4 dekabr (1930)

Uzaq Kislovodskdən mehriban Həmidəyə salam göndərir və ona xeyir-dua eləyirəm ki, mənə vaxtında iki oğul bəxş etmişdir. Onların hər ikisi bu ağır günlərimdə mənim ağıllı köməkçilərim olmuşlar. Fevrala qədər birtəhər səbr elə, sənin üçün birtəhər Bakıya yola düşmək mənə dərd olub. Bilmirəm buna necə dözəcəyəm. Hələlik, sağ ol.

Cəlil


10 dekabr (1930)

Kislovodsk

Dekabrın 4-dən bəri havalar açılıb, gün çıxıb. Yavaş-yavaş qıvraqlaşıram. Amma qüssədən az qala ürəyim partlayır. Bu, yuxumu və yeməyimi də korlayır.

Hamınıza salam-dua. Bu gün bir neçə adamdan kağız almışam (Ənvər, Polina Afanasyevna, Əli Nəzmi).

Məhəmməd Sadığa əlahiddə kağız yazacağam. Curnalı aldım.

Salamat qal, əzizim.

Cəlil

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri