Göyçayda maarif əfəndiləri
İki vəqəə bir-birinə təsadüf etdi. Biri Moskvada Şərq qadınları arasında çalışmağa qüvvət vermək qərarı, ikinci Göyçayda, İsmayıllı dairəsində, Məcan kəndində qadınlar güşəsinin candan düşməyi, buna da səbəb güşə müdirəsinin maarif əfəndilərinə ərzi-ixlas etməyi bacarmamağıdır ki, nəticədə müdirə öz vəzifəsini buraxıb, cıxıb getdi. Qız məktəbi qapandı. Qadınlar güşəsinin də indi adı var, özü yoxdur.
Bu özü təbii bir haldır. Göyçay maarifi iyirmi səkkiz müəllimin əlindədir. Bunların iyirmi nəfəri həmən sabiq əfəndilərdəndir ki, indi çoxları familiyalarını dəyişibdir. Bu əfəndilər hamısı zəncir halqaları kimi bir-birinə bağlıdır.
Bir əfəndi maarif müfəttişidir. Bir əfəndi onun yeznəsidir ki, maarif müvəkkili vəzifəsini daşıyır. Qeyri əfəndilər də, biri dairə məktəbləri müdiri, biri məktəb müdiri, biri müəllim.
Müfəttiş əfəndi mərkəzdən dairə məktəb müdirinə telefon ilə xəbər verir ki, “Hazır ol, gəlirəm təftişə”.
Burada təhiyyə və tədarük başlanır. İçki, muğlu və qeyrə. Lakin təftiş məktəb müdiri əfəndinin az mənzində əmələ gəlir ki, burada başda maarif müdiri özü də hazır olur. Dərslərdə ki, öz qaydasınca iki növbədə qələmə verilir. Hərçənd bir para böhtançılar dərsləri bir növbədən də alçaq dərəcədə tuturlar. (Çünki müəllimlərin bir çoxu özləri də məktəb görməmişdilər. )
Lakin zənn edirəm, bunların heç eybi yoxdur. Çünki hər necə olmuş olsa, axırda yenə bir gözəl nəticə hasil olur. Belə ki, müdirlərin ailələri yay zamanı gözəl yaylaqlarda müəllimlərə qonaq olub, vaxt keçirirlər. Gözəl sular, çəmənlər, qaymaq və qatıq.
Eybi yoxdur. Bu özü də elə qadın məsələsinə daxildir.
Cırcırama
“Molla Nəsrəddin”, 29 yanvar 1927-ci il, №5
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-goycayda-maarif-efendileri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xudavəndi-aləmin varlığına şəkk gətirmək barəsində biçarə kommunistlərin adı o qədər “bədnam” olubdur ki, indi bir kəsə söyləsən ki, hələ kommunistlərdən də çox qabaq zamanlarda cənab Allahı dananlar var imiş, çoxları ola bilər ki, bu sözə inanmaya. Amma əgər tarix kitablarını bir yüngülcə vərəqləsək, baxıb görəcəyik ki, Allahın varlığını inkar eləmək üstə çox-çox alimlər və filosoflar edam cəzası ilə cəzalanıblar. Doğrudur, öz fənni kəşfiyyatı ilə üluhiyyata ən güclü zərbə yetirən Darvin, nə tövr oldusa, öz əcəli ilə bu dünyadan getdi; amma o qədər ki, onun və onun müridlərinin başına müsibətlər gəlibdir, – onu burada yazmaqla qurtarmaq olmaz.Qəribə burasıdır ki, Allahsız Darvinə hücum edənlər bir tərəfdən mütəəssib xristian papaları və fazil ruhaniləri və o biri tərəfdən də hökumətlərin baş məmurları və sansorları olubdur və bunun səbəbi budur ki, – necə məlumdur – Allahın kölgəsi əgər bir anda ortalıqdan götürülsə, dünyada fənaya gedən də ancaq ruhani silsiləsi ilə padşahlar olacaqdır; onunçün də Rusiyada axırıncı padşahın sağ müqərriblərindən beççəbaz məşhur knyaz Meşşerski Rusiyada darvinizmin cani bir düşməni hesab olunurdu.
Əfqan padşahıBu saat demək olar ki, dünyanın cəmi qəzetləri əfqan padşahı həzrətlərinin səyahətindən danışmaqdadırlar. Onunçün də biz qeyri qəzetlərdən bu barədə geridə durmağa bir səbəb tapmadıq və əgər sözün düzünü axtarsan, o qədər ki, Molla Nəsrəddin əminin keçmiş zamanlarda şahlarla və soltanlarla söhbəti olubdur, bəlkə qeyri qəzetlərin o qədər olmayıbdır; onunçün biz özümüzü danışmağa haqlı bilib keçirik söhbətimizə.Söhbətimiz müxtəsər olacaqdır. Sözümüz ikicə məsələdən ibarətdir: birincisi, padşah həzrəti-aliləri bizim məmləkətə xoş gəlibdir və səfa gətiribdir və Molla əmi buna əmindir ki, əziz qonağımız ölkəmizdə hər nə görüb və eşidibdir – cümləsini sidqi-dildən təsdiq edib bəyənibdir; necə ki, padşah özü və onun vüzərası bunu qəzetlərdə dəfələrlə iqrar edirlər. Belə olanda, biz ümidvar oluruq ki, həzrət padşah vətəninə təşrif aparandan sonra Şuralar İttifaqında müşahidə etdikləri cəmi qanun və qaydaları inşallah öz məmləkəti olan Əfqanıstanda icra etməyə qəti və əbədi surətdə fərman buyuracaqdır.
Qurban bayramı və quldur yığıncağı“Şəki fəhləsi” qəzetinin 17 may tarixli 33-cü nömrəsində dərc olunan “Əczaxana quldurları” rəvayətini biz, sözün doğrusu, bimövqe hesab edirik. Səbəbi də budur ki, hər bir əziz gündə giley-güzar eləməyin heç bir ləzzəti yoxdur. Hər bir giley-güzarı sən ortalığa gətirməkdən sənin, əlbəttə, məqsədin budur ki, camaatı mütənəbbeh etmək, onu başa salmaq ki, bu zülm və fəsadın qabağını almaq yolunda lazımi yerlərə müraciət eləsin və Şura qanunları yolu ilə günahkarları məsuliyyət altına çəksin.Amma, nə vaxt?
Xoşbəxt əksinqilabçılarƏliheydər Qarayev yoldaşın “Pravda” qəzetində yazdığı məqaləsinə dair*Dünyada əksinqilabçılar iki qismdir:
Başqa şairlərin şeirləri · Satira
Əhvalımı pozmayındamağım çağ olanda,
BənzətməGöstərdi mahi-ruzə üfüqdən liqasını,Çəkdi əzançılar da obaşdan səlasını,
Harda düşür vur şitil iranlıyaHaıda düşür vur şitil İranlıya,Pampaca sal hər mitil iranlıya.
Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilərZahid ölməkdən qabaq məqsudinə çatmaq dilər,Cənnətə uyqu ipiylə bir kəmənd atmaq dilər.