Hara düşüm?
Bir müşkül məsələyə rast gəlmişəm və hər kəsə də deyirəm, mənim kimi məəttəl qalır.
Azərbaycan kəndlərinə mənim tez-tez yolum düşür: qulluq işlərindən ötrü gah o kəndə gedirəm, gah bu kəndə gedirəm. Bunun eybi yoxdu; doğrudur, səfərin özünün əziyyəti var, amma səfası da az deyil.
Bir çətin iş burasındadır ki, bilmirəm hara düşüm?
Uzaqdan kəndə yavıqlaşanda qabaqca ikimərtəbəli ev görsənir; bu ev kəndin padşahının evidir.
Qıraq-bucaqdakı evlərin biri lüt Qurbanın evidir, biri dilənçi Zöhrənin evidir. Bunu da bilirəm ki, bu fəqir-füqəranın evində bir mətləb yoxdur: bir-iki caddan savayı yeməli bir şey tapılmaz – o da yetim balasının payıdır.
Amma mən gərək elə bir yerə düşəm ki, özüm də ac qalmayam, yanımdakı on iki nəfər atlılarım da ac qalmasın.
Daha burada bir özgə fikir lazım deyil; çünki ikimərtəbəli evə atımı sürüb yavuqlaşan kimi on iki kişi çıxıb atlarımızın cilovundan yapışır, on iki arvad da toyuq-cücələri pərən-pərən salıb elə bir çığırtı və hay-küy salırlar ki, adamın ruhu şad olur və yolun yorğunluğu o dəmdə yaddan çıxıb gedir.
Yarım saat çəkmir ki, samavar dəmdə, çolpa plov dəmdə, atlarımız da arpanı qovurqa kimi şirin-şirin xırtıldadırlar.
Yatıb yorğunluğumuzu alırıq və istəyirik yola düşüb gedək.
Bir şey xoşuma gəlmir: o yerdə ki, istəyirik atları minək, yola düşək – divarın dibində çönbələn kəndlilər dururlar ayağa, ikiqat baş yendirib deyirlər:
– Ağa, şikayətimiz var.
– Ay balam, kimdən?
– Ay ağa, haman ev sahibindən ki, siz indi onunla ayrılanda qucaqlaşdız.
– Nə, nədir şikayətin?
– Ağa, başına dolanım, haman kəndin padşahı dünən oğlunu göndərib həyətimizdə var-yox bir toyuq və bir xoruz var idi – tutub aparıb ki, sabah kəndə filan ağa qonaq gələcək.
Bir özgəsi də belə şikayət eləyir:
– Ağa, qurbanın olum, var-yox bircə inəyim var idi, südünü sağırdım, yetimlərə yavanlıq eləyirdim; haman kəndin padşahı inəyi aparıb qatıb pəyəsinə ki, sənin babavun mənim babama borcu var idi.
Qalan şikayətçilər də bu minval ilə.
Bu dəfə şikayətçiləri bir tövr başdan elədim, amma çətin iş burasındadır ki, əgər mən o şikayətlərə ədalət ilə baxsam, bir də mən bu kəndə gələndə hara düşüm?
Çətin iş burasındadır.
Lağlağı
“Yeni yol”, 8 iyul 1923, №21
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-hara-dusum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Uşaqlıqda mənim başımın hər yeri qırxılırdı, amma tamam kəlləmdə bir qədər tük qalırdı. Bunun adına kakil deyirlərdi. Mənim kakilim çox uzun idi. Bir də qulağıma qızıldan sırğa kimi bir şey taxmışdılar, adına heydəri deyirlərdi. Mənim anam nəzir eləmişdi ki, mən yeddi yaşa çatanda məni aparsınlar Bakıda Bibiheybətə, kakilimi orada qırxdırsınlar, heydərini də orada açsınlar… Bir gün qulağımda heydəri çıxmışdım küçə qapısına, gördim bir nəfər yekə oğlan gəldi əlində taxtadan yonulmuş bir at. Mənə dedi: “Ala bax, bağışlayıram sənə, gör nə yaxşı atdı!” Mən bunu görcək sevinə-sevinə atı aldım, o oğlan atı verdi əlimə, əlin uzatdı qulağımdan heydərini çıxartdı. Amma mənim heydəri nə vecimə gəlir. Çox şad əlimdə at getdim evə. Anam məni görcək dedi: “Adə, o at nədi?” Dedim: “Küçədə bir əmi verdi”. Dedi: “Vay başı daşdı, hanı heydərin?” Dedim: “Əmi apardı”. Anam qışqırdı, bağırdı, nənəm gəldi, xalam gəldi, bibimə adam getdi. Qərəz, bir qiyamət qopdu ki, gəl ki görəsən. Amma indiki kimi mənim yadımdadır ki, o küy-kələk, o qiylüqal heç mənim qulağıma girmirdi. Mən ancaq at ilə məşğul idim, onu oynadırdım. Vaqeən gərək də elə olaydı, çünki onda mənə oyuncaq lazım idi, iqruşka ilə şad olurdum. Bu qalsın burada.Əmiri-Əfğanıstan öz səyahətnaməsində yazır: Vəqta ki mən Əfğanıstandan qaçıb Əmiri-Buxaraya pənah apardım, Əmirin gözü mənim yanımda olan bir gözəl oğlana düşdü, istədi onu mənim əlimdən alsın. Bunun üstündə aramız pozuldu. Buxaradan getməli olduq. Mənim müqərriblərimdən dedilər ki, gedək Səmərqəndə, Rusa pənah aparaq. Mən dedim: Bu necə ola bilər: olar kafir, biz müsəlman? Dedilər: Doğrudur, rus kafirdir, amma müsəlmanlığın rəvacına bizdən artıq çalışır. Dedim: Necə? Dedilər: Səmərqəndi ki təzə alıb, orada car çəkdirib ki, hər kəs cümə namazına gəlmə sə iyirmi beş manat cəriməsi var.
