Bileti və povestkaları göndərirəm. Özün yerbəyer elə ki, hamını bir tövr görsün. Hamısındın vacib metrik xərcidir ki, yerbəyer elə. Sonra ev xərci saxla. Mirzə Əliyə, əlbəttə, beş manat ver ki, mənə bir şey alıb göndərəcək; mən ona yazmışam.

İsmayıla bir qədər ver və hər nə qalsa, ver Bağırova və hesabları diqqət ilə yaz saxla. Mirzə Əlinin öz alacağını ver ki, borclu qalmayaq. Bu gün jurnal üçün yazmağa və şəkil düzəltməyə məşğul olacağam. Sabah göndərərəm.

Satılmağa göndərilən jurnalı, ağlın kəsəni göndər, kəsməyənləri göndərmə (köhnə nömrələri deyirəm) və dəftərə qeyd elə ki, yadda qalsın.

Hazırlaşırıq gəlməyə.

Mirzə Əlinin kağızını və beş manatı bu gün yetir.

Cəlil

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xəlifələr

Hərçənd ki, bu saat ingilis əmələlərinin tətil söhbəti nəinki tək bircə küreyi-ərzin bütün “məhafilin”də danışılır, hələ bəlkə Marsa da gedib çıxıbdır. Bununla bərabər, biz Molla Nəsrəddin əmi, – möhtərəm oxucularımız da bunu görür və Allah da buna şahiddir, – bu məsələyə nə keçmişdə qarışmışıq, nə indi qarışmaq istəyirik və nə də gələcəkdə qarışmaq xəyali-fasidində olacağıq.Buna da səbəblər var.

2 dəq
Çox eşitməli xəbərlər

Aşqabad da “Türkmənistan” qəzetəsi yanında nəşr olunan bir nadinc “Zəhmət” adlı ruznamə Ərdəbil fazili Mirzə Ələkbər ağanın 45 nəfər müridi tərəfindən 20-ci nömrəsində bir belə məzəli elan buraxıbdır:“Biz, Krasnovodski şəhərinin bütün mömin-müqəddəs dükançıları və qulağı təvəkküllü ağsaqqalları və Mirzə Ələkbər Ağanın cəmi müridləri Krasnovodskinin Həbib ibn Məzahiri və uzun müddət cahan diplomaları arasında birincilik qazanmış olan ”Əminürröəya” yəni bütün Krasnovodskidə olan iranlıların əmanətdarı cənablarına Paltaratskidən gələn qarabağlı mallanı bir ilə qədər min manata danışıb, Krasnovodskidə saxlaması qarşısında öz səmimi təşəkküratımızı bildiririz. İnşallah bundan sonra Krasnovodski iranlıların üzü güləcəyinə ümid etmək olar.

2 dəq
Dirsək bilər

Mənə əmr etdiyin sözlərə qarşı mənim heç bir etirazım yoxdur: İsrafı qaldırmaq? – baş üstə. Qənaət yolunda səy etmək? – bu da göz üstə. Bunlar hamısı mümkündür və burada heç kəsin sözü ola bilməz və bu yolda hər bir mübarizə mümkündür: israfdır eləməzsən, rədd olar; qənaətdir gözlərsən, olar.Ancaq bircə məsəl qabağında bəndeyi-həqir aciz və sərgərdan qalıbdır; əgər bu məsələni həll edə bilsəm, həm qənaət və israf məsələlərini həll etmiş olaram, həm də yüz il yaşaram.

2 dəq
Dost

Mən deyirəm ki, yer üzündə yaşayan cəmi müsəlmanların birinci həqiqi dostu İngiltərə hökumətidir. Mən sübutsuz və dəlilsiz heç bir söz danışmamışam və danışmaram da inşallah. Buna görə yuxarıda danışdığım sözə də sübut gətirmək istəyirəm və bu sübutlarım da iki qəbildir.Birinci qismi dünya sübutlarıdır.

2 dəq

Başqa şairlərin şeirləri