Gələcək
Hərdənbir kənardan durub baxanda mən bir belə şey görürəm, görürəm ki, Qafqazda bir az rusca oxumuş müsəlmanlarımız həmişə rusca yazı-pozu eləyirlər. Əvvəl adam elə bilir ki, bunlar müsəlmanca oxumayıblar; sonra baxıb görürsən ki, çox əcəb oxuyublar, bəlkə on il dərs oxuyublar.
Hər kəs istəyir ki, mənim yalanımı tutsun, təvəqqə edirəm bu yazdığıma yaxşı diqqət eləsin; əgər diqqət eləməsə, dəxi ixtiyarı yoxdur mənə yalançı desin.
Hər nə qədər rus darülfünunu qurtaran müsəlman var, -bunların hamısı rusca yazı-pozu eləyirlər və analarına da kağız yazanda rusca yazırlar. Hələ bunlarnan işim yoxdur; çünki bunların rus dərsləri müsəlman dərslərindən çoxdur və rusca yazıb-pozmağa artıq adət eləyiblər, nəinki müsəlmanca yazıb-pozmağa. Orta rus məktəblərini qurtaranlar və cəmi müəllimlər rusca yazıb-oxuyurlar; müsəlmanca savadı olmayanlar da, müsəlmanca on beş il oxumuşlar da. Hətta türk dilinin müəllimi, hər gah bir üç il rusca oxuyubsa, yoldaşına rusca kağız yazır.
Xülasə, on il müsəlman dərsi və üçcə il rus dərsi oxuyan müsəlmanlar bir-birinə rusca kağız yazırlar.
Bir otaqda ya qiraətxanada stol üstə iki qəzet qoyaq: biri türk və biri rus qəzeti. Buraya əgər bir müsəlman daxil ola və o müsəlman rusca da o qədər oxumuş ola ki, türkcə oxuyub, – əvvəl rus qəzetini götürüb baxacaq ki, görsün nə təzə xəbər var. Əgər bu otağa bir müsəlman girə ki, beş il rusca və yeddi-səkkiz il müsəlmanca oxuyub, – yenə qabaqca rus qəzetini oxuyacaq.
Hələ mən kitab oxumağı demirəm ki, rusca və müsəlmanca bərabər savadlı müsəlmanlarımız ildə yüz dəfə rus kitabı əllərinə alıb oxuyanda, bəlkə bircə dəfə müsəlman kitabını açalar, amma açanda da heç kitabın və yazanın adını tapmayıb “eh”-deyib kitabı qoyurlar yerə və başlayırlar papiros və spiçka axtarmağa.
Heç kəs xəyal eləməsin ki, mən bu cür cavanlarımızı günahkar eləmək istəyirəm.
Dünyada hər iş öz qaydasınca gedir, suyu tökəndə çuxur yerə axır, çörək görəndə acın ağzı sulanır və isti olanda qar əriyir; qışın soyuğunda da adam istəyir girsin isti kürsüyə və yorğanı çəksin başına, bir az da yorğun olan adamı yuxu tutur.
Ruslar deyir: “məhəbbət zornan olmaz”.
Mənim üçün indi hər nə xoşdur, rahatdır və asandır, -onu eləyirəm.
Həyə ermənilər, gürcülər, ruslar, polyaklar və qeyrilər bizə görə öz dillərini və yazılarını çox işlədirlər, bu ondan ötrü deyil ki, onlar bu barədə bizdən mütəəssib və qeyrətlidirlər. Doğrudur, bizim içimizdə hələ indi də çox “yarımçıqlar” var ki, rusca danışanda bir o tərəfə-bu tərəfə baxır görsün ki, hansı bir həmşəri və hambal buna təəccüblü baxıb öz könlündə deyəcək: “ədə nə zalımdır!”.
Amma bununla bərabər bu gördüklərimizin ümdə, ümdə və ümdə səbəbi budur ki, müsəlmanca yazıb-oxumaq çətindir; bu çətinlik azsavadlı müsəlmanları savadsız eləyir və çox savadlıları da yorur.
Hacı, məşədi və kərbəlayı oxucularımızdan təvəqqə edirik ki, bizi bağışlasınlar. Bu yazdığımızın onlara dəxli yoxdur. Nə qədər ki, onlar rus yazısına aşna deyillər, dəxi dünyada mənim xəyalıma bir əlac gəlmir ki, onlar bu yazdıqlarımı başa düşsünlər.
Niyə müsəlman qəzetləri az oxunur? Niyə bütün Qafqazda ildə iki müsəlman kitabı çapdan çıxanda kitab sahibləri qışda hamısını peçə basıb alışıq eləyir? Məgər bunlar zarafatdır?
Qafqazda “Tərəqqi”, “Təzə həyat” və “Molla Nəsrəddin”in altıyeddi mindən artıq oxucusu yoxdur.
Amma həmin Qafqazda həmin müsəlmanların içində yeddi mindən çox artıq rus qəzeti oxuyan cavanlarımız var. On ildən sonra müsəlmanca oxuyanların yenə bir qədəri əksilib, rusca oxuyanlar beş o qədər olar. Otuz ildən sonra həmçinin. Bir vaxt olar ki, heç kəs qəzet axtaranda və Balkan işlərindən təzə bir xəbər bilmək istəyəndə razı olmaz ki, əlifi lama çalıb və mimi nuna çalıb cimlərin qarnına girən nöqtələri çıxardıb qoysun yerinə və şinin nöqtələrini çıraq işığına axtarsın, axtarsın, sonra görsün ki, mətbəədə qırılıb düşüblər yerə.
Bəli, otuz il bundan sonra belə olacaq! Şərt bu deyil ki, ancaq bu günkü günün əhvalatını xəbər vermək; şərt budur ki, gələcəkdən də bir söz söyləmək.
Tutaq ki, bu gün yağış yağır, amma nə eybi var, bunu da axtaraq ki, sabah nə olacaq?
Tutaq ki, Şuşada bu gün Əbdürrəhim ağa və Molla Şükür əmi hərəsi bir məscidi sahiblənib deyirlər ki, ata-babamızdan qalıb.
Tutaq ki, Gəncədə Mirbağır ağa hər gün məsciddə üzünü övrətlərə tutub mütənin fərayizindən danışır. Amma axır bir görək sabah nə olacaq?!.
Nə eybi var ki, bir “gələcəyə” də əl uzadaq?
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 3 noyabr 1908, №44
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-gelecek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu gün mən eşitdim ki, italyanlar Tripolidə osmanlılara basılmaqlarının əvəzini çıxartmaqdan ötrü o qədər günahsız ərəb uşağı qırırlar ki, frəng qəzetləri bu qırğının adını qoyublar “Qan hamamı”.A kişi, Allah xatirinə, başımı ağrıtma, mənim öz dərdim özümə bəsdir. Sən görürsən ki, mənim evim yıxılıb, belim qırılıb, mənim Seyid Məhəmməd ağa kimi ağam əlimdən gedib. Sən hələ mənə deyirsən ki, nə bilim, italyanlar osmanlı və ərəb qanı ilə hamamlar qayırıblar. Sən deyirsən ki, Avropa şəhərlərində sosialist firqələri mitinqlər əmələ gətirib, nitqlər söyləyirlər, italyanlara nifrət eləyirlər və hökumətlərinə ariz olurlar ki, vəhşi italyanların namərdliklərinə sədd çəkilsin. Sən deyirsən ki, Praqa şəhərində indi neçə min çex milləti ki, özləri də katolik məzhəbində ola-ola, bir yerə cəm olub, osmanlılara mərhəba, italyanlara min lənət göndəriblər. Mən də deyirəm ki, bizim Qafqaz müsəlmanlarına dolaşma. Sənin xəbərin yoxdur ki, bir nəfər Seyid Məhəmməd dari-fənadan dari-bəqaya rehlət buyuranda nə qədər hammal, qəssab, dəllək, mismarçı, qatıqçı, qatırcı ağanın həyətinə yığışırlar. Bitli molla küçədən cındırlı uşaqları yığıb, hərəsinin əlinə bir şaqqıldaqlı baydaq verib; əztərəfi-digər “Müzəffəri-məktəbi” bağlanıb, keçəl, bitli uşaqlar ağlaya-ağlaya və başlarına vura-vura gəlirlər ağanın həyətinə. Əz yek tərəf molla xoruzulla və ağanın həmşəhriləri qaçıb məsciddən Qasim otağını bəzəyib gətirdilər; küçədə su boçkaları hazır. Qərəz nə başını ağrıdım, iki palan camaat ilə ləbaləb. Əli kəsik dərviş bir yanda, molla qarpızəli bir yanda, sair dərvişlər bir yanda. Neçə yerdə camaat toplaşıb, mərsiyəyə ağlaşırlar, tainki Qasim otağı hazır oldu, nəşi-mübarəki həyətdən çıxarıb, mollalar düşdü qabağa və başladılar quran oxumağa. Daldan şkol uşaqları müdirin sərkərdəliyi ilə və camaat növhə deyə-deyə, sinə vura-vura cənazəni gətirdilər Təkə meydanına (sən axmaq hələ İtaliya və Osmanlıdan danışırsan), haman Təkə meydanına ki, türkmənlər orada at, eşşək, dəvə və flan bağlayırlar. At-eşşəkləri açıb buraxdılar bir yana, nəşi qoydular onların yerinə və başladılar haman müqəddəs yerdə namazı (mən ölüm ürəyini sıxma).
