İki xilafət
Bir neçə gün bundan qabaq qəzetlər yazırdılar ki, Türkiyədə xilafəti qaldırmaq istəyirlər. Mən bu söhbəti eşidəndə çox nigaran oldum: qorxurdum ki, dünya-aləm bir-birinə toxuna, gün məqribdən çıxa, göylərə vəlvələ düşə, yerlərə zəlzələ düşə. Qorxurdum Dəccal xüruc edə və... xülasə canıma çox belə-belə qorxular düşürdü.
Doğrudan da, öz aramızdı, necə yəni xilafət aradan götürülsün?! Necə bilirsən, xilafət nədən ibarətdir?
Və müsibəta!! Və şəriəta! Cəm olun, ey yer üzünün şiələri!! Agah olun, ey Allahın mömin bəndələri! Din əldən getdi!..
Hələ bir saatlığa tutaq ki, sənin sözün haqq. Sən deyirsən ki, xilafət indiyə kimi bir əsarət zənciri kimi islam millətlərinin boğazına dolaşıb, boğmaqda idi: ayağına dolaşıb, qoymurdu bir addım da qabağa qoysun. Hələ bunu belə deyirsən de: vəbalı – sənin öz boynuna.
Amma indi dəxi sözün nədi? İndi də keçirsən müqəddəs ərəb hürufatımıza: deyirsən ki, xilafətnən bir yerdə ərəb hürufatı da gərək aradan götürülsün.
Dəxi bu olmadı: sən xilafətə sataşanda mən görürəm ki, dünya bərbad olacaq. Amma sən ki, xilafətin üstə ərəb hürufatını artırırsan, elə doğrudan da nəinki Dəccal, bəlkə Sahibəzzaman özü də dörd nayibi ilə birdən zühur edib, Türkiyə liberallarının baş-gözünü vurub əzəcək.
Molla Nəsrəddin
“Yeni yol”, 11 mart 1924, №6
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-iki-xilafet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən həmişə Məkkəyə gedən hacıların karvanını heyvan sürüsünə oxşatmışam. Bunların bir-birinə oxşarı o babətdəndir ki, hacı sürüsünün də qabağına bir çavuş düşüb bunları çəkə-çəkə aparır, heyvan sürüsünün də qabağına bir çoban düşüb heyvanları çəkə-çəkə aparır.Bunların bir-birinə bir oxşarı da budur ki, necə ki, heyvanlar çobanın dalına düşüb gedəndə bilmirlər ki, haraya gedirlər, habelə hacılar da Məkkəyə kor gedib, kor gəlirlər.
Çətin məsələQəzalarda kredit şirkətlərinin vəzifəsi budur ki, yoxsul əkinçilərə borc pul verməklə onlara köməklik göstərsinlər. Amma, –necə ki, məlum olur–həmin kredit şirkətləri yoxsullarla bərabər, bəzən qanunu pozaraq varlılara da borc pul verirlər. Hətta Tiflisdə beşinci Zaqafqaziya qurultayında da həmin məsələ ortalığa atıldı; bir para yerlərdə qoçaq kredit şirkətləri nəinki varlı əkinçilərə, hətta öz şirkətlərinin sədr və idarə üzvlərinə çoxluca paralar pay-püşk edirlər (Ağstafa).Mən başdan bu məqaləmin adını “çətin məsələ” qoydum. Məsələnin çətinliyi oradadır ki, insan bilmir nə cür həll eləsin; bilmir hansı yaxşıdır, hansı pisdir.
Xurcun və çamadanHekayə*Bir gün var idi, bir gün yox idi. Bir xurcunla bir çamadan var idi. Xurcun çox köhnə və cındır idi, çamadan çox təzə və qiymətli idi.
Dinsizdirlərmi Azərbaycan kəndliləri?Bir para yoldaşlar yuxarıdakı suala “hə” cavabını verirlər. Hətta Göyçay firqə katibi öz məruzəsində bir vaxt deyirmiş ki, kəndlilər[i] dinsizliyə dəvət eləmək zəhməti hədərdir, çünki onlar, xüsusən cavanlar onsuz da din və etiqaddan uzaqlaşmışdırlar.Aya bu doğrudurmu?
Başqa şairlərin şeirləri
Başına döndüyüm gül üzlü ana,Butamın dalınca gedəsiyəm mən.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Müsəmmən: Əlminnətü lillah ki, murad oldu müyəssərƏlminnətü lillah ki, murad oldu müyəssərBəzm içrə mənə uğradı rəna iki dilbər
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.