, Oktyabr inqilabının on illiyinin müqabilində belə bir hadisə xariqüladə və ağla sığışmayan bir “nağıl” hesab oluna gərək. Və lakin həqiqətdir və bu həqiqətin şahidi həqir özüdür.O şəhər ki, bu əhvalat orada vaqe olub, Araz çayına yavıq Azərbaycan şəhərlərinin biridir. Və necə ki, dindar İran torpağının qonşusu, bu şəhərin əhalisi də iman əhllərindən bir zərrə qədərincə geri qalan deyillər: demək olar ki, əhalinin küllisi Allah-taala təyin etdiyi ibadət və rəyazətində bərqərar, nəmazi-yomiyyə öz vaxtında; hətta nafilə namazları və sairə sünnəti namazlarını cabəca edən müqəddəs bir camaatdırlar. Habelə ramazan ayının şəraitini təfsilatla yerinə yetirmək, həcc və ziyarəti-şühəda və mahi-məhərrəmül-həramda Kərbəla müsibətini layiqincə yad etməkdə birinciliyi qazanan müsəlmandırlar.