Xəbərdarlıq
Biz qəzetlərdə neçə dəfə oxumuşuq ki, Sultan Əbdülhəmid əl altından gecə və gündüz çalışır cavan türklərin başını bir tövr qarışdırsın və məşrutəni pozsun. Biz bu xəbərləri eşidə-eşidə genə dinməməkdə durmuşuq. Əvvəla, ondan ötrü ki, deyirdik bəlkə qəzetlər yalandan yazırlar, necə ki, Danabaş kəndində həmişə deyirlər ki, qəzetənin peşəsi yalan yazmaqdır və bir də ondan ötrü dinmirik ki, dəxi Cabbar Cığafovu və sultanın qeyri gədalarını özümüzdən incitmiyək.
Amma indi bu xəbər gəldikcə yoğunluyur. İndi cəmi qəzetələr lap açıq-açığına yazırlar ki, indiki politika məsələlərini qalxızan sultan özüdür ki, məşrutəçilərin başını qatıb dava bəhanəsi ilə qoşunu alsın öz ixtiyarına və bildiyini eləsin. Hələ bunu da yazırlar ki, sultan Bolğariya hökumətinə xəlvətcə bir kağız yazmış imiş ki, əgər o kağız gedib yerinə çatsaydı, Osmanlı məşrutəsinə böyük sədəmə toxunacaq idi. Amma cavan türklər xəbərdar olub haman kağızı ələ gətiriblər.
Sultanın xəyanətini yəqin eliyəndən sonra jon türklər qərar qoyublar fürsət düşən kimi Əbdülhəmidi taxtdan yendirsinlər.
Bunun yazmaqda məqsədimiz sultan Əbdülhəmidin dostlarını xəbərdar eləməkdir ki, işdən hali olub bildiklərini eləsinlər. Yoxsa iş işdən keçəndən sonra dəxi bir şey eləmək olmaz.
Cırcırama
“Molla Nəsrəddin”, 3 noyabr 1908, №44
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-xeberdarliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şeytan, şeytan, şeytan…Müsəlman ömründə bir qədəm qoya bilmir, heç bir işə yapışa bilmir ki, orada şeytan olmasın. Dünyanın heç bir nöqtəsində, heç bir tayfa arasında şeytan o qədər modda deyil ki, biz müsəlmanların arasındadır. Hər bir işdə, hər bir məqamda, məscid və minbərdən başlamış – evlərimizə, küçələrimizədək öz qəlblərimizi şeytanın adı ilə doldurmuşuq.
Müsəlman adlarıBu yazdığım mətləbi ancaq müsəlman qəzetxanalarında işləyən adamlar başa düşə bilər-özgələr başa düşməzlər.Görürsən ki, idarəyə bir belə kağız gəldi: “Molla Nəsrəddin” idarəsinə 21 qəpiklik marka göndərdim və təvəqqə edirəm ki, mənim jurnalımı dəxi İrəvana göndərməyəsiniz, göndərəsiniz Naxçıvana ərtərəfi müştəri Məşədi Qasım Hacı Pirverdi oğlu”.
HümayunQəzetələrdə oxuduq ki, təzə təyin olunmuş İrəvan konsulu Ağayi-Zəhir Hümayuni İrəvanda İran əhli çoxdan gözlüyürmişlər və oxuduq ki, konsul cənablarının pişvasına hədsiz adam çıxıb. Oxuduq ki, indiyədək heç bir konsul bu cəlal ilə şəhərə varid olmuyub.Bunu da oxuduq ki, konsul cənabları dünyada bir elm qalmıyıb ki, oxumamış olsun. Bombeydə ingilis dilini mükəmməl təhsil edib, rus dilini necə ki, lazımdır bilir, məktəbin aşiqidir və millətin məşuqidir, dəxi nələr, nələr və nələr. “İsmi-şan Mirəlixan, ləqəbi-şan Zəhiri-Hümayun, rütbeyi-əmirpənci daştə və sahibmənsəbi-nizami həstənd, filan və filan”. Bunların hamısını oxuduq. Amma bircə bu yaddan çıxıb yazılmıyıb ki, “bari təala hüsnra bədəh cüzvei-qismət fərmudə əzon cümlə yeki cüzvei-betəmam ələmiyan dadə və noh cüzvei-digər nuri-cəmal və pirayeyi-kəmal ağayi-Zəhiri Hümayun saxt və ərbabisənaəti-nücum güyənd ki, talei-fərxəndeyi-on vücudi-sərətan bud afitad dər tale və Ütarid dər düvvüm və Zühəl və Qəmər dər nöhhüm və Mərrix dər yazdəhüm və Müştəri və Zöhrə dər dəvazdəhhüm lacərəm dər ğayət cəmal və nəhayət, kəmal üftadə, dər hüsnü məlahət nəzir və həmta nədaşt… “.
Lal oyunuAllah bir para pis adamların ömründən kəsib qoysun cənab Levitskinin ömrünün üstünə. Kişi bir elə yadigar qoyubdur ki, hər kəsin yadına düşəndə ona min rəhmət oxuyacaq.“Lal oyunu” üsulu ilə dərs vermək qaydası axırda Şamaxıya da gedib çıxdı.
Başqa şairlərin şeirləri · Satira
“Mus-Mus!” deyə, axır Rza xan Mustafalaşdı,Gizlin bəzənib çıxdı üzə, maskasın açdı;
Deyirsən ki...Deyirsən ki, “mənimçin dosttək düzəlt bu işi,Xəcalətli qalmaram, axı, kişiyəm, kişi”.
Bu əhldən mehribanlıq görmədimİsmayıl bəy Qutqaşınlıya*Bu əhldən mehribanlıq görəmdim,
Çəpər çəkməsinZəmanəmiz Nuşirəvan əsridir,De bağbana, bağa çəpər çəkməsin!