Allaha şükür, hamımız yaxşıyıq. Uşaqlar lap yaxşıdırlar. Müzəffər də tez-tez bizə gəlir. Ancaq hamımız sənin üçün darıxırıq.

Tiflis elə yaxşıdır ki... Havalar lap yaz havasıdır. İşlərini qurtar, gürcüləri burax, oranı bir adama tapşırıb gəl.

Dərmanı dünən poçtla göndərdim. Kağızını Belorezskiyə oxudum, məsləhət görür ki, hətta Ələsgər bəyin borcunun da bir hissəsini verməyəsən.

Bizdə elə bir təzə əhvalat yoxdur. Sənə rus qəzetləri göndərdim. İrandakı hadisələrdən və başqa əhvalatlardan xəbərdar olarsan. Mən yenə jurnalla məşğulam.

Ələkbər necədir? Haçan gələcək? Mina üçün haçan pul göndərəcəksən? Gözləyir. Bu gün Midhəti çimdirəcəyik.

Başım ağrıyırdı. Həkimə getdim. Sən demə, qan təzyiqimdən imiş. Dərman verdi (toz halında yod). Məxləs, bilmirəm mənim başıma nə oldu axı? 17 nömrəli Yesentuki də içirəm.

Xudahafiz.

Qurtar, gəl. Özünü gözlə.

İbiş bəyə salam.

Cəlil

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Həmidə! (14 iyul 1911)

İki gündür Xankəndindəyəm. Sənin teleqramın dörd gün Məmmədəlidə qalıb. Srağa gün Xankəndinə gəlib aldım və dünən Ələkbərə göndərdim.Bu gün balaca Ənvərin mədəsi yenə xarablayıb. Uşaqlar sağ-salamatdırlar. 5 – 6 gündən sora mən Tiflisdə olmalıyam. Bilmirəm gəlmək fikrin var, ya yox. Xala Kislovodskdadır və ünvanını yazıb göstərməyib, odur ki, sənə yenə Yesentukiyə yazıram. Yevlaxdan Xankəndinə avtomobil işləyir, Şuşaya 10 manata aparırlar. Sən avtomobillə Ağ körpüyə qədər gəl, oradan bizə xəbər göndər, dalınca gələk. Belə yaxşı olar, yoxsa fayton tapmarıq sənin dalınca göndərək, qazalağımızı isə yabılar oraya gətirib çıxara bilməzlər.

1 dəq
Məmmədəli! (23 avqust 1911)

Bu gün zakaznoy kağız içində 50 manatlıq çek göndərdim. Kağızı tez al və pulu al haman bankdan Bıxovun 50 manatlıq vekselini çıxart, saxla. Təfsili haman kağızdadır.Cəlil

1 dəq
Əzizim Məmmədəli! (1911)

Bu gün Səmədovlara tel vurdum, sənə 50 manat versin. Jurnal gəlmir, bilmirəm niyə?Evdən və uşaqlardan muğayat ol.

1 dəq
Əzizim Həmidə! (1 fevral 1912)

Mən işlər barədə səninlə müfəssəl danışmaq istərdim, lakin indi bu kağızın verdiyi imkan dairəsində bir neçə söz deyəcəyəm.Birincisi, Dövlət bankı sənin üçün üç min manat kredit açıb. Hüseynbəyov (hesab komitəsinin üzvü) məsləhət görür ki, sən, heç olmazsa, qonşu mülkədarlardan veksellər alasan. O, söz verir ki, sənin heç olmazsa İbiş bəy, yaxud İbiş bəy kimi başqa bir bəy, ya da Hindarx tacirləri tərəfindən imzalanmış veksellərini buraxdırsın. Əlbəttə, sən onlara iltizamnamə verə bilərsən ki, bu veksellərin pulunu sən özün ödəyəcəksən (ona görə ki, onlar miras haqqında narahat olmasınlar). Mən sənə reyestrli dörd veksel göndərirəm. Veksellərdə (arxa tərəfdə) sən öz adını, familiyanı, yəni “Həmidə xanım Cavanşir-Məmmədquluzadə” yazacaqsan. Mətnin altında isə İbiş bəy, yaxud bir başqası (yuxarıda dediyim kimi) öz ad və familiyasını yazacaqdır. Reyestrdə də sən öz adını və ikimərtəbəli familiyanı yazıb, vekselləri və reyestrin birini mənə göndərəcəksən. Mən K. bankının reyestrini də sənə göndərmişdim. Onu da qırmızı xaç işarəsi qoyulan yerdə imzalayıb göndər, reyestrin qalan bəndlərini mən özüm dolduraram. Çalış 500 manatlıq bir veksel göndərəsən, çünki, fevralın 15-də Bıxovun 300 manatlıq, fevralın 20-də isə 200 manatlıq vekselinin vaxtıdır.

2 dəq

Başqa şairlərin şeirləri