XanımlarƏgər bir az diqqət ilə hesab eləsək, əgər statistik qanunu ilə qabağımıza şotka qoyub və əlimizə qələm götürüb yazaq, baxıb görərik ki, Qafqazda müsəlman cavanlarının hamısının tərbiyəsi rus evindən başlanır.Bir az da açıq danışaq.
Ərəb İzzət qaçmıyıbKöhnə idarə vaxtında Osmanlı türklərinin başına ən böyük bəla olanlardan biri də sultanın ən yaxın adamı olan Ərəb İzzət paşa idi.Bu zalım osmanlıların başında nə cür istərdisə oylə oynurdu. Hamı maarif əhlini zəhərli pəncələrilə sıxıb özünə qul, əsir eləmişdi.
Çırağİranda, xüsusən Tehranda bir qayda var: Bazarda hansı mətaın qiyməti dövlət tərəfindən ucuzlaşsa, bu məta satılan dükanda gündüz çırağ yandırarlar. Bir də görürsən ki, cəmi qəssab dükanlarında günün günorta çağında çırağ yanır, onda bilirsən ki, ət ucuzlaşıbdır. Ancaq nədənsə haman məta çırağ yandırılan gündən başlamış əvvəlki qiymətindən də bir qat bahalaşar, bəlkə əvvəlki bahalıq dönüb qəhətlik olur. Ondan ötrü ki, qəssab dükanında dəxi ət tapılmaz və əgər çörək ucuzlaşmış olsa çörəkçi dükanında dəxi çörək satılmaz. Bu cəhətə bizim yoldaşlardan bir nəfər bazardan keçəndə hər bir vaxt görürdü ki, bir dükanda çırağ yanır, qaçıb o çırağı püfləyib keçirdirdi və dükançıya deyirdi ki, “siz Allah, hər neçəyə satırsınız satın, razıyıq, ancaq çırağ yandırıb qəhətlik salmayın”.Gələk mətləb üstə. Bir neçə vaxt bundan irəli müsəlman ürəfa və danişməndləri Tiflis şəhərinə cəm olub, məhz Qafqaz müsəlmanlarının şan və heysiyyətini, abru və izzətini, dini-islamın şərəf və şövkətini mühafizə etmək üçün canişini – Qafqaza bir layihə pişnihad elədilər ki, Dumaya təqdim etsin və təvəqqə elədilər ki, o layihəyə əncam verilənə kimi Qafqazda şeyxülislam təyin olunmuyub dolandırıcı qoyulsun. Belə də oldu. Amma islam millətinin şan və şərafəti artmaq yerinə müsəlmanların olan-qalan abırları da millətlər içində gülünc bir hala qoyuldu. Bunun cəhətini yaxşı başa düşmüyən Tiflis müsəlmanlarının hər birindən soruşsa öyrənə bilər. Xülasə, sözüm burasında idi ki, bizim ürəfamız istədilər ki, iradeyiruhaniyyəmizdə çırağ yandırsınlar, amma indi mənim rəfiqələrimdən biri həmişə idareyi – ruhaniyyənin qabağından keçib haman çırağı görəndə qaçıb o çırağı püflüyb keçirdir və deyir: “Siz Allah, hər neçəyə əti və çörəfi satırsınız satın, amma çırağ yandırıb vilayətimizə şeyxülislam qəhətliyi salmıyın”.
Başqa şairlərin şeirləri · Satira
Axtarasan bu dünyanı hər tərəf,Olmaz özümtək hələ bir bişərəf.
Nə xabi-qəflətdi divanə könülMirzə Fətəliyə*Nə xabi-qəflətdi, divanə könül,
Ramazan ayı qurtardıBitmiş ramazan, bərhəm olur məclisi-ehsan,Nəqdin verərək, nisyə behişt aldı müsəlman,
Teatr tənqidiYeni tamaşa gedir səhnəmizdə, çox gözəl,Məqaləsi yazılıb əsərdən xeyli əvvəl: