Ticarət
Qədimül-əyyamdan ticarətin tərəqqisi İrandan başlanıb və onunçün də İran tacirlərinin qabağında hətta ingilis tacirləri də məəttəldirlər.
Bu saat İran seçki ticarəti böyük meydan qazanmış. Bir buna təəccüb edirəm ki, Bakıda əyləşən İran tacirləri niyə vaxtlarını Bakıda zay edib Tehrana özlərini yetirmirlər ki, seçki yarmarkasında çox pullar qazansınlar.
Bu saat İranda qızğın seçkidir: məclisə millət vəkilləri seçilir. Ortalıqda çox pullar sərf olunur: İran pulu, Turan pulu, Firəngistan pulu, Bülucistan pulu, İngiltərə və Osmanlı pulu və qeyri pullar.
Bir hammala iki qran versən, onun rəyini alacaqsan. Belə-belə rəylərdən neçə min cəm edib və intixab komisyonundan tərifə alıb özünü verəcəksən vəkalət davası edənlərin yanına.
Kto bolşe?
Hər kəs çox versə, hammalların rəylərini o ağaya biri beş tümənə satacaqsan.
Bu qazancı nə İran tacirləri özləri görüb, nə onların babası. Elə vəkil bilirəm (100000 üssəltənə) ki, on beş tümən xərc qoyub və qoyduğu hədər yerə də getməyib; çünki intixab olunubdur.
Belə ticarəti heç sənin baban da görməyib.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 7 iyul 1923, №27
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-ticaret
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu ayın 12-də yazdığın məktubu oxuduğumda doğrusu bir növ xəcalət çəkdim. Çünki sən mənə kağızı hər dəfə fürsət düşəndə yazırsan. Amma mən yazmıram. Əvvəla, adət belədir ki, mən gərək deyəm ki, vaxtım yoxdur. Bəs onda sən də deyə bilərsən ki, əgər vaxtın yoxdursa, indi bəs niyə kağız yazmağa vaxt tapdın?Bununla bərabər, sən həmişə yadımdasan ki, səni və İsmayıl qardaşını həmişə könlüm istər və arzularam. Məndən İsmayıla dua yetir.
Həmidə! (10 noyabr 1930)Midhət artıq sənə yazmışdır ki, biz hacının evində sənin üçün otaq hazırlamışıq. Çox münasib otaqdır. Midhətlə fikirləşib bu qənaətə gəldik ki, qışda Şuşada sənə soyuq olar və darıxarsan. Bizim mənzilimiz isə darısqaldır. Odur ki, məsələni ancaq bu cür həll edə bildik. Çalışacağıq ki, burada rahatca dolanasan. Ona görə də yola düşməyə yığış və yaz görək Rzaquluya nə qədər borcun var. Yol pulunu və ona borcunu poçtla göndərərəm. Amma Şuşadakı yaylaq evi ilə tamam üzülüşmə, çünki yayda mütləq hamımız oraya gedəcəyik. Ağır şeyləri orada qoya bilərsən, bura heç nə gətirmək lazım deyil. Uşaqlar səni gözləyirlər.Cəlil
Uzaq Kislovodskdən mehriban Həmidəyə! (Kislovodsk, 10.12.1930)4 dekabr (1930)*Uzaq Kislovodskdən mehriban Həmidəyə salam göndərir və ona xeyir-dua eləyirəm ki, mənə vaxtında iki oğul bəxş etmişdir. Onların hər ikisi bu ağır günlərimdə mənim ağıllı köməkçilərim olmuşlar. Fevrala qədər birtəhər səbr elə, sənin üçün birtəhər Bakıya yola düşmək mənə dərd olub. Bilmirəm buna necə dözəcəyəm. Hələlik, sağ ol.
Mənim əzizlərim Həmidə, Münəvvər və Müzəffər! (Kislovodsk, 20 dekabr 1930)Məktubunuzu aldım, çox sağ olun. Noyabrın 18-də beynimin qan damarları tutuldu. Sol əlim və qıçlarım zəiflədi. Midhət bir neçə həkim və o cümlədən professor Amosovu çağırıb məni göstərdi. Midhət məni buraya qucağında gətirdi. İndi istirahət edirəm, sonra müalicə olunacağam. Evdə Midhət, Ənvər və Polina Afanasyevna növbə ilə yanımda oturub mənə baxırdılar. Tez-tez mənə məktub göndərib təzə xəbərlərdən yazın; ancaq siyasətdən yazmayın. Səhhətim artıq korlanmışdır.Həmidə, qoy Midhət sənin üçün Bakıda otaq tapsın və ora köç. Curnal bağlanarsa, yenə də bizim yanımıza köçüb, uşaqlarla birgə yaşarsan.
Başqa şairlərin şeirləri · Satira
Şairəm, əsrimin ayinəsiyəm,Məndə hər kəs görür öz qaş-gözünü;
Əl götürAy Baba, salma qalmağal, cövrü cəfadan əl götür!Dəng eləmə cəmaəti, cəbrü əzadan əl götür!
Əcaib əsərƏsər var ki, bilmirsən nə ad verəsən ona,Oxumaq mümkün deyil, min yol varaqlasan da.
Görün bu çərxi-dunpərvər nə növi ruzigar eylərGörün bu çərxi-dunpərvər nə növi ruzigar eylər,Çəkib ağuşuna hər naqisi kamil əyar eylər,