Keçi
“Xah, beca, xah bica, xah imruz, xah fərda hər nöqteyi-Asiya ki, əmniyyəti-mali və cani nist, məhali-əql əst ki, beydəqi-Frəngistan bər on nöqtə nəsb nəşəvəd”.
Mirzə Məlküm xan – “Üsuli-təməddün”.
Elm təhsil eləmiş, Osmanlıdan gəlmiş bir cavan, təcrübəli müəllim, məşhur ədib və sahibqələm, abırlı və qeyrətli bir vətənpərəst, – ki, adı olsun Əhməd Kamal, – Bakının Balaxanısında başını salıb aşağa, uşaqlara dərs deyir. Dəxi nə istəyirsən? Camaat razı, şagirdlər razı, məktəb sahibi razı, Allah razı.
Pəh, pəh! Elə bu? Maşallah, maşallah! Hələ utanmır, tərif də eləyir! Nə bilim “sahibqələm, vətənpərəst!”. Zəhrimar olsun onun qələmi, cəhənnəm olsun onun “pərəsti!”. Bunlar mənim qulağıma girməz. Mənə əməl lazımdır, əməl, əməl!
Bir müəllim ki, nə libası ilə, nə ibadəti ilə öz müsəlmançılığını büruzə vermir, – dəxi bizə belə müəllim lazım deyil. Dua eləsin ki, bura Rusiya dövlətidir; İran olsaydı, onun öhdəsindən yaxşı gələrdik.
Budur, iranlıların Əhməd Kamaldan şikayəti və doğrudan da, dua eləsin ki, Balaxanı Rusiya qanunlarının altındadır. Əgər xudanəkərdə, bura məsələn, İsfahan olsaydı, Əhməd Kamala kağız yazan iranlılar dinməz-söyləməz onu küçədə tutub ya daş-qalaq eləyəcək idilər, ya aparacaq idilər hakimi-şərin yanına, o da fitva verəcək idi ki, laməzhəbin gözlərini çıxartsınlar.
Amma Allah rast salıb ki, İranda hər dərdə dərman tapılır. Əgər İsfahanda birisi kor ola və gedə orada məşhur “Səqqaxaneyi-büzi” ziyarət edə, haman saat gözləri açılar. Bu haman səqqaxanadır ki, neçə il bundan əqdəm qoyun sürüsündən bir keçi ayrılıb, gəlib bu səqqaxanaya. Mücavir keçini tutub, camaata xəbər verib ki, bu keçi müqəddəsdir və bəstə oturub. Xalq tökülüb gəlib keçini o qədər öpüb və “noğul” yedirdib ki, bir-iki gündən sonra keçi mərhum oldu, amma buynuzlarını gümüşə tutub asdılar səqqaxanadan; hər ziyarətə gələn səcdə eləyir.
Əgər bir kəs İsfahanda cürət edib deyə ki, “Mənim bu ziyarətgaha etiqadım yoxdur”, – onun atasını yandırarlar.
Budur, əzizim, bizim işlərimiz!..
Biz eşidəndə ki, ingilis hökuməti istəyir İsfahanı sahiblənsin, təəccüb edirik və rəncidə oluruq və küsürük və deyinirik və yalandan qüssə edirik və doğrudan atılıb düşürük.
Amma heç ayna qabağında durub İsfahan papaqlarımıza baxmırıq, baxanda da gülmürük, güləndə də ağlamırıq. Ağlayanda o qədər ağlayırıq ki, məhərrəmdən başlamış Bakının “İttihad” mədrəsəsində novruz bayramına kimi ağlayırıq.
O qədər ağlayırıq ki, bəsirət gözlərimiz tutulur.
Bir salavat göndər, bir əhvalat da nağıl edim. (Mabədi var).
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 21 mart 1910, №12
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-keci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Atı atın yanına bağlasalar, ya halını götürər, ya xasiyyətini.*Atalar sözü*
İki ərBu əhvalat ki, aşağıda rəvayət olunur, şayəd köhnəlmiş və çeynənmiş məsələlər qəbilindən nəzərə gələ; zira nikah və talaq söhbətləri gah hekayələrdə, gah məqalələr vasitəsilə bizim türk mətbuatında dəfələrlə yazılıb, oxunub və eşidilibdir. Və lakin o əhvalat ki, mən onun barəsində söhbət açmaq istəyirəm, zənn edirəm az-az ittifaq düşsün və bəhər hal xeyli maraqlı və eşitməlidir; o dərəcəyə kimi ki, indi, Oktyabr inqilabının on illiyinin müqabilində belə bir hadisə xariqüladə və ağla sığışmayan bir “nağıl” hesab oluna gərək. Və lakin həqiqətdir və bu həqiqətin şahidi həqir özüdür.O şəhər ki, bu əhvalat orada vaqe olub, Araz çayına yavıq Azərbaycan şəhərlərinin biridir. Və necə ki, dindar İran torpağının qonşusu, bu şəhərin əhalisi də iman əhllərindən bir zərrə qədərincə geri qalan deyillər: demək olar ki, əhalinin küllisi Allah-taala təyin etdiyi ibadət və rəyazətində bərqərar, nəmazi-yomiyyə öz vaxtında; hətta nafilə namazları və sairə sünnəti namazlarını cabəca edən müqəddəs bir camaatdırlar. Habelə ramazan ayının şəraitini təfsilatla yerinə yetirmək, həcc və ziyarəti-şühəda və mahi-məhərrəmül-həramda Kərbəla müsibətini layiqincə yad etməkdə birinciliyi qazanan müsəlmandırlar.
YuxuHacı Mirzəli ağa vəfat etmişdi. Çün bizim ev adamına bir növ qohumluğu çatırdı, mərhumun dəfninə ta qəbr üstə kimi mən getməyə məcbur oldum və hətta axşam vaxtı sər-səlamətinə də getdim; mən özüm də getdim və ev adamımızı da apardım.Kişilər qabaq otağa yığışmışdılar və övrət də həyətə girəndən sonra məndən ayrıldı, getdi içəri otağa (qohumluğu cəhətdən oraya bələd idi).
QiyamətYaxud kəndli qadınlar*Bu ilki oktyabr ayı ola bilər ki, bir çoxları üçün bir şadlıq yadigarı hesab oluna, amma mən baxtıqaradan ötrü həmin oktyabr qəmgin bir ay oldu, o səbəbə ki, bu ayın ərzində saysız və hesabsız kəndli qadınlar bir yerə cəm oldular və üzü açıq, naməhrəm kişilərin içində nitq söyləməyə başladılar.
Başqa şairlərin şeirləri · Satira
Köhnəlikdir – dedi – bozbaşla qutab, bəziləri,Bağladı xeyli bu mənada kitab, bəziləri.
Görməmişəm, eşitmişəmXalq oturubdu bağçada badi-baharı gözləyir,Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir.
Gəldi məhərrəm ayıGəldi məhərrəm ayı,Molla fırıldaq dayı!
Səni aləmdə, ey arami-can, hər kim zəlil istərİsmayıl bəy Qutqaşınlıya*Səni aləmdə, ey arami-can, hər kim zəlil istər