Həmidə! (14 iyul 1911)
İki gündür Xankəndindəyəm. Sənin teleqramın dörd gün Məmmədəlidə qalıb. Srağa gün Xankəndinə gəlib aldım və dünən Ələkbərə göndərdim.
Bu gün balaca Ənvərin mədəsi yenə xarablayıb. Uşaqlar sağ-salamatdırlar. 5 – 6 gündən sora mən Tiflisdə olmalıyam. Bilmirəm gəlmək fikrin var, ya yox. Xala Kislovodskdadır və ünvanını yazıb göstərməyib, odur ki, sənə yenə Yesentukiyə yazıram. Yevlaxdan Xankəndinə avtomobil işləyir, Şuşaya 10 manata aparırlar. Sən avtomobillə Ağ körpüyə qədər gəl, oradan bizə xəbər göndər, dalınca gələk. Belə yaxşı olar, yoxsa fayton tapmarıq sənin dalınca göndərək, qazalağımızı isə yabılar oraya gətirib çıxara bilməzlər.
Hələlik.
Ev-eşikdə işlər yaxşıdır.
Cəlil
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-hemide-14-iyul-1911
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İnsan bir yerdə nə qədər vaxt qalıb oradan uzaq düşəndən sonra genə haman qabaqca qaldığı yeri çox dost tutur və özü üçün vətən kimi bir şey hesab edir.Tiflisdə bir vaxt İran konsulu və indi İstambulda İran səfiri – kəbiri prins Mirzə Rza xan Ərfəüddövlə həzrətlərinin dünyada heç bir kəsə o qədər məhəbbəti yoxdur, nə qədər ki, Qafqaz müsəlmanlarına vardır. O gündən ki, Qafqaz müsəlmanları şeyxülislamsız qalıblar, cənab prins bu fikirdə olub ki, Qafqaz şeyxülislamlığına elə bir zat təyin olunsun ki, onun qeyrəti və hümməti sayəsində Qafqaz müsəlmanları xoşbəxt olsunlar.
Əyyami-mahMüsəlmanların qeyri millətlərə nisbət dalda qalmaqlarının, əlbəttə, bir səbəbi var. Hər kəs nə deyir desin, amma mənim əqidəmcə bunun səbəbi tək bircədir ki, aşağıda ərz olunur.Biz müsəlmanlar indiyədək günlərin səadətini və nühusətini istəməmişik mülahizə eləyək və ayın əvvəlindən ta otuzunadək başımızı salırıq aşağa və dünya işlərinə məşğul oluruq və halonki bizim üləmamız keçmiş vaxtlarda bu barədə neçə cild kitablar yazıblar və hər bir günün xoş olmağını, ya nəhs olmağını təyin ediblər ki, mömün bəndələr hər vaxt agah olub pişvaların nəsihətinə mütabiət eləsinlər. İndi, məsələn, rəməzan ayı yavıqlaşır və müsəlmanın boynuna nə qədər təkliflər gəlir; amma sən fikrini verirsən, nə bilim, Krit məsələsinə, sən məşğulsan Tehranın politikasına, Qafqazda təzə Zemstvo idarəsinə, məktəb işlərinə, maarif və mətbuata. Amma bircə bunu xəyalına gətirmirsən ki, hər ayın bir günü var, hər günün bir xasiyyəti var və hər gündə nə işə məşğul olmağı xudayi-taala bizə göstərib. Dəxi nə deyirsən, sözün nədir, niyə qafil olursan?
KüpəBizim şeyxin qırx səkkiz arvadı varMolla Nəsrəddin heç vaxt yalan söz danışmayıb və danışmaz. Bəlkə də qırx səkkiz olmaya, otuz səkkiz ola, otuz ola – söz burada deyil, söz buradadır ki, bizim şeyxin hər kənddə iki arvadı var.
AhənrübaAhənrüba – yunanca miqnatis, rusca maqnit; bu bir cövhərdir ki, dəmiri cəlb edir, yəni özünə tərəf çəkir.Təmsil gətirsək – dəxi də açıq söyləmiş olarıq:
Başqa şairlərin şeirləri
Nazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Xəbər verBadi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,