Həmidə! (28 dekabr 1928)
Sənin kağızını aldım. Yazdığın məsələ barəsində onu deyə bilərəm ki, əgər yerli hökumət yerli seçkilərdə sənin səsini almağı lazım bilirsə, qoy alsın. Nə eləmək olar? Hətta o adamlar ki, sənin yazdığına görə sənə qahmar çıxırlar, mən onlara da məsləhət görərdim ki, bunlardan əl çəksinlər, yoxsa qaş qayıran yerdə göz çıxara bilərlər. Yadına sal ki, inişil kəndlilər Müzəffərə necə səsini vermək istəyirdilər.
Mən Müzəffərə də, hətta Münəvvərə də məsləhət görürəm ki, yeni seçkilərə qarışmasınlar.
Midhətlə bir yerdə çalışırıq ki, kontoru başqa bir yerə köçürək. Bizə jurnalın Zavedenski küçədəki binasında yer vəd eləmişdilər, lakin onu özgəyə verdilər, bizə isə başqa bir yer vəd eləyiblər.
Midhət gecələr evə gec gəlməyə başlayıb (saat 2-də, 3-də) və məni rahat yatmağa qoymur. Bu barədə bizim aramızda söz-söv olur və yuxudan doymadığıma görə yenə başım mütəəssil ağrıyır.
Cəlil
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-hemide-28-dekabr-1928
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İstəyirəm burada möhtərəm oxucularımız ilə bir az söhbət eləyəm. Hər kəs mənim bu söhbətimə qulaq asmaq istəyir, əvvəl “Tərəqqi” qəzetinin 132-ci nömrəsində ikinci səhifədə əvvəlinci sütunun aşağısında yazılan teleqramı oxusun və mən də hələ bir stəkan çay içməyə məşğul olum, sonra gələk söhbətimizə.Bəli, haman teleqrafın məzmunu budur:
Köhnə ilAdətdir, köhnə il qurtaranda və təzə il daxil olanda hamı qəzetlər köhnə ilin müddətində üz verən əhəmiyyətli vüquatı bir-bir yazıb oxuculara bildirirlər. Bu adətə biz də əməl eləyirik.1908-ci ilin ərzində böyük vüquatdan biri budur ki, Avstriya hökuməti Bosniya və Hersək vilayətlərini zəbt eləyib öz məmləkətinə qarışdırıb və Bakının Bülbülə kəndində bir müqəddəs seyid bir lal müsəlmanın dilini açıb danışdırıb. Həmin 1908-ci ildə İranda Səttar xan baş qaldırıb və gəncəli Məmmədovların köməkliyi ilə Azərbaycana sahib olub. Peterburq şəhərində rus xanımlarının yığıncağı baş tutub və hər vilayətin, hər tayfanın arvadlarından o yığıncaqda olublar. Qafqaz xanımları tərəfindən yığıncaqda Gəncə xanımlarından altı nəfər olub və bunlar orada hüquq barəsində çox nitqlər söyləyib. Və molla Məyub yeddi yaşında bir qıza kəbin kəsib bir nəfər molla Əliyə verməyi barəsində…
Necə qan ağlamasın daş bu günNecə qan ağlamasın daş bu gün, qırxılır gör neçə min baş bu gün!*Bəli, başlar başlayıblar qırxılmağa. Dəllək dükanlarında macal yoxdur. Aşura günü iki yüz yetmiş milyon baş yarılacaq.
QənimətAmma bu zalım Orenburq tatarlarının içindən qəribə şairlər törəyib. Məsələn, ayıb olmasın. “Din və məişət” jurnalının birinci nömrəsində “Səddiqüləmini” imzası ilə bir şair yazır:Əzimətsən, əzimətsən, əzimət,
Başqa şairlərin şeirləri
Səhər zamanıydı əsərkən yellər,Düşərkən jalələr oyatdı səni.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Ağzını qönçeyi-xəndan dedilər, gerçəkmişAğzını qönçeyi-xəndan dedilər, gerçəkmiş,Xəti-ruxsarını reyhan dedilər, gerçəkmiş.
Kimdə varEy fələk sənin əlindən bu sitarə kimdə var,Mənim təki sinə dağlı, bəxti qarə kim də var.