FındıqKeçən vaxtlarda bu barədə yazmışıq, necə ki, məsələn, iki uşaq güləşirmiş, biri o birini basıb, basılan özünü sındırmamaqdan ötrü cəld durub ayağa və yalandan xəbər verib ki: “bay bir fındıq tapdım”.Dava qanunlarının içində biri də budur ki, bir hökumət dava edib, bir qeyri torpağı ələ gətirəndə bir gün rəsmi surətdə qeyri hökumətlərə məlum edir ki, “mən flan torpağı bu gündən daxil elədim öz məmləkətimə”
KeflənməkDoxsan ikinci ildə vəba naxoşluğundan camaat qorxuşanda həkimlər keflənməyi məsləhət bilirdilər; elə, doğrudan da, mən görürdüm ki, çaxır ya araq içib keflənənlər kefləri kök, damaqları çağ gəzirdilər və küçələrdə düşüb qalan ölüləri görüb nə qorxurdular, nə qüssə eləyirdilər. Hər kəs ki, istəyir fikir eləməsin, keflənsin.Keflənmək – canqurtarandır. Onunçün İrəvanın cavan xanları səhərdən-axşama kimi və axşamdan da səhərə kimi çaxır içib keflənirlər. Bunların keflənməyinin mənası var; bunlar keflənirlər ki, seyid Məhəmmədağanın yerinə şeyx Fəzlullahi-saninin təyin olunmağını özlərinə dərd eləməsinlər; odur ki, iki xan bir yerdə olanda gərək butulkalar düzülələr ortalığa və bu səbəbdən ruslar meyxanaya “Duxan” deyirlər, yəni farsca “iki xan”
TəsəlliBir dərd var ki, yerə-göyə sığışmayan, ürək yandıran, insanı vərəmlədən, səbr və təskinlik bilməyən; məsələn, birinin əziz bir övladı əlindən gedə!…Amma elə də olur ki, birisinin başına bir müsibət gələndə, yenə bir yandan bir qəlb təskinliyi olur: əgər sənin elə bir övladın var idi ki, səni də, qonşularını da təngə gətirmişdi, əgər sənin elə bir qardaşın əlindən gedib ki, həmişə ona baxanda utanardın; əgər sənin elə bir qohum və yavıq adamın vəfat edib ki, sənin üçün həmişə xəcalətlik mayəsi idi, – sən belə bir fövtü dərd edəndə, sənə deyəcəklər ki, “a balam, çox da qüssə eləmə, o başı küllünün dünyada yaşamağı sənin üçün onsuz da bir dərd və bəla idi. Dəxi təsəlli tap, dəxi çox ağlama!”.
Başqa şairlərin şeirləri · Satira
Ey vay ki, heysiyyəti-millət götürüldü!Millətdə olan büsbütün adət götürüldü!
Knyaz Xasay Usmiyev haqqında həcvRəhim bəy Uğurlubəyova*Rəhima, cövr edir hər dəm mənə bir naqolay knyaz,
EhsanlarımızSəndən, ay Kirpi dayı, var yeni bir xahişimizSən əgər mərhəmət etsən, düzələr hər işimiz.
Şüğl edən surətdə ruhani danos şeytanlığıŞüğl edən surətda ruhani danos şeytanlığı,Pəndü vəzindən onun olmaz mənafe gözləmək.