Əsarətdə
Böyük Şərq şəhərinin limanında yüzlərcə əcnəbi gəmisinə tələm-tələsik yük doldurub, yük boşaldırdılar...
Minlərcə çinli, koreyalı yapon və rus fəhləsi üzlərində gərginlik, gözləri qan-yaşla dolu halda əcnəbi mallarla yüklənmiş ağır tayları və yeşikləri çəkib gətirir, onları təngnəfəs eləyən yükün ağırlığı altında tövşüyə-tövşüyə nəfəs alırdılar... Parlaq, mehriban günəş hambalların açıq kürəklərini, sinələrini və əllərini yandırır, elə bil istəyirdi ki, yoxsul əməkçilərin göz yaşlarını və qan-tərini qurutsun.
Müxtəlif dillərdə eşidilən qışqırıq, söyüş və danışıq səsləri mavi körfəzi aşıb uzaqlara gedir, nəhayətsiz dəryada qərq olurdu. On minlərcə, gümrah, güclü, elə bil poladdan tökülmüş adamlar yük heyvanları, hüquqsuz qullar kimi hey işləyirdilər, amma nə dövlətlənirdilər, nə də xoşbəxt olurdular. Yatmaq üçün həsrin üstünə, yaxud quruca yerə uzanıb ağır-ağır zarıyır, keyimiş pəhləvan əllərinin və çox gəzib dolaşmaqdan sızlayan ayaqlarının qırışığını açırdılar...
Və limanda böyük-böyük işlər görüb bu on və yüz minlərlə pəhləvan gövdəli insanlara baxanda adama qəribə gəlir, adam inanmaq istəmir ki, onlar belə güclü, belə qabiliyyətli ola-ola niyə dilənçiliyə, aclığa və köləliyə yol verirlər!..
Necə imkan verirlər ki, onları döysünlər, dürtmələsinlər, iyrənc çirkin söyüşlərlə söysünlər? Onlar beşikdən ta məzara qədər aclığa, dilənçiliyə özlərindən böyük, tərbiyə görmüş, savadlı, tox və özündən razı qardaşlarının nifrətinə necə dözə bilirlər?
Və mən zəncirlərin cingiltisi altında hərəkət edən gəmilərin səsküyü altında, müxtəlif dildə danışan on minlərlə fəhlələrin uğultulu səsi altında kiminsə bütün binəsiblərə müraciət edən, ağrı və məhəbbətlə dolu gur səsini eşidirəm:
“Zavallı insanlar, zəhmət və əsarət övladları!.. Zinət içərisində ömür sürən və zəhmətdən azad olan böyük qardaşlarınızdan soruşun ki, onlardakı bu var-dövlət haradandır? Niyə onlar belə şən və özlərindən razıdırlar? Əgər onlar sizə cavab versələr, sizə desələr ki, onların bu var-dövləti və xoşbəxtliyi hardandı, o zaman bilərsiniz ki, sizin yoxsulluğunuz, müsibətiniz, əzablarınız, köləliyiniz və rüsvayçılığınız hardandı. Ancaq o zaman başa düşərsiniz ki, siz bir atanın və zəhmətin övladlarısınız. Müxtəlif dillərdə danışdığınızı unudub doğma qardaş kimi qucaqlaşar və gözlərinizdən müsibət və inciklik yaşları deyil, sevinc yaşları axıdarsınız... Və o zaman sizlərdən milyonları iftixarla deyə bilər: “Bütün bəşəriyyətin var-dövlətini yaradan biz zəhmət övladları ən gözəl həyat haqqına malikik... Biz min illər boyu özgələrinin xoşbəxtliyi, bir ovuc adamın xoşbəxtliyi üçün müsibət çəkmiş və qırılmışıq. İndi isə alçaldılmış və təhqir edilmiş bizlər istəyirik ki, əsirlik əzabımızı unudaq və parçalanmış xəstə ürəklərimizin yaralarını sevinc şəfəqləri ilə sağaldaq!”
Amma limandakı zəncirlərin cingiltisi və gəmilərin səs-küyü bu qüdrətli səsi hələ ki, boğur...
Qulu
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-esaretde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə gözəl gün! Nə səadətli gün! Bu gün ki, may ayının on yeddisi və şavval ayının biridir, ali bir gündür ki, bunun misli və manəndi az-az düçar olur.Bu gün eydi-fitrdir. Yəni oruc bayramıdır. Yəni mömin və oruc tutan və namaz qılan müsəlmanların müqəddəs bayramı və əziz gündür.
Teatr işləriYay gəldi, teatrlarımız bağlandı. Yaxşı da oldu bağlandı. Çünki müsəlmanları məsciddən və bir para yerdən avara qoyurdu. Amma deyirlər Tiflisdən “Akademik” dəstəsi Bakıya “Qastrola” gəlib. Bir neçələrini gördüm, istəyirdilər teatra getsinlər. Qoymadım getsinlər. Çünki dostumun birinin evində toy tədarükü var idi. Sən öləsən yeddi gecəni yatmadıq. Səhərə kimi vurduq. Bir də mən qanmıram hər şəhərin öz artisti olar, öz şəhərində də oynar. Hələ bu Tiflisdən bura gəlmək yəni çe? O da sizin hörmətiniz. Odur, Aşqabaddan Məkkəyə təşrif aparan Seyid Hüseyni nə cəlal ilə dərya kənarında qabaqlayıb, əllərini öpə-öpə, hacı-hacı ağaya gətirdilər. Başına nə qədər mömin cəm olmuşdu.Qardaş, bizə teatrdı, nə bilim maarifdi, mədəniyyətdi, nədi? Qardaş, lazım deyil, deyil, deyil. Zor deyil ki?
Rəşidül-məmalikİrandan Rusiya torpağına iki mötəbər qonaq gəlib: biri təqribən on il bundan qabaq Culfa yolu ilə Tiflisə varid olub, Qafqaz canişini Voronsov-Daşkovla görüşüb öpüşəndən sonra Qafqaz mədən sularına müalicəyə müşərrəf olubdur. O pəhlivanın adı Hacı Səməd xan Mərağayi Şücaüddövlədir ki, Nikolay hökumətinin İran Azərbaycanında sağ əli idi; həmin Hacı Səmədxan Rusiya konsullarının kölgəsində Rusiya qoşunlarının köməkliyi ilə yüzlərcə iranlı başı kəsdi və minlərcə günahsız əhalinin evini dağıtdı.O əjdahanın misli bu günlərdə Astara tərəfindən Bakıya varid oldu və çeka tərəfindən həbsxanaya göndərildi.
TicarətQədimül-əyyamdan ticarətin tərəqqisi İrandan başlanıb və onunçün də İran tacirlərinin qabağında hətta ingilis tacirləri də məəttəldirlər.Bu saat İran seçki ticarəti böyük meydan qazanmış. Bir buna təəccüb edirəm ki, Bakıda əyləşən İran tacirləri niyə vaxtlarını Bakıda zay edib Tehrana özlərini yetirmirlər ki, seçki yarmarkasında çox pullar qazansınlar.
Başqa şairlərin şeirləri
Çığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
SaldınQanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
İstəməzSevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməz